II Qrup 1. Təmsilə uyğun mətn qurun.
2. Dostluq haqqında atalar sözü söyləyin.
III Qrup 1. Yaxşı və pis vərdişlər haqqında danışın.
2. El adətlərinə münasibət bildirin.
IV Qrup 1.Əqrəb sözünü iki mənada işlədin.
2.Əqrəbin və qurbağanın hərəkətlərindən danışın.
Məlumat mübadiləsi: Qrup işləri təqdim edilir.
Məlumatın müzakirəsi: Qrup işləri müzakirə edilir, işlərə münasibət bildirilir.
Nəticələrin çıxarılması: Təmsildə yaxşılığa qarşı pis münasibət bəsləyən insanların iç üzü, daxili aləmi üzə çıxır. El adətlərində də yaxşı və pisi olan var. Novruz bayramında xonça bəzədilməsi, qohumlara qonaq gedilməsi, küsənlərin barışması və s. yaxşı adətlərdir. Səməni bişirilməsi, qida kimi qəbulu yaxşı adətdir, lakin buğdanın səməni kimi cücərdilib, sonra zibilliyə atılması isə çox pisdir və günahdır. Dünyada nə qədər uşağın aclıq çəkdiyini düşünsək, o qədər buğdanın gərəksiz yerə göyərdilib atılmasını heç özümüzə rəva bilməzdik.
Tonqal, od yandırmaq təhlükəlidir. Qapıları pusmaq, qulaq falına çıxmaq yaxşı (etik) davranış sayıla bilməz.
Yaxşı adət xeyir gətirir, pis adət ziyan gətirir, odur ki, pis adəti davam etdirmək olmaz. Zaman dəyişir, adətlərə, hadisələrə yanaşma tərzimiz də dəyişməlidir.
Tətbiqetmə.Təmsilin məzmununa uyğun şifahi inşa qurun.
(Ev tapşırığı: El adətlərindən esse yazın).
Qiymətləndirmənin aparılması: Meyarlar cədvəlinə görə yazılır.