3
İzahat vərəqi
Məktəbəqədər təhsilin əhəmiyyəti.
Məktəbəqədər təhsil Azərbaycan Respublikasında
fasiləsiz təhsil sisteminin ilk pilləsi kimi fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə
alınmaqla davamlı inkişaf etdirilən prioritet fəaliyyət sahəsidir.
Uşağın
məktəbdəki uğurlu təhsili, şəxsiyyət kimi formalaşması, ictimai həyatda iştirak
etməsi məktəbəqədər dövrdə qoyulmuş təməldən əhəmiyyətli dərəcədə asılıdır. Məktəbəqədər
yaş uşağın fəal sosiallaşması,
mədəni vərdişləri mənimsəməsi, mənəvi və estetik hisslərin
oyanması dövrüdür və qrup şəraitində böyüklər və yaşıdları ilə hərətərəfli ünsiyyət qurmaq və
ünsiyyət bacarıqlarını inkişaf etdirmək imkanı əldə edir.
Məktəbəqədər təhsilin məqsədi erkən yaş dövründən başlayaraq uşaqların əqli, fiziki və
yaradıcı potensialının, mədəni səviyyəsinin inkişafının, psixoloji dayanıqlığının və
sağlamlığının, mühafizəsinin, ətraf aləmə həssas (şüurlu) münasibətinin
və şəxsiyyətinin
formalaşdırılmasından ibarətdir.
Məktəbəqədər təhsil məktəbəqədər yaşlı uşaqların zəruri həyati bacarıqlara
yiyələnmələrini və məktəb təhsilinə hazırlığını təmin edir.
Məktəbəqədər təhsil uşaqların tərbiyəsinin milli-mənəvi və bəşəri dəyərlər ruhunda, milli
dövlətçilik və azərbaycançılıq məfkurəsi əsasında formalaşdırılmasını təmin edir.
Məktəbəqədər yaş dövründə ən optimal inkişaf mərhələsi keçən sahələrdən biri də
Dostları ilə paylaş: