Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi təHSİL İnstitutu


-özünü daim inkişaf etdirmək bacarığı



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə87/108
tarix09.10.2023
ölçüsü2,33 Mb.
#153397
1   ...   83   84   85   86   87   88   89   90   ...   108
mektebeqder-tehsilin-kurikulumu-layihe1

 
-özünü daim inkişaf etdirmək bacarığı.
 
Dəstəkləyici təlim mühiti uşaqların müstəqilliyinə imkan yaradır, onların təhsil uğurunun 
təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu dəstəkləyici mühitin ən mühüm 
komponenti isə müəllim ilə uşaq arasında qurulan qarşılıqlı hörmət və etibarlı münasibətdir. 
Müəllim uşağın qabiliyyətlərinin inkişaf etdirilməsinə və yeni bacarıqlar qazanılmasına dəstək 
olmaq üçün nəticədən daha çox prosesə önəm verməli, uşağın səylərinə diqqət yetirməli, bu səyləri 
təqdir etməli, uşağa yaxşı bir nümunə olmalı və yeni öyrənmə imkanları yaratmalıdır. Müəllim 
bütün bu yanaşmalardan oyun və ya təlim prosesində istifadə etməlidir.
 
IV. Uşaqların inkişafının izlənilməsi və dəyərləndirilməsinə dair 
Məktəbəqədər təhsil kurikulumunun tətbiqində tərbiyəçi-müəllimlərin ən mühüm 
funksiyalarından biri müşahidəçi kimi fəaliyyət göstərməsidir. Müşahidəçi funksiyasını yerinə 
yetirmək üçün tərbiyəçi-müəllim müşahidəyə vaxt ayırmalı və onun aparılmasında lazımi vasitələrə 
malik olmalıdır.
Uşağın inkişafının izlənilməsi üçün ən səmərəli yollardan biri
 
təbii şəraitdə uşağın müşahidə 
edilməsi
 
və müşahidə etdiklərinə dair qeydlərin aparılmasıdır. Müşahidə və qeydlərin aparılması 
yolu ilə tərbiyəçi-müəllim uşaqlar haqqında məlumat əldə edib onun fəaliyyətini planlaşdırmalı,
uşaqların ailəsi ilə paylaşmaq üçün ondan istifadə etməlidirlər. Tərbiyəçi-müəllimlər qeydə aldıqları 
davranışları dəqiq təsvir etməlidirlər. Müşahidə olunmuş fəaliyyət və davranış nümunələri 
mütəmadi halda qeyd olunmalıdır. Bu, sənədləşdirmə prosesidir və uşaqlar haqqında sistemli 
biliklərin toplamasına şərait yaradır. Müşahidələr sistematik halda aparılmalıdır. Sistematik 
yanaşma uşaqların müəyyən müddət ərzində bir çox fərqli fəaliyyətlərdə iştirakı zamanı onların 
inkişafının izlənilməsinə imkan yaradır.
Tərbiyəçi-müəllim gündəlik məşğələ və məşğələdənkənar vaxtlarda uşaqlar haqqında 
topladıqları məlumat uşaqların nəyi və necə öyrəndiklərini müəyyən etmək üçün olduqca 
səmərəlidir. Müşahidə, bəzən dəyərləndirmə üçün sırf məlumat xarakteri daşıyır və 
sənədləşdirilmir. Dəyərləndirmə üçün tərbiyəçi-müəllimlərin aydın məqsədi olmalı, müşahidələr 
sistematik, obyektiv, seçmə və dəqiq olmalıdır.
 
Nəticədə bütün məlumatlar gələcəkdə tərbiyəçi-
müəllimin görüləcək işlərin planlaşdırılması üçün istifadə olunur. Uşaqların həyata və məktəb 
təliminə hazırlığı bilavasitə bu müşahidələrin düzgün aparılmasından və onların inkişaf planlarının 


79 
düzgün qurulmasından asılıdır. Uşaq inkişafının izlənilməsinin məqsədi uşaqda sosial, psixoloji 
və fiziki hazırlığının təminatını təşkil etməkdir.

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin