71
-Gəlin buraya qoyunları yerləşdirək. (yerləşdirirlər)
-Bəs bu nədir?
(üçbucaq)
- Nə rəngdədir? (göy)
-Bura isə at ilə inəkləri yerləşdirək.
-Bu nədir?
(kvadrat)
-Nə rəngdədir? (yaşıl)
-Bura isə keçiləri yerləşdirək.
İdman dəqiqəsi.
Meşədə gül dərmək üçün,
(əllər beldə)
Gəl aşağı əyilək.
(aşağı əyilirlər)
Bir çiçək,
(sağ əli sol ayağa çatdırmaq )
İki çiçək,
(sol əli sağ ayağa çatdırmaq)
Alınır güldən çələng.
(əlləri alnımızda dairəvi hərəkət etdiririk)
Tətbiqetmə
.
T:-Uşaqlar, bizi çağıran kimdir? Eşidirsiniz?
(Stola yaxın gəlib və qulağını ata yaxınlaşdırır)
-Aha! At mənim qulağıma nə isə deyir. O, istəyir ki, siz onun üçün ev çəkəsiniz.Yoxsa bir
üçbucağın içərisində inəklərlə onun yeri dardır.Çəkək? (bəli)
-Stolların üzərində hər biriniz üçün ağ vərəq var. Baxaq görək orada nə çəkilib? (üçbucaq). Rəngli
karandaşı götürüb, xəttin üzərindən gedib, içərisini rəngləyirik. Afərin!
Sonda tərbiyəçi-müəllim ümumiləşdirmə məqsədilə deyir:
-Biz bu gün sizinlə hara getdik və kimi gördük? (fermaya getdik və ev heyvanlarını gördük)
Uşaqlar rəğbətləndirilir və məşğələ yekunlaşdırılır.
Dostları ilə paylaş: