Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi təHSİL İnstitutu



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə9/108
tarix09.10.2023
ölçüsü2,33 Mb.
#153397
1   ...   5   6   7   8   9   10   11   12   ...   108
mektebeqder-tehsilin-kurikulumu-layihe1

2.
 
Məktəbəqədər təhsilin məzmunu 
2.1. Məktəbəqədər təhsilin ümumi təlim nəticələri 
2.1.1. Körpələr qrupu (1-3 yaş) üzrə ümumi təlim nəticələri:
- sadə fiziki hərəkətləri yerinə yetirir;
- sadə gigiyena qaydalarına əməl edir;
- masa arxasında davranışını ümumi qaydalara əsasən tənzimləyir;
- həyatına və sağlamlığına təhlükə yarada biləcək əşyaları sadalayır;
- özünü, ailə üzvlərini və Vətənini adlandırır;
- sadə suallar əsasında danışır;
- müşahidə etdiyi əşyaları adlandırır;
- sadə riyazi təsəvvürlərə malik olduğunu nümayiş etdirir (az, çox, boyük, kiçik, uzun, 
qısa);
- ölçü anlayışını başa düşdüyünü nümayiş etdirir;
- dairəvi əşyaları adlandırır;
- təsvir vasitələrindən təyinatına görə istifadə edir;
- rəngləri (qırmızı, sarı, yaşıl) adlandırır;
- hərəkətlərini musiqinin melodiyasına uyğunlaşdırır;
- ilkin ünsiyyət bacarıqları nümayiş etdirir;
- hissləri başa düşür və adekvat cavab verir.
- hissləri başa düşür və adekvat cavab verir.
2.1.2. Orta qrup (3-4 yaş) üzrə ümumi təlim nəticələri:
- fiziki hərəkətləri müvazinətini saxlayaraq yerinə yetirir;
- ilkin gigiyena qaydalarını mənimsədiyini nümayiş etdirir;
- masa arxasında yemək dəstindən istifadə bacarığını nümayiş etdirir;
- həyatına və sağlamlığına təhlükə yarada biləcək əşyaları əlamətlərinə görə fərqləndirir;
- özü, ailəsi və Vətəni haqqında suallara cavab verir;
- əşyalar və sadə süjetli şəkillər üzrə danışır;
- müşahidə etdiyi əşyaları fərqləndirir;
- əşyalarla 3 dairəsində riyazi əməliyyatlar yerinə yetirir;
- əşyaları forma və ölçüsünə görə fərqləndirir;
- həndəsi fiqurları (dairə, üçbucaq, kvadrat) adlandırır;
- sadə təsvirlər çəkir;
- təsvirlərində uyğun rənglərdən istifadə edir;
- musiqini anladığını ifa bacarığı ilə nümayiş etdirir;
- sadə ünsiyyət etiketlərinə əməl edir;
- arzu, hiss və istəklərini ifadə edir. 

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin