əsasında
motivasiya yaradır. Uşaqların gördükləri əsasında fikirləri dinlənilir.
Dərketmə. 1. T səsi və hərfi ilə tanışlıq. Fonematik gimnastika
Qatar hərəkət edərkən necə səs çıxarır? (tak-tak-tak)
Sözün əvvəlində hansı səsi eşidirsiniz? (T)
2. Sözdə səsin yerinin müəyyən edilməsi. Traktor sözündə T səsinin ayrılması.
Səsi tələffüz edin: birinci hansı səsi eşidirsiniz? (T)
3.Artikulyasiya. Səsi bir daha tələffüz edək və bu zaman dodaqlarımızın vəziyyətinə diqqət edək.
T səsinin olduğu sözləri və sözdə səsin yerini müəyyən etmək üçün
avtobus, traktor, at, top, vedrə, ağac, dovşan şəkilləri ndən istifadə etmək.
avtobus, traktor, at, top, vedrə, ağac, dovşan şəkilləri 4. T səsi olan sözlərin uşaqlar tərəfindən söylənilməsi.
5 .
T hərfinin çap formasının yazılışı üzrə iş.
T hərfinin say çöplərindən qurulması və çap formasının yazılışı.
İdman dəqiqəsi. Musiqi sədaları altında ritmik hərəkətlər. Tətbiqetmə. T səsi olan söz söyləmək və sözdə səsin yerini müəyyənləşdirmək.
ATA, AT sözlərini say çöpləri ilə və qələmlə yazmaq.
Məşğələ uşaqlarla birlikdə ümumiləşdirilir və yekunlaşdırılır
Riyazi və məntiqi təfəkkürün inkişafı məşğələsi
St. 2.3.5 Oyun və tədqiqatlar zamanı müxtəlif vəsaitləri (maqnit, böyüdücü şüşə, xətkeş və s.)
tətbiq edir;
Mövzu: Əşyanin uzunluğu. ( Xətkeşdən istifadə).
Məqsəd:
Əşyaları uzunluğuna görə müqayisə edir;
Uzunluğu ölçmək üçün xətkeşdən istifadə edir;
İnteqrasiya: 3.2.2. Əmək prosesində istifadə edilən alətləri adlandırır, parça və iynə-sapla sadə bacarıqlar
nümayiş etdirir.