Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi təHSİL İnstitutu



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə6/108
tarix09.10.2023
ölçüsü2,33 Mb.
#153397
1   2   3   4   5   6   7   8   9   ...   108
mektebeqder-tehsilin-kurikulumu-layihe1

İdrakın inkişafı. 
Uşağın idrakı inkişafı mürəkkəb prosesdir. Onun öz istiqamətləri,
qanunauyğunluğu və xüsusiyyətləri var.
İdraki inkişafın məqsədi
idraki maraqların, uşağın 
tələbat və bacarıqlarının, onun emosional-hissi təcrübə əsasında müstəqil axtarıcılıq 
fəaliyyətinin formalaşdırılmasıdır. Bununla yanaşı, sensor, nitq inkişafı, idraki qabiliyyətlərin 
(müqayisə etməyi, fərqləndirməyi, ümumiləşdirməyi bacarmaq), ətraf aləm haqqında ilkin 
təsəvvürlərin və anlayışların, əşyavi fəaliyyətin, dərketmə tələblərinin formalaşdırılmasının 
(informasiya almaqda tələb, təlim zamanı fəallıq, ətraf aləmin dərk edilməsində müstəqillik)
bünövrəsinin bu dövrdə qoyulmasıdır. Uşaqlar təmasda olduqları əşyaların adlarını, əlamətlərini, 
necə hərəkət etməsini düzgün ifadə etmək, bu istiqamətdə məntiqi mühakimə yürütmək, düzgün, 



sadə ümumiləşdirmələr aparmaq, əqli nəticəyə gəlmək kimi qabiliyyətlər nümayiş etdirirlər.
İdrak üzrə uşağın yerinə yetirdiyi tapşırıqlar onların məntiqi mühakimə yürüdə bilmək 
bacarıqlarını, intuisiyasını, məkan və zaman haqqında təsəvvürlərini genişləndirir. Riyazi 
tapşırıqların həlli zamanı uşaqlarda induksiya və deduksiya, təhlil və tərkib, təsnifetmə və 
sistemləşdirmə, ümumiləşdirmə kimi mühakimə qabiliyyətlər inkişaf edir. Tənqidi, məntiqi, 
yaradıcı təfəkkürün inkişafını təmin edir. 
Estetik və yaradıcı inkişaf. 
Məktəbəqədər təhsil ətraf aləmin gözəlliklərini duymaq
estetik cəhətdən qavramaq və müvafiq bədii nümunələr yaratmaq üçün ilkin pillədir. Bu sahədə 
aparılan işlər estetik tərbiyənin vəzifələrinə daxildir. Məktəbəqədər yaşlı uşaqların estetik 
inkişafı onların yaradıcılıq qabiliyyətlərini stimullaşdırır. Estetik tərbiyə məktəbəqədər yaşlı 
uşaqlarda bədii hisslərin və zövqün, bədii yaradıcılıq qabiliyyətlərinin, ətraf aləmdəki 
obyektləri müşahidə və müzakirə etmək bacarığının inkişafını təmin edir. Təsviri fəaliyyətdə 
rənglər və formaların yeni birləşmələri, quraşdırma prosesində müxtəlif modellərin qurulması, 
hekayə və nağılın, musiqi fəaliyyətində melodiyanın dinlənilməsi, mahnı və uşaq musiqi 
alətlərində ifa, rəqs məktəbəqədər yaşlı uşaqların estetik zövqünün inkişafına kömək edir. 
Uşaqlarda ətraf aləmin gözəlliklərini düzgün qiymətləndirmək bacarığı və ətraf aləmə müsbət 
emosional münasibət formalaşmağa başlayır. Yaradıcı əməli fəaliyyət prosesində uşaqda 
yaradıcı təxəyyül, təfəkkür, ünsiyyət bacarıqları, digər insanların mövqeyini qəbul etmək 
bacarığı yaranır və inkişaf edir. Estetik tərbiyə həmçinin, təbiətdə, ətraf mühitdə, insanların 
hərəkətlərində, geyimdə gözəlliyi görmək bacarığını və yaradıcı qabiliyyətlərin formalaşmasına 
(musiqi duyumu, təsviri fəaliyyət) imkan yaradır. Yaradıcılıq şəxsiyyətin mənəvi inkişafında, 
insani hisslərin təkmilləşməsində mühüm rol oynayır ki, bunun da təməli erkən yaş dövründə 
qoyulur. 

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin