Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi təHSİL İnstitutu


-6 yaş dövrünün inkişaf xüsusiyyətləri



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə8/108
tarix09.10.2023
ölçüsü2,33 Mb.
#153397
1   ...   4   5   6   7   8   9   10   11   ...   108
mektebeqder-tehsilin-kurikulumu-layihe1

1.3. 3-6 yaş dövrünün inkişaf xüsusiyyətləri 
3-6
yaş dövrü uşaqların inkişafında çox mühüm dövrdür. Məhz bu dövrdə uşaqların beyin 
hüceyrələrinin artması və onlar arasında əlaqələrin qurulması prosesi baş verir. Bunun da 



nəticəsində uşağın düşünmə, qavrama və ətraf mühitdə insanlar və əşyalarla qarşılıqlı təsir 
istiqamətində daha mürəkkəb mərhələyə keçməsi üçün zəruri dəyişikliklər baş verir. Beyinin 
düzgün inkişafı şəraitində potensial dərketmə qabiliyyətlər artır. Əslində beyin o vaxt düzgün 
inkişaf edir ki, uşaq müsbət (özünü sevilən hiss edir) psixoloji və stimullaşdırıcı (uşağın 
ətrafında olan böyüklər: ana, Tərbiyəçi-müəllim-müəllim və b.) mühitdə böyüyür.
Uşağın məktəbdəki uğurlu təhsili, şəxsiyyət kimi formalaşması, ictimai həyatda iştirak 
etməsi məktəbəqədər dövrdə qoyulmuş təməldən əhəmiyyətli dərəcədə asılıdır. Məktəbəqədər 
təhsil uşaqların fiziki, psixoloji, idrakı və sosial inkişafında, potensial imkanlarının üzə 
çıxarılması, məktəbə hazırlanması, sadə əmək vərdişlərinə yiyələnməsi, istedad və 
qabiliyyətlərnin üzə çıxarılması, sağlamlığının qorunması və estetik inkişafında, müstəqillik, 
yaradıcılıq, təşəbbüskarlıq kimi keyfiyyətlərin, hisslərin və həyati bacarıqların formalaşmasında 
mühüm rol oynayır. Məktəbəqədər yaş uşağın fəal sosiallaşması, mədəni vərdişləri 
mənimsəməsi, mənəvi və estetik hisslərin oyanması dövrüdür və qrup şəraitində böyüklər və 
yaşıdları ilə hərtərəfli ünsiyyət qurmaq, ünsiyyət bacarıqlarını inkişaf etdirmək imkanı əldə 
edir.
Məktəbəqədər təhsil müəssisəsi də öz növbəsində uşağın ətraf aləmlə qarşılıqlı 
harmoniyasını təmin etməyə, xeyirxah hisslər oyatmağa, əməkdaşlığa və müsbət özünütəsdiqə 
nail olmağa qadirdir. Məhz bu dövrdə uşaqlarda ətraf aləm haqqında ilkin təsəvvürlər, təfəkkür 
elementləri formalaşır, ətraf aləmin hadisələri, qanun və qanunauyğunluqları arasında qarşılıqlı 
əlaqələri müəyyənləşdirmək və əldə edilmiş bilikləri praktik fəaliyyətdə müstəqil tətbiq etmək 
bacarığı yaranır. Uşaqlar fakt və hadisələri müqayisə etmək, ümumiləşdirmək, qruplaşdırmaq, 
əlamətlərinə görə ayırmaq, nəticə çıxartmaq kimi bacarıqlara yiyələnirlər.
Uşaq şəxsiyyətinin inkişafı üçün şərait yaradan sosial mühitdə ünsiyyətin rolu böyükdür. 
Ünsiyyət prosesində maddi və mənəvi dünyanın, təbiət, əşya və sosial aləmin dərk olunması, 
şəxsiyyətlərarası münasibətlərin inkişafı, emosional və iradi mədəniyyətin təşəkkül tapması baş 
verir. Ünsiyyət yeni sosial mühitə uyğunlaşmağa imkan yaradır. Ünsiyyət vasitəsilə uşaq özünü 
ifadə edir, digərlərini başa düşür, cəmiyyətdə öz yerini və vacibliyini dərk etməyiə çalışır. 
Bunun üçün müvafiq bacarıqların mənimsənilməsi zəruri hesab edilir. Kommunikativ 
bacarıqlara nail olmaq uşağın sosial davranışını yaxşılaşdırır: digərini başa düşüb qəbul etməyə, 
məlumat verməyə, hisslərini ifadə etməyə, bütövlükdə nitq inkişafına imkan yaradır. İlkin 
qazanılan bilik, bacarıq və vərdişlər, milli-mənəvi keyfiyyətlər şəxsiyyətin həyat mövqeyini 
müəyyənləşdirir. Müasir təhsil modelində məktəbəqədər təhsilə ümumi təhsilin birinci pilləsi, 
uşaqların məktəb təliminə müvəffəqiyyətlə keçidi üçün bərabər imkanların yaradılmasının əsası 
kimi baxılır. Bu yaş mərhələsində nəinki bütün uşaqlar üçün ümumi olan xarakter cizgiləri, 
həm də xüsusi, fərdi psixi və davranış xüsusiyyətlərinin açılmasına və inkişafına nail olunur. 
Məktəbəqədər yaş dövründə uşaqlarda hərəkətliliyə tələbat güclənir, operativ hafizə inkişaf 
edir, hərəkətlərin dəqiqliyi, uyğunluğu, ayrılmazlığı yaranır. Bütün hərəki fəaliyyətlər dərk 
olunur, dinamik və məqsədyönlü xarakter daşıyır. Fiziki və idraki çalışqanlıq artır. Xarakter
əqli və iradi keyfiyyətlər, motiv formalaşır. Məktəbəqədər təhsil ibtidai təhsilə keçid ərəfəsində 
(5-6 yaş dövrü) uşağın həm məktəbdə, həm də sonrakı həyatda uğurlar qazanmasında həlledici 
rol oynayır. Məktəbəqədər təhsil pilləsində uşaqların təhsil alması, təlim-tərbiyə işinin daha 
səmərəli qurulması tələb olunur. Bu zaman psixologiya, pedaqogika, sosiologiya, biologiya və 
digər elmlərin nailiyyətlərinə, milli mədəniyyətə, adət-ənənələrə, eləcə də müasir dünya 
təcrübəsinə istinad olunması zəruri hesab edilir. Bunlarla yanaşı, uşaqların ümumi inkişafı, 



onların şəxsiyyətinin formalaşdırılması, təlim-tərbiyənin səmərəliliyinin artırılması, inkişaf və 
davranışda baş verə biləcək ləngimələrin, pozuntuların aradan qaldırılması, “uşaq-uşaq”, 
“Tərbiyəçi-müəllim-uşaq”, “valideyn-tərbiyəçi-müəllim” münasibətlərinin, eləcə də kollektivdə 
qarşılıqlı münasibətlərin düzgün qurulması mühüm istiqamətlər kimi diqqət mərkəzində 
saxlanılır. 

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin