Əmək fəaliyyəti üzrə aşağıdakı istiqamətlərdə işlərin aparılması zəruridir
: - Özünəxidmət əməyi. Müstəqil səliqəli yemək, soyunub-geyinmə və yuyunma
bacarıqlarının
aşılanması;
-Geyimlərindəki çatışmazlıqları görüb, aradan qaldırılması üzrə vərdişin aşılanması;
- Təmizlik və gigiyena qaydalarına əməl edilməsinin öyrədilməsi.
-Məişət-təsərrüfat əməyi. Böyüklərin köməyi ilə nahar və məşğələ üçün stollara ləvazimatların
düzülməsinin öyrədilməsi;
-Birgə əmək fəaliyyətinin təşkili.
Bədii fəaliyyət üzrə aşağıdakı işlərin aparılması zəruridir:
-Bədii fəaliyyətə qoşulma;
- Estetik təəssüratların genişləndirilməsi;
- İncəsənət əsərlərinə emosional cavabın, onları bütünlüklə qavranılması imkanlarının, bədii
bacarıqların inkişafı;
- Musiqi səslərinin xüsusiyyətlərinin mənimsənilməsində təsviri fəaliyyət əşyalarından
(karandaş, kağız və s.) istifadə edilməsi.
Mədəni-davranış və qarşılıqlı münasibət vərdişlərinin aşılanması. Bu istiqamətdə aşağıdakı işlərin aparılması zəruridir:
- Salamlaşmağı, xudahafizləşməyi, xahiş, təşəkkür bildirən sözlərdən istifadə vərdişinin
aşılanması;
-Yaşıdlarının əhatəsində mədəni davranışın təcrübəsini yaratmaq;
-Güzəştə getmək, bölüşmək, kömək etmək arzusunun reallaşmasına kömək etmək;
-Davranışa nəzarəti tərbiyə etmək.
Sensor tərbiyə. Sensor tərbiyə ətraf aləmin hərtərəfli dərkedilməsinin formalaşdırılmasına
xidmət edir. Məktəbəqədər yaşlı uşaqların sensor tərbiyənin mühüm şərtlərindən biri onun uşaqların
məzmunlu fəaliyyətində həyata keçirilməsi prosesidir.
Bu istiqamətdə aşağıdakı işlərin aparılması zəruridir:
- Sensor tərbiyə üzrə müxtəlif təcrübələrin təşkili;
-Müxtəlif fəaliyyət növlərində sensor xüsusiyyətlərin ( rəng, forma) nəzərə alınması.