AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
MAGİSTRATURA MƏRKƏZİ
Əlyazması hüququnda
Süleymanzadə Vüsalə Xudabəddin qızı
“Azərbaycanın maliyyə sistemi və onun təkmilləşdirilməsi istiqamətləri” mövzusunda
MAGİSTR DİSSERTASİYASI
İxtisasın şifri və adı: 060403-Maliyyə
İxtisaslaşma : Sığorta işinin təşkili
Elmi rəhbər: Magistr proqramının rəhbəri
i.ü.f.d. b/m Gültəkin Məmmədova i.e.n.prof .Kərimov .A.M
Kafedra müdiri: i.e.d. Əvəz Ələkbərov
BAKI - 2016
MÜNDƏRİCAT
GİRİŞ.......................................................................................................................3
FƏSİL 1.Maliyyə sisteminin mahiyyəti, formalaşması və təkamülü
1.1 Maliyyə sisteminin mahiyyəti və qurulması əsasları..........................................6
1.2 Azərbaycan Respublikasının maliyyə sistemi və formalaşması mərhələləri..............12
FƏSİL 2.AR-nın maliyyə sisteminin mövcud vəziyyətinin təhlili və qiymətləndirilməsi
2.1 Dövlət və bələdiyyə maliyyəsi və bazar münasibətləri şəraitində onların rolu...........................................................................................................................38
2.2 Təsərrüfat subyektlərinin maliyyəsinin müasir vəziyyəti və maliyyə sistemində yeri...........................................................................................................................55
FƏSİL 3.Müasir dövrdə maliyyə sisteminin təkmilləşdirilməsi istiqamətləri
3.1 Maliyyə sistemində bazar münasibətlərinin dərinləşdirilməsi üzrə islahatların istiqamətləri..............................................................................................................64
3.2 Regional inkişafın təmin olunmasında maliyyə sisteminin rolunun artırılması.................................................................................................................76
NƏTİCƏ...............................................................................................................89
ƏDƏBİYYAT.....................................................................................................92
SUMMARY
REZUME
GİRİŞ
Mövzunun aktuallığı.Maliyyə sistemi iqtisadiyyatın tərkib hissəsi olub və eyni zamanda da dövlət siyasətinin həyata
keçirilməsində mühüm yer tutur. Hazırki şəraitdə Azərbaycan Respublikasının maliyyə sistemini öyrənmək lazım geldikdə onun fəaliyyət xüsusiyyətlərini , maliyyə sisteminin həlqələrini dərindən araşdırmaq lazımdır. Ölkə iqtisadiyyatının davamlı inkişafı üçün qeyd etdiyimiz bu şərtlər zəruridir. Maliyyə sistemi- həm bazar münasibətlərinin strukturunda, həm də dövlət tənzimlənməsində əhəmiyyətli rola malikdir.
Maliyyə sistemi cox derin bir tarixə malikdir. Maliyyənin yaranması ilə maliyyə münasibətlərinin fonunda maliyyə sistemi də inkişaf etmişdir. İnkişaf etmiş cəmiyyətlərdə maliyyə, kredit, vergi, büdcə və bu kimi kateqoriyalardan istifadə edilməsi mühüm rol oynayır. Hər bir ölkənin iqtisadi–sosial inkişafına təsir göstərmək üçün maliyyə sistemi başlıca alətlərdən biridir. Maliyyə sistemi və onun həlqələri vasitəsilə dövlət iqtisadi inkişafa, sosial siyasətə təsir göstərir və dövlətin məqsədyönlü stabil və effektiv fəaliyyət göstərməsi üçün maliyyə vəsaitlərini istifadə edir. Bazar iqtisadiyyatına keçid şəraitində iqtisadiyyatın dövlət tənzimlənməsində maliyyə sisteminin rolu daha da artmışdır. Dövlət tərəfindən həyata keçirilən büdcə və vergi siyasətinin köməyi ilə iqtisadiyyatın dövlət tənzimlənməsi sahəsində qarşıya qoyulmuş məqsədlər müvəffəqiyyətlə həyata keçirilmişdir.ÜDM-un 25-30%-ə qədəri dövlət büdcəsində mərkəzləşdirilir və bu vəsait hesabına ümümdövlət tədbirlərinin maliyyələşdirilməsi həyata keçirilir. Ona görə də Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında maliyyə sisteminin rolunun araşdırılması, öyrənilməsi və mövcud vəziyyətinin təhlili və qiymətləndirilməsi ən vacib şərtlərdən biridir. Bu cəhətdən təqdim edilən buraxılış işi çox aktual bir mövzuya həsr edilmişdir
Tədqiqatın predmeti və obyekti. Dissertasiya işinin obyektində Azərbaycan Respublikasının maliyyə sistemi seçilib.
İşin predmetində Azərbaycan Respublikasının maliyyə sistemi,onun formalaşma problemləri, habelə fəaliyyət mexanizmi və inkişaf etmiş ölkələrin təcrübəsinə uyğunluğunun təhlili , struktur elementlərinin qiymətləndirilməsi təşkil etmişdir.
Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqatın məqsədi kimi iqtisadi şəraitdə maliyyə siteminin nəzəri əsaslarını tədqiq etmək, ölkəmizdə onun inkişaf səviyyəsinin nə dərəcədə olduğunun araşdırılması, o cümlədən mövcud problemlərin aşkar edilməsi, eyni zamanda problemlərin həlli yollarının müəyyən edilməsi və elmi baxımdan əsaslandırılmış təkliflərin verilməsindən ibarətdir.
Tədqiqatın informasiya bazası və işlənməsi metodları. Dissertasiyada informasiya baxımından Azərbaycan respublikası Statistika Komitəsinin statistik məlumatlarından ,həmçinin İqtisadi İnkişaf Nazirliyinin, Mərkəzi Bankın, Maliyyə Nazirliyinin, Vergilər Nazirliklərinin hesabat və rəsmi məlumatlarından, Dövlət Neft Fondunun rəsmi materiallarından istifadə olunmuşdur.
Tədqiqat işində isə statistik, sistemli yanaşma,həm pozitiv həm də normativ yanaşmadan və bir sıra müşahidə metodlarından istifadə edilmişdir.
Tədqiqatın elmi yeniliyinə aşağıdakıları misal göstərə bilərik:
-
Respublikamızda maliyyə və maliyyə sisteminin formalaşmasının nəzəri-metodoloji bilikləri və əsasları araşdırılmış, burada mövcud olan problemlərin aradan qaldırılması məsələləri tədqiq edilmişdir;
-
Maliyyə sisteminin əsas seqmentlərindən sayılan büdcə, kredit və sığorta haqqında, həmçinin bunlar arasında olan qarşılıqlı münasibət və onların fəaliyyət mexanizmi təhlil olunmuş, onların inkişaf yolları müəyyən edilmişdir,
-
Maliyyə və bu sisteminin inkişaf prespektivləri müəyyən edilmiş və elmi yanaşmadan əsaslandırılmış halda təklif və tövsiyyələr verilmişdir.
Tədqiqatın praktiki əhəmiyyəti. Tədqiqat işində maliyyə sisteminin formalaşması və inkişafı üçün hazırlanmış təklif və tövsiyələrdən bu sahə üzrə hazırlanacaq dövlət proqramlarında və ya iqtisadi islahat layihələrində istifadə oluna bilər.
Dissertasiya işinin strukturu. Dissertasiya işi giriş, üç fəsil, nəticəvə ədəbiyyat siyahısından ibarətdir. Burada 10 sxem və 4 cədvəldən istifadə olunmuşdur.
Dissertasiya işinin I Fəslində baxılan məsələlər.
Dissertasiya işinin IFəslində maliyyənin mahiyyəti və maliyyə sisteminin qurulması əsaslarından danışılır. Bu fəsildə qeyd etdiyimiz məsələlərə maliyyə sisteminin fəaliyyəti forma və mərhələlərinin öyrənilməsi və onun respublikamızın sosial-iqtisadi inkişafında rolu və əhəmiyyətindən ibarətdir.
Dissertasiya işinin I I Fəslində baxılan məsələlər.
II Fəsil müasir dövrdə Azərbaycan maliyyə sisteminin müasir dövrdəki mövcud vəziyyəti və fəaliyyət xüsusiyyətlərindən bəhs olunmuşdur. O cümlədən Azərbaycanda maliyyə sisteminin seqmentləri, o müasir vəziyyətinin təhlili, maliyyə sisteminin qanunvericilik bazasının təhlili və onun istifadə xüsusiyyətləri və bir sıra məsələlərin tədqiqinə geniş yer verilmişdir.
Dissertasiya işinin III Fəslində baxılan məsələlər.
Tədqiqat işinin üçüncü fəsli isə tədqiqatın əsas problematikasının açılmasını özündə əks etdirir.Həmçinin bu fəsildə Azərbaycan Respublikasında maliyyə sisteminin problemlərinin aradan qaldırılması yollarından danışılır. Burada maliyyə sisteminin perspektiv inkişaf yolları, Azərbaycan Respublikası reallığının tətbiqi, maliyyə münasibətlərinin fəaliyyəti zamanı qarşıya çıxan problemlərin araşdırılması və onların maksimum dərəcədə həll olunması öz əksini tapmışdı.
FƏSİL 1. Maliyyə sisteminin mahiyyəti, formalaşması və təkamülü
1.1 Maliyyə sisteminin mahiyyəti və qurulması əsasları
Maliyyə mürəkkəb bir sisteme malikdir. Buradakı praktik tövsiyələr birbaşa maliyyə sisteminin habelə onun ayrı-ayrı elementlərinin müxtəlif aspektlər baxımından öyrənilməsini tələb edir. Maliyyə sistemi hər bir təsərrüfat subyektinin normal fəaliyyətinin əsasını təşkil edir. Belə ki, bazar münasibətlərinin inkişafı şəraitində, yalnız təkmil maliyyə sistemi və mexanizmlərinə malik təsərrüfat subyektləri uğurlu nəticələrə malik olur. Ona görə də maliyyə sisteminin formalaşdırılması və tənzimlənməsi xüsusi aktuallıq kəsb edir.
Maliyyə sferası maliyyə sistemi ilə sıx əlaqədardır.Ona görə ki, sistem dedikdə hər bir hissəsi ayrı -ayrılıqda bütövlüyün xarakteristikasına öz töhfəsini verən və bir birilə qarşılıqlı əlaqəli hissələrdən ibarət bütövlükdür. Sistem anlayışının bu izahından qeyd ede bilərik ki, maliyyə sferasını, bir sistem adlandırmaq üçün bu sfera müxtəlif elementlərdən -, bir sıra digər sistemlərdən ibarət olmalıdır.
Digər bir baxımdan isə maliyyə sistemi - qarşılıqlı əlaqə və qarşılıqı fəaliyyət şəklində olan maliyyə münasibətlərinin və maliyyə sistemindı olan ayrı-ayrı həlqələrinin məcmusudur. Bu sistem vasitəsilə pul vəsaitləri fondlarının formalaşması, bölgüsü və istifadəsi həyata keçirilir. Hər bir ölkə və dövlətin maliyyə sisteminə həmin ölkənin maliyyə fəaliyyətinin və pul tədavülünün tənzimlənməsini həyata keçirən maliyyə idarələri daxil edilir.
Maliyyə sistemi həmçinin - maliyyə bazarlarının dövlət maliyyəsinin fəaliyyətinə imkan yaradan qarşılıqlı əlaqəli elementlərin məcmusundan ibarətdir.
Bir digər baxımdan - maliyyə sistemi həm dövlət həm də təsərrüfat subyektlərinin maliyyəsinin məcmusundan , banklar, təsərrüfat subyektlərinin maliyyəsi, sığorta, dövlət və fiziki şəxslərin maliyyəsinin məcmusudur. Digər baxımdan unudulur ki, maliyyə sistemi təkcə müxtəlif maliyyə fondlarının sxematik birləşməsi deyil. Nəzərə alınmalıdır ki, maliyyə sistemi öz xidmətini firma, vətəndaşla, həmçinin, dövlətə təklif edən müəssisə və bazarın bütöv sırasından ibarətdir. Bir sözlə, maliyyə sisteminin tərkibinə mühüm elementlərin-maliyyə bazarlarının, maliyyə vasitəçilərinin, maliyyə institutlarının, maliyyə mexanizmləri və s. olduğu da nəzərə alınmalıdır.
Maliyyə sistemi indiki anda dövlətin funksiyalarının həyata keçirilməsini təmin edən pul vəsaitləri fondlarının yaradılması, bölüşdürülməsi və istifadəsinin mühüm elementlərinin cəmindən ibarətdir. Maliyyə sisteminin elementləri aşağıdakılardır:
-
Maliyyə həlqələrinin növləri;
-
Pul vəsaitləri fondlarının toplanması üsulları;
-
Pul vəsaitləri fondlarının bölüşdürülməsi və istifadə olunması üsulları;
-
Dövlətin, müəssisələrin və vətəndaşların maliyyə sahəsində hüquq və səlahiyyətləri;
-
Maliyyə nəzarətinin növləri və üsulları;
-
Maliyyə münasibətlərinin iştirakçılarının məsuliyyəti;
Müasir mərhələdə dövətin funksiyalarının yerinə yetirilməsini təmin edən maliyyə həlqələrinə aiddir:
-
Müəssisələrin, idarələrin və təşkilatların maliyyəsi;
-
Dövlət maliyyəsi;
-
Sığorta
-
Ev təsərrüfatlarının maliyyəsi
Müəssisələrin, idarələrin və təşkilatların fəaliyyətinin nəticəliliyindən asılı olaraq, onların maliyyəsi 3 sahəyə ayrılır: istehsal-kommersiya fəaliyyəti müəssisələrinin maliyyəsi; istehsal-kommersiya fəaliyyəti ilə məşğul olmayan idarə və təşkilatların maliyyəsi və ictimai birliklərin maliyyəsi. Maliyyə sisteminin bütün həlqələrində səfərbərliyə alınan pul vəsaitlərinin əsas mənbəyi ölkə ərazisində istehsal-kommersiya fəaliyyəti ilə məşğul olan müəssisələrdəm yaradılan maddi nemətlərin (əmtəələrin, iş və xidmətlərin) dəyəridir. Buna görə də müəssislərin maliyyəsi ümumi maliyyə sisteminin əsas həlqəsi hesab olunur.
Müəssisələrin maliyyəsi geniş təkrar istehsal prosesində qeyri-mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının yaradılması və istifadəsi ilə əlaqədar pul münasibətlərinin məcmusudur. Müəssisələrdə yaradılan bu cür fondlar aşağıdakılardır:
-
amortizasiya fondu;
-
əmək haqqı fondu;
-
dövriyyə vəsaitləri üzrə ehtiyat fondu;
-
əsas vəsaitlərin geniş təkrar istehsalı fondu(kapital qoyuluşları);
-
istehsalın inkişafı fondu;
-
sosial-mədəni tədbirlər üçün fond;
-
dövlət büdcəsinə və büdcədənkənar fondlara ödəmələr üzrə fond;
-
qiymətli kağızlar üzrə dividentlərin və faizlərin ödənilməsi üçün fond;
-
ehtiyat fondu.
Bütün bu fondlar məhsulun(işin, xidmətin) satışından alınan pul gəlirlərinin bölgüsü hesabına yaradılır. Ona görə də müəssisələrin pul vəsaitləri fondlarının yaradılması məhsul istehsalı və satışından, habelə maliyyə və investisiya əməliyyatlarının həyata keçirilməsindən asılıdır.
Müəssisələrin maliyyəsi sahə əlamətindən asılı olaraq “sənayenin maliyyəsi”, “nəqliyyatın maliyyəsi”, “kənd təsərrüfatının maliyyəsi”, “əsaslı tikintinin maliyyəsi”, tucarətin maliyyəsi”, “ictimai iaşənin maliyyəsi”, “gömrük maliyyəsi” və sair sahələrin maliyyəsinə ayrılır. Dövlətin maliyyə potensialının yaradılmasında gömrük maliyyəsinin rolu xüsusilə olaraq qeyd edilməlidir. Azərbaycan resbublikasında malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi və şərtlərinin tətbiq olunması, həmçinin gömrük ödənişlərinin alınması, gömrük rəsmiləşdirilməsi zamanı həyata keçirilən gömrük nəzarəti və gömrük siyasətinin həyata keçirilməsindədə gömrük fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Fəaliyyətləri zamanı gömrük orqanları Azərbaycan Respublikasının “Gömrük Məcəlləsi” və , “Gömrük tarifi haqqqında” Azərbaycan Respublikasının qanununa və ölkəmizdəki digər qanunvericilik aktlarına uyğun olaraq fəaliyyət göstərir.
İstehsal-kommersiya fəaliyyəti ilə məşğul olmayan idarə və təşkilatların maliyyəsi bu müəssislərdə müxtəlif məənbələrdən (büdcədən, büdcədənkənar fondlardan və s.) ayrılan pul vəsaitləri fondlarından istifadə olunması ilə əlaqədar olaraq əmələ gələn pul münasibətlərini ifadə edir.
Dövlət büdcəsi hökumətin sərəncamında olan ən mühüm mərəzləşdirilmiş pul vəsaitləri fondudur. Hökümət büdcə vasitəsilə yenidən bölüşdürülən milli gəlirin xeyli hissəsini öz əlində səfərbərliyə alır. Ölkədə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin gəlirlərindən tutulan vergilərin toplanması və ümumdövlət xərclərinin maliyyələşdirilməsi büdcə vasitəsilə həyata keçirilir. İctimai tələbatların ödənilməsipul gəlirləri və yığımlarının bir hissəsinin mərkəzi və yerli hakimiyət orqanlarının sərəncamında səfərbərliyə alınmasını və beləliklə də ümumdövlət pul vəsaitləri fondunun yaradılmasını zəruri edir.
Mərkəzləşdirilmiş pul vəsitləri fondunu təşkil etməklə dövlət, eyni zamanda ölkənin bütün təsərrüfatında gəlirlərin və yığımların yaradılması, bölüşdürülməsi və istifadəsi üzərində maliyyə nəzarətini həyata keçirmiş olur. Büdcə ölkənin sosial-iqtisadi həyatına müdaxilə etmək üçün dövlətin istifadə etdiyi mühüm iqtisadi alətdir. Dövlət iqtisadi artımın və milli pulun sabitliyini təmin edilməsi və məşğulluğun həvəsləndirilməsi yolu ilə ictimai geniş təkrar istehsala təsir göstərir, onu tənzimləyir.
Demokratik prinsiplərin inkişaf etdiyi və iqtisadi müstəqilliyin genişləndiyi şəraitdə yeli hakimiyyət orqanlarının rolu və nüfuzu getdikcə artır. Müasir mərhələdə yerli təsərrüfatların əhatə dairəsi genişlənir və yerli hakimiyyət orqanlarının funksiyaları mürəkkəbləşir. Bütün bunlar yerli maliyyənin rolunu və əhamiyyətini yüksəldir. Yerli maliyyə vergilərin böyük qrupunu, yerli kredit sistemini habelə xüsusi təyinatlı fondları əhatə edir. Burada əsas yeri dövlət büdcəsinin tərkibinə daxil olmayan və müəyyən müstəqilliyə malik olan yerli büdcələr tutur. Yerli maliyyənin quruluşu ölkənin dövlət quruculuğu və müvafiq inzibati bölgüsü ilə müəyyən edilir. Yerli maliyyənin tərkibinə şəhər, rayon, qəsəbə və kənd büdcələrinin təhkim olunmuş gəlir və xərcləri daxildir.
Ölkənin maliyyə sistemində xüsusi həlqə kimi büdcədənkənar fondlar müəyyən müstəqilliyə malik olmaqla, dövlət büdcəsindən ayrılmış və bilavasitə mərkəzi, bəzi hallarda isə yerli hakimiyyət orqanları tərəfindən idarə edilir. Bu fondlara aiddir: sosial sığorta fondu, pensiya fondu, əhalinin məşğulluğuna kömək fondu, məcburi tibbi sığorta fondu, yol fondu və s. Bu fondların yaradılmasında əsas vəzifə ayrı-ayrı məqsədli tədbirlərin maliyyələşdirilməsindən ibarətdir. Lakin bazar iqtisadiyyatına keçid dövründə yaranan qeyri-sabitlik büdcədənkənar fondların funksiyalarının daim genişlənməsinə səbəb olmuşdur. Maliyyə çətinlikləri ilə əlaqədar olaraq hökümət bu fondları ehtiyat mənbəyi kimi istifadə edir. Dövlət büdcəsindən fərqli olaraq, büdcədənkənar fondlar qanunverici orqanın ciddi nəzarətinə məruz qalmır və bu da fondların istifadəsini asanlaşdırır, onların həcminin artırılmasında dövlət marağını gücləndirir.
Maliyyə münasibətlərinin müstəqil sahəsi kimi çıxış edən sığorta təbii fəlakət, bədbəxt və s. hadisələrin baş verməsi nəticəsində hüquqi və fiziki şəxslərə dəyən zərərin ödənilməsi üçün sığorta fondunun yaradılması üzrə tədbirlər sistemidir. Sığorta iki formada: məcburi (sığorta münasibətləri mütləq qaydada qanunun gücü əsasında yarandıqda) və könüllü (sığortaçı təşkilatla sığorta olunan arasında müqavilə əsasında) həyata keçirilir. Sığorta müqaviləsi dedikdə sığorta olunan tərəflə sığortaçı arasında bağlanan saziş nəzərdə tutulur. Tərəflər arasında bağlanmış müqaviləyə görə sığortaçı sığorta hadisəsi baş verdiyi zaman zamanı sığorta olunana və ya xeyrinə sığorta müqaviləsi bağlanmış digər şəxsə sığorta ödənişi etməyi, sığorta olunan isə müəyyən edilmiş zamanda sığorta haqqı ödəməyi öhdəsinə götürür.
Bazar münasibətləri inkşaf etdikcə sığorta obyektlərinin sayı çoxalır. Bu obyektlərə uyğun olaraq sığorta şəxsi sığorta, əmlak sığortası, mülki məsuliyyət sığortası və tibbi sığorta şəklində aparıla bilər. Müasir dövrdə maliyyə riskinin, habelə bank kreditlərinin sığortalanması böyük əhəmiyyət daşıyır. Sığorta fondu üzrə vəsaitlərin qalığı bank sisteminin borc ehtiyatlarına daxil edilir və ölkənin iqtisadi tərəqqisinə xidmət edir.
Maliyyə sistemində pul vəsaitləri fondlarının toplanması üsulları xüsusi yer tutur. Dövlətdə müxtəlif mülkiyyət formalarına əsaslanan müəssisə və təşkilatlar, habelə vətəndaşlar arasındakı münasibətlərdə əsasən vergi üsulu tətbiq edilir. Vergi dövlətin müvcudluğunun başlıca amilidir və ölkə ərazisidə fəaliyyət göstərən hüquqi və fiziki şəxsləri əldə etdikləri gəlirlərin (mənfəətin bir hissəsinin məcburi qaydada, qanunla müəyyən edilmiş müddətlərdə və həcmdə büdcəyə ödənlməsini nəzərdə tutur).
Ölkənin pul vəsaitləri fondlarının toplanmasında könüllü pul ödəmələri (əhalinin banklara əmanətlərini, istiqrazlarını və s.qiymətli kağızların lotoreya biletlərinin satın alınması) böyük rol oynayır.
Rüsumlar dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərə görə (sənədin təsdiq edilməsinə, pasportun verlməsinə, gömrük xidmətlərinə və s) tutulur və dövlət büdcəsinə ödənilir.
Maliyyə sistemini yaradan iqtisadi münasibətlər toplusu şəkildə göstərilmişdir. (Sxem 1)
Sxem 1. Maliyyə sistemini yaradan iqtisadi münasibətlər toplusu
Sığortaçı təşkilatların sərəncamında olan sığorta fondları sığorta olunanlardan alınan sığorta haqqları hesabına yaradılır.
Bank sisteminin vəsaitləri, bir qayda olaraq, depozitlər,yəni saxlamaq üçün müştərilərin banka etibar etdikləri pullar hesabına təşkil olunur.
Büdcədənkənar fondların toplanması üçün hüquqi şəxslərdə qanunla müəyyən edilmiş həcmlərdə alınan ödəmələrdən istifadə edilir. Zəruri hallarda fondların toplanması üçün büdcədən vəsaitin ayrılması istina edilmir.
Pul vəsaitləri fondlarının bölüşdürülməsi və istifadə olunması üsullarına aiddir:
-
maliyyələşdirmə - maliyyə həlqələrində səfərbərliyə alınmış pul vəsaitlərinin planlı, məqsədli, əvəzsiz və qaytarılmadan digər şəxsə verilməsinə deyilir.
-
kreditləşdirmə - pul vəsaitlərini planlı, məqsədli, lakin qaytarılmaq və haqqını ödəmək şərtləri ilə digər şəxsə verilməsinə deyilir.
Pul vəsaitləri fondlarının toplanması, bölüşdürülməsi və istifadəsi ilə əlaqədar təsərrüfat subyektlərinin fəaliyyətinin hüquqi əsasları maliyyə sisteminin ayrılmaz həlqəsini təşkil edir. Maliyyə fəaliyyətinin hüquqi tənzimlənməsinə aşağıdakılar daxildir:
-
dövlət hakimiyyəti və idarəetmə orqanlarının maliyyə sahəsində səlahiyyətlərinin müəyyənləşdirilməsi;
-
maliyyə orqanlarının vəzifə və səlahiyyətlərinin müəyyənləşdirilməsi;
-
müəssisələrin, idarələrin və təşkilatların maliyyə sahəsində hüquq və vəzifələrinin təyin edilməsi;
-
vətəndaşların maliyyə sahəsində hüquq və vəzifələrinin təyin edilməsi.
Maliyyə sisteminin formalaşmasının əsas məqsədi müasir bazar iqtisadiyyatı şəraitində müəssisələrin fəaliyyətinin qurulması , həmçinin dünya iqtisadiyyatına sürətli bir şəkildə inteqrasiya olunma prosesini həyata keçirtməkdən ibarətdir. Habelə formalaşmaqda olan maliyyə sisteminin mühüm rolunu,o cümlədən pul dövriyyəsinin sürətləndirilməsini və pul vahidinin möhkəmləndirilməsini şərtləndirir. Maliyyə sistemi dedikdə isə, dövlətin və müəssisələrin pul vəsaitləri fondunun yaranması, bölgüsü və istifadə edilməsinin forma və metodları sistemi başa düşülür. Aydındır ki, müasir mərhələdə bazar münasibətlərinin təkmilləşməsi, öz növbəsində cəmiyyətin inkişafının strateji kursuna da müəyyən düzəlişlər edilməsini və bütün bunları maliyyə sisteminin formalaşdırılmasında, onun yenidən qurulmasında nəzərə alınmasını tələb edir1.
1.2 Azərbaycan Respublikasının maliyyə sistemi və formalaşması mərhələləri
Azərbaycan Respublikasının maliyyə sistemi və onun ayrı-ayrı həlqələrinin xarakteristikasının öyrənilməsini ən vacib şərtlərdən biri kimi qeyd etməliyik..
Azərbaycan Respublikasının maliyyə sistemi - qarşılıqlı əlaqə və qarşılıqlı fəaliyyət
göstərən maliyyə münasibətlərinin ayrı-ayrı həlqələrinin məcmusudur. Maliyyə sistemi vasitəsilə pul vəsaitləri fondlarının düzgün bölgüsü, formalaşması və istifadəsi həyata keçirilir və nəzarət edilir.
Maliyyə bölgü münasibətlərinin daşıyıcısı hesab edilir. Məhz bu bölgü də müxtəlif təsərrüfat subyektləri arasında baş verir. Pul vəsaiti fondlarının formalaşması və istifadəsi baxımından
maliyyə sistemi iki yerə ayrılır:
-
Ümumdövlət maliyyəsi bunu həmdə mərkəzləşdirilmiş maliyyəsi kimi göstərmək olar;
-
Müəssisə və təşkilatların (təsərrüfat subyektlərinin) maliyyəsi (qeyri-mərkəzləşdirilmiş maliyyə).
Birinci bölmə yuxarıda qeyd etdiyimiz kimi - dövlət maliyyəsinin həlqələri və mərkəzləşdirilmiş maliyyəyə aiddir .Makro səviyyədə iqtisadiyyatı eyni zamanda maliyyə-bölgü münasibətlərinin tənzimlənməsində istifadə edilir.
İkinci bölmə isə müəssisə və təşkilatların maliyyəsini yəni qeyri-mərkəzləşdirilmiş maliyyəni əhatə edir. Bu maliyyə munasibətlərindən isə mikro səviyyədə iqtisadiyyatı və sosial-iqtisadi əlaqələri tənzimləmək və stimullaşdırmaq üçün istifadə olunur.
Azərbaycan Respublikasmda iqtisadi islahatlar nəticəsində formalaşmış maliyyə
sisteminin strukturu Sxem 2-də göstərilmişdir.
Maliyyə sisteminin ayrı-ayrı bölmələri və həlqələri bir-birindən hər bir həlqənin oz fəaliyyət xüsusiyyətlərinə görə həm də pul vəsaitləri fondlarının bölüşdürülməsi və istifadəsi metodları baxımından fərqlənir.
Azərbaycan Respublikasının maliyyə sisteminin ayrı-ayrı bölmələri və həlqələri maliyyə sistemindəki rolu ilə fərqlənir.
Azərbaycan Respublikasının
Maliyyə sistemi
Dövlət
maliyyəsi
Müəssisə və təşkilatların maliyyəsi
Ev təsərrüfatının maliyyəsi
Sığorta
Maliyyəsi
- Dövlət büdcəsi
- büdcədənkənar fondlar
- dövlət krediti
- dövlət sığorta fondları
bələdiyyə maliyyəsi
- kommersiya müəssisələrinin (təşkilatlarının maliyyəsi)
- dövlət və bələdiyyə müəssisələrinin maliyyəsi
- qeyri-kommersiya müəssisə və təşkilatlarının maliyyəsi
- ictimai təşkilatların və birliklərin maliyyəsi
Sxem 2. Azərbaycan Respublikasının maliyyə sistemi
Azərbaycan Respublikasının maliyyə sistemində əsas bölmələrindən biridə büdcə sistemidir. Ölkəmizdə büdcə sisteminə Azərbaycan Respublikasının dövlət büdcəsio cümlədən , Naxçıvan Muxtar Respublikasının büdcəsi və ölkə daxilində olan yerli büdcələrdən ibarətdir..Büdcə və büdcə sistemi dedikdə bu sistemə daxil ola biləcək bütün büdcələrin vahid prinsiplər əsasında fəaliyyətini nəzərdə tutur və onların müstəqilliyinə əsaslanır.Büdcə sisteminin vahidliyi dedikdə onun tənzimləyici mədaxil mənbələrindən istifadə olunmaqla yanaşı məqsədli büdcə fondları yaratmaq, elecədə qarşılıqlı fəaliyyət zamanı yaranan maliyyə ehtiyatlarını müxtəlif ölçülü büdcələr arasında bölüşdürmək vasitəsilə onlar arasında yəni büdcələrinbir birilə qarşılıqlı əlaqəsini təmin etməkdən ibarətdir..
Büdcə sisteminin vahidliyi dedikdə eyni büdcə təsnifatı, eyni büdcə sənədləri və formalarından istifadə etmək , büdcələrin icrasına dair müntəzəm hesabatı və icmal büdcə hesabatını hazırlanmaq və qanunvericiliklə müəyyən olunmuş qaydada təqdim edilməlidir. Hər bir büdcənin müstəqilliyi ayrı ayrılıqda mövcud qanunvericiliyə uyğun olaraq mədaxil mənbələri və vahid büdcə təsnifatı daxilində xərclərin istiqamətlərini müəyyənləşdirmək hüququna malik olması ilə təmin edilir.
Azərbaycan Respubkilasının dövlət büdcəsi: Respublikamızda dövlət büdcəsinin məqsədi ölkəmizin iqtisadi, sosial və digər əhəmiyyətli proqramlarının və problemlərinin həlli, digər bir baxımdan dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitlərinin toplanmasını və istifadəsini təşkil etməkdən ibarətdir. Respublikamızda dövlət büdcəsi mərkəzləşdirilmiş gəlir və xərclərdən həmdə yerli gəlir və xərclərdən ibarətdir.
Naxçıvan Muxtar Respublikasının büdcəsi: Naxçıvan Muxtar Respublikasının büdcəsi Azərbaycan Respublikasının habelə Naxçıvan Muxtar Respublikasının Konstitusiyaları ilə, qanunlarıyla və digər qanunvericilik aktları ilə müəyyənləşdirilir. Naxçıvan Muxtar Respublikasının büdcəsi ölkəmizdəki Vergi Məcəlləsi tərəfindən təyin olunmuş dövlət vergiləri, digər ödənişlər, bu vergi və ödənişlərə görə hesablanmış faiz və sanksiyalar və digər daxilolmalar hesabına formalaşır. Naxçıvan Muxtar Respublikasının büdcəsinin vəsaiti isə Muxtar Respublikasının həm sosial həm də iqtisadi inkişafı habelə əhalinin rifahının yüksəldilməsı ilə bağlı olan tədbirlərin maliyyələşdirilməsində istifadə olunur..
Yerli büdcə: Yerli büdcə anlayıçına nəzır salsaq bu büdcə bələdiyyə statusuna uyğun olaraq özünüidarəetmə prinsiplərini reallaşdırmaq həmçinin bələdiyyələrin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirtməkdən ötrü formalaşan və istifadə olunan maliyyə vəsaitidir. Büdcənin tərtibi və icrası zamanı büdcə sisteminin qanunvericilklə müəyyən olunmuş ümumi prinsipləri əsasında və Azərbaycan Respublikasında tətbiq olunan büdcə təsnifatına uyğun olaraq həyata keçirilir.İstənilən ölkədə büdcə prosesləri həmin dövlətin büdcə qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikasında büdcə qanunvericiliyi , Azərbaycan Respublikasının Konstitusiyası, “Büdcə sistemihaqqında” Azərbaycan Respublikasının qanunu, ilə yanaşı “Büdcə sistemihaqqında” qanuna müvafiq olaraq qəbul edilən dövlət büdcəsihaqqında qanunlar və bir sıra digər normativ-hüquqi aktlar, o cümlədən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.
“Azərbaycan Respublikasında Büdcə sistemi haqqında” ilk qanun 1 dekabr 1992-ci tarixində qəbul olunmuş və bu qanun 2002-ci ilə qədər öz hüquqi qüvvəsini saxlamışdır.
1.2. Dövlət büdcəsinin layihəsinin əsas göstəriciləri
“Azərbaycan 2020:Gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyən edilmiş maliyyə dayanıqlılığı baxımından optimal makrofiskal çərçivənin formalaşdırılması hədəfi gəlir və xərclərin ÜDM-ə faiz nisbətinin optimallaşdırılmasını şərtləndirmişdir. Bu əsasda, dövlət büdcəsinin gəlir və xərclərinin ÜDM-ə faiz nisbəti qarşıdakı ildə müvafiq olaraq 25,2% və 28,2% nisbətində proqnozlaşdırılmışdır.
1.2.1 .Dövlət büdcəsinin gəlirlərinin təhlili
Növbəti ildə dövlət büdcəsinin gəlirləri üzrə əsas diqqət qeyri-neft sektorunun inkişafının daha da stimullaşdırılması ilə əlaqədar olaraq qeyri-neft gəlirlərinin həcmi büdcə gəlirlərinin nəznində xüsusi çəkisinin artırılmasına, həmçinin Dövlət Neft Fondundan dövlət büdcəsinə edilən transfertin azaldılması istiqamətində siyasətin davam etdirilməsinə, vergi və gömrük intizamının gücləndirilməsinə, habelə vergi qanunvericiliyinin təkmilləşdirilməsinə, o cümlədən əvvəlki illərdən qalmış vergi borclarının dövlət büdcəsinə ödənilməsinə, habelə həm vergi həm də gömrük ödənişləri üzrə tətbiq olunan vergi güzəştlərinə yenidən baxılmasına, vergi daxilolmaların yığım əmsalının artırılmasına və s. istiqamətlərə yönəldiləcəkdir.
“Azərbaycan Respublikasında 2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsində (Maddə 1) büdcənin gəlir hissəsi 14566,0 mln. manat məbləğində olacağı proqnoz edilmişdir. Bu, 2014-cü ilin icra göstəricisi ilə müqayisə edildikdə 3834,6 mln. manat yəni 20,8% az, 2015-ci ilin proqnoz göstərici ilə müqayisə edildiyi zaman isə 4872,0 mln. manat yəni ya 25,1% az, cari ilin sonuna gözlənilən icra ilə müqayisədə isə 2514,0 mln. manat və 14,7% azdır nəticəsinə gəlinir.
“Büdcə zərfi”nə daxil olan məlumatlarda proqnozlaşdırma zamanı xam neftin dünya bazarlarında qiyməti hazırkı konyunktura nəzərə alınmaqla 50 ABŞ dolları nisbətində müəyyən edildiyi qeyd olunmuşdur.
Ümumiyyətlə, istər iqtisadi, istərsə də siyasi amillərin təsiri altında formalaşan neftin qiyməti təbii resursla zəngin dövlətləri öz fiskal siyasətlərinə müvafiq düzəlişlər etməsini şərtləndirmişdir. Belə ki, son iki ilin dövlət büdcəsi layihəsinin hazırlanması zamanı istər OPEK-ə üzv dövlətlər, istərsə də digər neft ixracatçıları makro-fiskal çərçivənin formalaşdırılması baxımından daha ehtiyatlı davranmışdır
(Cədvəl 1).
Dövlət büdcəsində neftin proqnzlaşdırılan qiymeti,ABŞ dolları ilə neftin qiyməti
|
|
Türkmənistan
|
|
Qazaxıstan
|
|
Küveyt
|
OPEK
|
Qatar
|
OPEK
|
BƏƏ
|
OPEK
|
İraq
|
OPEK
|
Azərbaycan Respublikası
|
|
|
|
2015
|
2016
|
50
|
|
50
|
40
|
|
45
|
55
|
|
80
|
|
95
|
45
|
90
|
50
|
|
|
Cədvəl 1-dəndə göründüyü kimi, neftinqiymətindəkivolatillikqarşıdakı dövrdə də makroiqtisadi çərçivəninformalaşdırılmasındatəbiiresurslarlazəngindövlətlər üzrə müxtəlifyanaşmaları mövcuddur.
Neftin qiymətinin dünya bazarlarında aşağı düşməsi, ilk növbədə, təbii resursla zəngin dövlətlərin büdcəsində əhəmiyyətli dəyişiklərə səbəb olmuşdur. Bu sırada ilk növbədə qeyd edilən itkilər Səudiyyə Ərəbistanının büdcəsi üzrə müşahidə edilir21. Səudiyyə Ərəbistanı üzrə dövlət büdcəsi kəsirinin ÜDM-ə faiz nisbətinin 20%-ə çatması, Norveçdə isə dövlət büdcəsi profisitinin 6,1%-dən 3,8%-dək azalması proqnozlaşdırılır. Ümumiyyətlə, təbii resursla zəngin dövlətlərin 2015-ci il üzrə dövlət büdcəsində neftin dünya bazarlarında qiymətinin 50 ABŞ dollarından yüksək olduğu təqdirdə balanslaşdırılması mümkün hesab edilirdi. Eyni zamanda, nəzərə almaq lazımdır ki, bu ölkələrin heçdə hamısı uzunmüddətli fiskal fəzaya malik deyil. Bu şəraitdə fiskal fəza rolunu suveren fondlara toplanmış aktivlər təşkil edir. Misal üçün, İran, İraq, Oman, Bəhreyn kimi dövlətlərdə fiskal fəzanın həcminin az olması baxımından büdcə itkilərinin böyük olacağı ehtimal edilir.
Növbəti il üçün dövlət büdcəsinin gəlirlərinin ÜDM-ə nisbətinin 25,2% təşkil edəcəyi gözlənilir. Qeyd edək ki, 2017-2019-cu illərdə dövlət büdcəsinin gəlirlərinin ÜDM-ə nisbəti müvafiq olaraq 22,0%, 23,6% və 21,9% səviyyəsində proqnozlaşdırılmışdır.
2016-cı ildə dövlət büdcəsinin mədaxil mənbələri (Maddə 2) üzrə 2015-ci illə müqayisədə əsas artımlar səhmlərinin payı dövlətin payı olan bir sıra müəssisələrdən alınan dividendlər üzrə 2800,0 min manat, həmçinin xarici ölkələrin hökumətlərinə verilmiş kreditlər üzrə daxilolmalar üzrə isə 11502,0 min manat, yol vergisi üzrə 19400,0 min manat, sadələşdirilmiş vergi üzrə 25000,0 min manat, o cümlədən hüquqi şəxslərin əmlak vergisi üzrə 11200,0 min manat, sair daxilolmalar üzrə 6698,0 min manat, əsas azalmalar isə ölkəmizdə istehsal edilən və qiymətləri tənzimlənən bir çox məhsulların satış qiyməti ilə bir istisna hal var yəni burada (ixrac xərcləri çıxılmaqla) ölkə daxilində topdan satış qiyməti arasındakı fərqdən daxilolmalar üzrə 77000,0 min manat, hüquqi şəxslərin mənfəət vergisi üzrə isə 389400,0 min manat, əlavə dəyər vergisi üzrə 10000,0 min manat, Dövlət Neft Fondundan daxilolmalar üzrə 4388000,0 min manat (gözlənilən icra ilə müqayisədə isə 2130000,0 min manat) praqnozlaşdırılmışdır.
2014-2016-cı illər üzrə dövlət büdcəsi gəlirlərinin strukturu
min manatla ra №si Göstəricilər 2015-ci il proqnoz 2015-ci il gözlənilən icra 2016-cı il proqnoz 2015-ci ilin proqnozu ilə 2015-ci ilin gözlənilən icrası ilə fərq faiz Gəlirlər 19438 000,00 17 080 000,00 14 566 000,00 -4 872 000,00 74,9 -2 514 000,00 85,3
1) Fiziki şəxslərin gəlir vergisi 982 000,00 982 000,00 957 000,00 -25 000,00 97,5 -25 000,00 97,5
2)Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 2 211 000,00 2 111 000,00 1 821 600,00 -389 400,00 82,4 -289 400,00 86,3
3) Hüquqi şəxslərin torpaq vergisi 48 000,00 48 000,00 50 000,00 2 000,00 104,2 2 000,00 104,2
4 )Hüquqi şəxslərin əmlak vergisi 148 000,00 148 000,00 159 200,00 11 200,00 107,6 11 200,00 107,6
5 )Əlavə dəyər vergisi 3 456 000,00 3 456 000,00 3 446 000,00 -10 000,00 99,7 -10 000,00 99,7
6)Sadələşdirilmiş vergi 145 000,00 145 000,00 170 000,00 25 000,00 117,2 25 000,00 117,2
7 ) Aksiz 684 000,00 684 000,00 637 000,00 -47 000,00 93,1 -47 000,00 93,1
8 ) Yol vergisi 67 600,00 67 601,00 87 000,00 19 400,00 128,7 19 399,00 128,7
9 ) Mədən vergisi 116 000,00 116 000,00 107 200,00 -8 800,00 92,4 -8 800,00 92,4
10)Gömrük rüsumları 348 400,00 348 400,00 348 000,00 -400 99,9 -400 99,9
11) Respublikamızda istehsal edilən və qiymətləri tənzimlənən bir sıra məhsulların kontrakt qiyməti ilə yuxarida qeyd etdiyimiz kimi (ixrac xərcləri çıxılmaqla) ölkə daxilində topdansatış qiymət arasındakı fərqdən olan daxilolmalar 195 000,00 195 000,00 118 000,00 -77 000,00 60,5 -77 000,00 60,5
12) Ölkəmizdəki Büdcə təşkilatlarının ödənişli xidmətlərindən gələn daxilolmalar 300 000,00 300 000,00 305 000,00 5 000,00 101,7 5 000,00 101,7
13 ) Xarici ölkələrin hökumətlərinə verilmiş kreditlər üzrə daxil olan daxilolmalar 14 051,00 14 051,00 25 553,00 11 502,00 181,9 11 502,00 181,9
14)Səhmlərində dövlətin payı çox olan müəssisələrdən alınan dividendlər 2 490,00 2 490,00 5 290,00 2 800,00 212,4 2 800,00 212,4
15) Dövlət Neft Fondundan daxilolmalar 10 388 000,00 8 130 000,00 6 000 000,00 -4 388 000,00 57,8 -2 130 000,00 73,8 33
16) Dövlət əmlakının,o cümlədən özəlləşdirilən dövlət müəssisələri və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxil olan daxilolmalar 7 000,00 7 000,00 7 000,00 0 100 0 100
17) Dövlət mülkiyyətinin nəznində olan torpaqların icarəyə verilməsindən gələn daxilolmalar 6 000,00 6 000,00 6 000,00 0 100 0 100
18) Aksiz mallarının markaların satışından daxil olan daxilolmalar 3 000,00 3 000,00 3 000,00 0 100 0 100
19) Dövlət rüsumu 115 000,00 115 000,00 105 000,00 -10 000,00 91,3 -10 000,00 91,3
20) “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu”na bərpa edilməsi üzrə daxil olan daxilolmalar 0 0
21) Sair vergi daxilolmaları 180000 180000 180000 0 100 0
Dövlət Neft Fondundan transfert 6000,0 mln. manat məbləğində proqnozlaşdırılmışdır ki, bu da 2014-2015-ci illərin müvafiq göstəricilərindən 3337,0 mln. manat və 4388,0 mln. manat azdır.
Beynəlxalq təcrübədə makroiqtisadi təhlillərin aparılması zamanı vergi sisteminin əsas parametrlərinin təhlilində bir neçə əsas vergi daxilolması- fiziki şəxslərin gəlir vergisi, hüquqi şəxslərin mənfəət vergisi və Əlavə Dəyər Vergisi üzrə təhlillər aparılır. Aparılan təhlillər zamanı istifadə edilən göstərici hər 3 vergi növü üzrə büdcəyə daxilolmaların ÜDM-ə faiz nisbətidir.
Azərbaycan üzrə bu, 2016-cı ildə proqnozlaşdırılmış ƏDV üzrə 6,0%, gəlir vergisi üzrə 1,7% və mənfəət vergisi üzrə 3,1% təşkil edəcəkdir. ƏDV üzrə beynəlxalq təcrübədə bu göstərici ÜDM-in 6-10% nisbətindədir22. mənfəət vergisi üzrə 1,1-5,4%23, gəlir vergisi üzrə isə bu, 2,4-24% 24 nisbətində dəyişir. 3 əsas vergi üzrə aparılan müqayisə Azərbaycanda bu indikatorların ÜDM-ə faiz nisbətinin uyğun səviyyədə olduğunu göstərir.
Dövlət büdcəsinin gəlirlərinin tərkibində xüsusi çəkisinə görə əsas daxilolmaların Dövlət Neft Fondundan - 41,2%, ƏDV - 23,7%, hüquqi şəxslərin mənfəət (gəlir) vergisi -12,5%, fiziki şəxslərin gəlir vergisi - 6,6% təşkil edəcəyi gözlənilir ki, 2015-ci il üçün həmin göstəricilər müvafiq olaraq 53,4%, 17,8%, 11,4%, 5,1% nəzərdə tutulmuşdur. Göründüyü kimi, DNF-dən daxilolmalarınxüsusi çəkisində 2015-ci illə müqayisədə 2016-cı ildə azalma gözlənilsə də, digər qeyd olunmuş mənbələr üzrə xüsusi çəki göstəricilərinin də artımı proqnozlaşdırılmışdır.
Eyni zamanda, Rəyə təqdim edilmiş sənədlərdə, ötən illərdən fərqli olaraq qeyri-kommersiya təşkilatlarının kommersiya fəaliyyətindən gəlirlərin (təsnifat kodu 142300) tərkibində büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalarla yanaşı, məqsədli büdcə fondlarından daxilolmalar da proqnozlaşdırılmışdır. Ötən illərdə müəyyən məbləğdə icrası təmin edilsə də, “Büdcə zərfi”nə məqsədli büdcə fondlarından daxilolmalar üzrə proqnozların tərtib olunmaması bu istiqamətdə fəaliyyətin səmərəliliyi ilə bağlı fikir söyləmək imkanı vermirdi. Qeyd edilənləri nəzərə alaraq, büdcə gəlirlərinin daha detallı təqdim edilməsini müsbət addım hesab edirik. Eyni zamanda, qanun layihəsində büdcə gəlirlərinin tərkibində müvafiq dəyişikliklərin tətbiq edilməsini təklif edirik.
Dövlət büdcəsinin 2016-cı il üçün gəlirlərinin tərkibində büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların xüsusi çəkisinin 2,1% təşkil edəcəyi nəzərdə tutulmuşdur. Bu mənbə üzrə daxilolmalar 2014-cü ilin icra göstəricisi ilə müqayisədə 97738,3 min manat və ya 47,2% çox, 2015-ci ilin proqnoz və gözlənilən göstəriciləri ilə müqayisədə 1,7% çox olmaqla 305000,0 min manat məbləğində proqnozlaşdırılmışdır. “Büdcə zərfi”nə daxil olan məlumatların təhlili göstərir ki, həmin məbləğ 302050,0 min manat məbləğində büdcə təşkilatlarının ödənişli xidmətlərindən və 2950,0 min manat məbləğində məqsədli büdcə fondlarının daxilolmalarından formalaşdırılmışdır.
Əvvəlki illərdə bu mənbə üzrə gəlirlərin icra səviyyəsinin aşağı olduğunu, həmçinin Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirləri zamanı ödənişli xidmətlər üzrə daxilolmaların yığılması istiqamətində, xüsusilə, ali təhsil məktəblərində bir sıra nöqsanların mövcudluğunu, eyni zamanda, göstərilən ödənişli xidmətlərin siyahısının mümkün genişləndirilməsi, bəzi xidmətlərin tariflərinin müasir tələblərə uyğun yenidən müəyyənləşdirilməsi ilə bağlı təkliflərini də nəzərə alaraq,büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların artırılması istiqamətində əlavə potensialın olduğunu qeyd edə bilərik.
Rəyə təqdim edilmiş Qanun layihəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu 2015-ci il üçün təsdiq edilmiş məbləğə bərabər olmaqla 290000,0 min manat məbləğində nəzərdə tutulmuşdur (Maddə 3). Məlumatlar Fondun 35
mədaxil mənbələrinin dəyişməz qaldığını, lakin bu mənbələr üzrə proqnozlaşdırılmış vəsaitlərin həcminin fərqli olduğunu göstərir.
“Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun mədaxil mənbələri, min manatla
Qeyd etdiyimiz kimi , yol vergisi dedikdə idxal olunan avtonəqliyyat vasitələrinə tətbiq olunan gömrük rüsumu və nəqliyyat vasitələrinin, həmçinin motonəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların texniki nəzərdən keçirilməsi üçün tutulan dövlət rüsumu üzrə daxilolmalarda müvafiq olaraq 28,7%, 23,0% və 6,9% , idxal olunan minik avtomobillərinə tətbiq olunan aksizlər, ölkə ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün tutulan dövlət rüsumu və Azərbaycan Respublikasında dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlir hissəsindən ayrılan vəsait üzrə daxilolmalarda azalma (20,4%, 7,4% və 26,6%) nəzərdə tutulmuş, mülkiyyətində habelə istifadəsində olan avtonəqliyyat vasitələri yanaşı sərnişin və yük daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergilərdən daxilolmaların məbləği isə 2015-ci ilin göstəricisinə bərabər olmaqla proqnozlaşdırılmışdır.
Rəyə təqdim edilmiş Qanun layihəsində Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinə vergi daxilolmalarının Azərbaycan Respublikasının VergiMəcəlləsi ilə müəyyən edilmiş vergi dərəcələrinə uyğun olaraq hesablanılması (Maddə 4), Azərbaycan Respublikasında istehsal olunan habelə qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların satış qiyməti ilə ixracla dair xərclər çıxılmaqla ölkə daxilində topdansatış qiyməti arasında olan fərqdən dövlət büdcəsinə 30 faiz həcmində yığım tutulduğu və bu yığımların vergi ödəyicisinin vergilər həmçinin faizlər, maliyyə sanksiyaları o cümlədən inzibati cərimələr üzrə digər borclarının ödənilməsinə aid edilmədiyi (Maddə 5)qeyd edilmişdir və hər iki maddə ilə nəzərdə tutulmuş fəaliyyət dövlət gəlirlərinin, o cümlədən, vergi gəlirlərinin səmərəli və vaxtında daxil olmasını təmin etmək məqsədini daşıyır.
Həmçinin, Qanun layihəsinin 6-cı və 7-ci maddələri gəlirlərin, o cümlədən, məqsədli büdcə fondlarının və yerli gəlirlərin mənbələrinin şəffaf olaraq təmin olunmasına xidmət edir.
Cari ilin may ayında “Azərbaycan Respublikasının Mərkəzi Bankı” haqqında Qanunda bankın kapital çatışmazlığının ödənilməsi mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə bir sıra dəyişikliklər edilmişdir. Belə ki, Mərkəzi Bankın kapital çatışmazlığı əsasən balansında olan xarici valyuta və qızılın yenidən qiymətləndirilməsi nəticəsində yaranan zərərin Bankın öz kapitalı hesabına ödənilə bilməməsi hallarında baş verə bilir. Bu əsasda, yenidənqiymətləndirmə nəticəsində yaranan fərq daim dəyişən olduğundan qanuna edilən dəyişiklik zərər halında kapital çatışmazlığının aradan qaldırılmasını zərərin əmələ gəldiyi maliyyə ilindən sonra bir il təxirə salınmaqla dövlətin vəsaiti hesabına bərpasını nəzərdə tutur.
Eyni zamanda, dəyişiklik çatışmazlığın bərpa mexanizmini dəqiqləşdirməklə Mərkəzi Bankın kapital çatışmazlığının dövlətin buraxdığı qiymətli kağızlarla ödənilməsini müəyyən edir.
Həmçinin, qeyd etmək istərdik ki, Qanunun 12.2-ci maddəsinə görə “Kapital ehtiyatları formalaşdırıldıqdan və Mərkəzi Bankın illik maliyyə hesabatı auditorlar tərəfindən təsdiq edildikdən sonra reallaşdırılmış mənfəətin sərbəst qalığı dövlət büdcəsinə hesabına köçürülür”.
Qeyd edilənləri nəzərə alaraq, növbəti il üçün dövlət büdcəsi haqqında qanunda bu vəsaitlərlə bağlı maddənin əlavə olunmasını, sonrakı illərdə isə mövcud təcrübəyə əsaslanılaraq proqnozların tərtib edilməsini məqsədəmüvafiq hesab edirik.
Dövlət büdcəsinin xərclərinin təhlili;Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyev cari ilin sentyabr ayında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə dövlətin əsas maliyyə sənədinin tərtibi və icrası ilə bağlı əsas prioritetləri müəyyənləşdirərək qeyd etmişdir: “Ən əsas məsələlər büdcədə həllini tapacaq, bütün sosial proqramlar ixtisarsız icra ediləcək. Azərbaycan vətəndaşları əmin ola bilər ki, bu sahədə heç bir ixtisar ola bilməz. Sosial infrastruktur layihələri icra ediləcək. Məktəb, uşaq bağçalarının, xəstəxanaların tikintisi davam edəcək. Eyni zamanda, sosial siyasətlə bağlı institusional islahatlar davam etdiriləcək”.
“Büdcə zərfi”nə daxil edilmiş məlumatlara görə, son illərin dövlət büdcələrindən fərqli olaraq növbəti ilin büdcəsi investisiyayönlü büdcədən daha çox sosialyönlü büdcəyə çevirilməsi ilə fərqlənir ki, bu da, öz növbəsində növbəti ilin büdcə xərcləri üzrə əsas prioritet istiqamətlər olaraq xərclərin optimallaşdırılmasını, cari və əsaslı xərclərin strukturunun, səmərəliliyinin və ünvanlılığının artırılmasını, sosial siyasətin davam etdirilməsini, o cümlədən, əhalinin rifahının və yaşayış səviyyəsinin, həssas sosial qrupların sosial-məişət şəraitinin yaxşılaşdırılmasını və sosial layihələr üzrə dövlət proqramları üçün maliyyə təminatının nəzərə alınmasını, ölkənin müdafiə qabiliyyətininvə təhlükəsizliyinin təmin edilməsini, kənd təsərrüfatının aparıcı sahələrinin, sənayenin, regionların sosial-iqtisadi inkişafının, dövlətin borc və öhdəliklərinin yerinə yetirilməsini nəzərdə tutulur.
“Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Respublikanın Qanun layihəsində dövlət büdcəsinin xərcləri 16264,0 mln. manat məbləğində olmaqla (Maddə 1) 2014-cü ilin icra göstəricisi ilə müqayisədə 2445,0 mln. manat və ya 13,1%, 2015-ci i ilin isə müvafiq göstəricisi ilə müqayisədə 4836,0 mln. manat və ya 22,9%, ilin sonuna gözlənilən icra ilə müqayisədə isə 1466,0 mln. manat və ya 8,3% az proqnoz edilmişdir.
Növbəti il üçün isə dövlət büdcəsinin xərclərinin ÜDM-də xüsusi çəkisinin 28,2% olması proqnoz edilmişdir ki, bu da 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 7,1 faiz az nəticədir. Dövlət büdcəsi xərclərinin funksional təsnifat üzrə 4 bölməsində 2016-cı il üçün proqnozlaşdırılmış vəsaitin ÜDM-ə faiz nisbəti 2015-ci illə müqayisədə dəyişməz qalmışdır .
2014-2016-cı illər üzrə dövlət büdcəsinin funksional təsnifat üzrə bölmələrin ÜDM-ə faiz nisbəti və dövlət büdcəsində xüsusi çəkisi (faizlə)
sıra №-si Bölmələrin adı 2014-cü il icra 2015-ci il proqnoz 2015-ci il gözlənilən icra 2016-cı il proqnoz 2016-cı illə müqayisə 2014-cü ilin icrası ilə 2015-ci ilin proqnozu ilə 2015-ci ilin gözlənilən icrası ilə fərq faiz fərq faiz fərq faiz
1. Ümumi dövlət xidmətləri 1425478,4 2 046 976,7 2 008 223,8 2 416 862,5 991384,1 169,5 369 885,8 118,1 408 638,7 120,3
2. Müdafiə 1516088,2 1 778 529,0 1 724 114,0 1 837 821,2 321733,0 121,2 59 292,2 103,3 113 707,2 106,6
3. Məhkəmə hakimiyyəti, hüquq- mühafizə və prokurorluq 1103554,4 1 227 080,3 1 190 006,3 1 138 758,3 35203,9 103,2 -88 322,0 92,8 -51 248,0 95,7
4. Təhsil 1553864,9 1 711 180,4 1 653 721,3 1 713 513,1 159648,2 110,3 2 332,7 100,1 59 791,8 103,6
5. Səhiyyə 665312,0 777 668,4 762 484,2 744 855,8 79543,8 112,0 -32 812,6 95,8 -17 628,4 97,7
6. Sosial müdafiə və sosial təminatla baglı 1971168,9 2 040 534,8 1 999 724,1 1 896 554,7 -74614,2 96,2 -143 980,1 92,9 -103 169,4 94,8
7. Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətlə bağlı294045,9 348 317,1 335 777,6 652 748,6 358702,7 222,0 304 431,5 187,4 316 971,0 194,4
8. Mənzil və kommunal təsərrüfatı ilə bağlı 417118,2 443 775,8 417 419,2 416 763,9 -354,3 99,9 -27 011,9 93,9 -655,3 99,8
9 Yanacaq və enerji 2145,1 7 625,7 7 511,3 5 654,9 3509,8 2,6 dəfə -1 970,8 74,2 -1 856,4 75,3
10 Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi ilə bağlı504760,4 596 152,1 587 209,8 596 599,2 91838,8 118,2 447,1 100,1 9 389,4 101,6
11 Sənaye, tikinti və faydalı qazıntılar, o cümlədən, 6278461,4 6 951 624,6 4 282 417,2 3 578 856,0 -2699605,4 57,0 -3 372 768,6 51,5 -703 561,2 83,6 dövlət əsaslı vəsait qoyuluşu ilə bağlı 6256706,7 6 930 000,0 4 263 776,1 3 554 800,0 -2701906,7 56,8 -3 375 200,0 51,3 -708 976,1 83,4
12 Nəqliyyat və rabitə 88226,3 128 335,7 126 282,4 114 787,5 26561,2 130,1 -13 548,2 89,4 -11 494,9 90,9
13 İqtisadi fəaliyyət 307999,6 345 280,2 332 504,8 254 000,0 -53999,6 82,5 -91 280,2 73,6 -78 504,8 76,4
14 Əsas bölmələrə aid edilməyən xidmətlər, o cümlədən, 2580776,2 2 696 919,2 2 302 649,3 896 224,3 -1684551,9 34,7 -1 800 694,9 33,2 -1 406 425,0 38,9 dövlət büdcəsinin ehtiyat fondu 330854,3 343 000,0 243 000,0 100 000,0 -230854,3 30,2 -243 000,0 29,2 -143 000,0 41,2
CƏMİ : 18709000,0 21100000,0 17730045,3 16264000,0 -2445000,0 86,9 -4 836 000,0 77,1 -1 466 045,3 91,7 41
Dövlətin funksiyalarının həyata keçirilməsi istiqamətlərini sosial siyasətin reallaşdırılması, real sektora dəstək, dövlət sərhədlərinin və ictimai asayişin qorunması ilə bağlı və digər tədbirlər üzrə qruplaşdırsaq, 2014-2016-cı illərin müvafiq dövlət büdcəsi xərclərində nəzərdə tutulmuş və ya icra edilmiş vəsaitlərin məbləği aşağıdakı cədvəldə göstərilmişdir. Dövlətin funksiyalarının həyata keçirilməsi istiqamətləri üzrə xərclər min manatla sıra №-si.Cədvəl(2 )
Xərclərin istiqamətləri
|
2014-cü il icra
|
2015-ci il proqnoz
|
2015-ci il gözlənilən icra
|
2016-cı il proqnoz
|
Sosial siyasətin həyata keçirilməsi ilə bağlı xərclər
|
4608581,1
|
5028158
|
4898553
|
55 139 394
|
Real sektorun inkişafı ilə bağlı xərclər
|
7598711,1
|
8472794,1
|
5753344,7
|
4966661,5
|
Müdafiə və hüquq-mühafizə ilə bağlı xərclər
|
2619642,6
|
3005609,3
|
2914120,3
|
2976579,5
|
Digər fəaliyyətlərlə bağlı xərclər
|
3882065,2
|
4593438,6
|
4164026,8
|
3181365
|
Ayrı-ayrı istiqamətlər üzrə geniş təhlilin Rəyin müvafiq bölmələrində təqdim edildiyini nəzərə alaraq funksional təsnifatın bir sıra bölmə və köməkçi bölmələri ilə bağlı aşağıdakı məqamları qeyd etmək olar. Ümumi dövlət xidmətləri üzrə 2016-cı il üçün proqnozlaşdırılmış vəsaitin məbləği cari ilin gözlənilən icra göstəricisi ilə müqayisədə 20,3% çoxdur. Bu xərclərin ÜDM-ə nisbəti 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 0,8 faiz bəndi çox olmaqla 4,2% səviyyəsində proqnozlaşdırılmışdır. Bölmənin xərclərində 2015-ci ilin gözlənilən icra göstəriciləri ilə müqayisədə “Qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının saxlanılması” və “Dövlət borcu üzrə xidmətlər” köməkçı bölmələri üzrə ümumilikdə artım tempinin 38,3% səviyyəsində proqnozlaşdırılması digər köməkçi bölmələr üzrə azalmaların nəzərdə tutulması fonunda bölmə üzrə xərclərin növbəti ildə 20,3% artımını şərtləndirəcək. Qeyd edək ki, bölmə üzrə xərclərin tərkibində dövlət borcu üzrə xidmətlərin ödənilməsi ilə bağlı nəzərdə tutulmuş vəsaitin 2015-ci ilin sonuna gözlənilən icra ilə müqayisədə 64,3% artımla nəzərdə tutulması ümumi dövlət xidmətləri üzrə xərclərin strukturunda həmin xərclərin xüsusi çəkisinin də 13,8 faiz bəndi artaraq 51,7%-ə çatmasına səbəb olacaqdır. Dövlət borcu üzrə xidmətlərlə bağlı xərclərin proqnozlaşdırılmış artımı bölmə üzrə nəzərdə tutulmuş artımdan 19,6% çoxdur. 42 Qeyd edilməli digər məqam “Faizlər üzrə ödənişlər” bölməsinin 2016-cı ildə nisbətən az nəzərdə tutulması fonunda Dünya Bankının kreditləri üzrə xərclərin 25,9%, Mərkəzi Bank üzrə xərclərin isə 188,9 dəfə çox nəzərdə tutulmasıdır. Bölmə üzrə müşahidə edilən nəzərəçarpacaq artımlardan biri də beynəlxalq təşkilatlara üzvlük haqqı ilə bağlı xərclərin 64,1%, həmçinin bank xərclərinin 33,7% artımıdır. Ümumi dövlət xidmətləri bölməsi üzrə “Qeyri-maliyyə aktivlərinin alınması” ilə bağlı xərclərdə isə nəzərəçarpacaq azalma nəzərdə tutulmuşdur. Belə ki, 2016-cı il üçün proqnozlaşdırılan məbləğ 2015-ci ilin sonuna gözlənilən icra məbləğindən 2,2 dəfə azdır. 2016-cı il dövlət büdcəsinin tərkibində elm xərclərinə 131,7 mln. manat məbləğində vəsait nəzərdə tutulmuşdur ki, bu da ümumi dövlət xidməti ilə bağlı xərclərin 5,4% həcmindədir. 2016-cı ildə azalma fundamental elm sahəsində malların alınması və qeyri-maliyyə aktivləri ilə bağlı xərclərdə, eyni zamanda, büdcədənkənar xərclərdə proqnozlaşdırılmışdır. Təhsil xərcləri ilə bağlı dövlət büdcəsində 2016-cı ildə 1713,5 mln. manat vəsait və ya cari ilin gözlənilən icrası ilə müqayisədə 3,6% artım proqnozlaşdırılmışdır. Dövlət əsaslı vəsait qoyuluşu da nəzərə alınmaqla bu xərclərin ÜDM-ə faiz nisbətinin 3,1%-dən çox olacağı (2015-ci ilin proqnozlaşdırılan büdcəsi ilə eyni nisbətdə, 2014-cü ilin icrası ilə müqayisədə 0,2 faiz bəndi az) gözlənilir. Bölmə üzrə xərclərin tərkibində, ötən illərdə olduğu kimi, ümumi təhsillə bağlı xərclərin xüsusi çəkisi çox yüksək olacaq. Ümumiyyətlə, qeyd edək ki, təhsil xərclərinin tərkibində funksional istiqamətlər üzrə xərclərin xüsusi çəkisi sabit saxlanılır. 2016-cı ilin təhsil xərclərində artım əmək haqqı xərcləri ilə bağlı nəzərdə tutulmuşdur. Təhlil göstərir ki, bu xərclərdə son illərlə müqayisədə ilk dəfə “Subsidiyalar və cari transfertlər” üzrə 18,5 mln. manat məbləğində vəsait nəzərdə tutulmuşdur. Həmin vəsaitin “Texniki peşə məktəbləri və liseylər” köməkçi bölməsində digər müəssisə və tədbirlər bloku üzrə icra ediləcəyi gözlənilir. Növbəti ildən başlayaraq yerli xərclərdən maliyyələşən 26 internat məktəbinin Təhsil Nazirliyinin tabeliyinə verilməsinin nəzərdə tutulması ilə əlaqədar olaraq bu köməkçi bölmə üzrə ərzaq məhsullarının alınması xərcləri 43 “Təhsil sahəsində digər müəssisə və tədbirlər” köməkçi bölməsində proqnozlaşdırılmışdır. Səhiyyə xərcləri üzrə 2016-cı il üçün proqnozlaşdırılmış vəsaitin məbləği 744,9 mln. manat təşkil edir. Bu xərclərin dövlət əsaslı vəsait qoyuluşu da nəzərə alınmaqla ÜDM-ə faiz nisbətinin 2015-ci ilin proqnozlaşdırılan büdcəsi ilə müqayisədə 0,3 faiz bəndi, 2014-cü ilin icrası ilə müqayisədə 0,1 faiz bəndi az olmaqla 1,3%-dən çox olacağı nəzərdə tutulmuşdur. Bu xərclərin əməyin ödənişi, təqaüdlər və sosial müavinətlər, eyni zamanda dərman, sarğı ləvazimatları və materialların alınması ilə bağlı xərclər istisna olmaqla qalan xərclərdə azalmanın nəzərdə tutulması bölmə üzrə xərclərin 2015-ci illə müqayisədə 2,3% az proqnozlaşdırılmasına səbəb olmuşdur. Dərman, sarğı ləvazimatları və materialların alınması ilə bağlı xərclərin səhiyyə xərclərində xüsusi çəkisinin 25,8%-ə çatacağı proqnozlaşdırılır. Sosial müdafiə və sosial təminat xərcləri ilə bağlı 2016-cı ilin dövlət büdcəsinin layihəsində 2015-ci ilin gözlənilən icrası ilə müqayisədə 5,2% az olmaqla 1896,6 mln. manat məbləğində vəsait nəzərdə tutulmuşdur. Dövlət əsaslı vəsait qoyuluşu da nəzərə alınmaqla bu xərclərin ÜDM-ə faiz nisbətinin 3,3%-dən çox olacağı (2015-ci ilin proqnozlaşdırılan büdcəsi ilə müqayisədə 0,2 faiz bəndi, 2014-cü ilin icrası ilə müqayisədə 0,1 faiz bəndi az)gözlənilir. Qeyd olunmalıdır ki, bu xərclərin tərkibində iqtisadi təsnifatın digər xərclər və qeyri-maliyyə aktivlərinin alınması ilə bağlı proqnozlaşdırılmış vəsaitin nəzərəçarpacaq azalma tempi digər istiqamətlər üzrə xərclərin artım meylinə baxmayaraq bölmədə cəmi xərclərin azalması ilə nəticələnmişdir. Xüsusilə digər xərclərin 14,3 dəfə azalması bu istiqamətdə daha təsirli olacaq. Belə ki, digər xərclərin 2016-cı ildə məbləğinin 129,4 mln. manat az olacağı proqnozlaşdırılmışdır ki, bu da sosial müdafiə və sosial təminat xərcləri üzrə proqnozlaşdırılmış azalmanın məbləğindən 26,2 mln. manat çoxdur. Sosial müdafiə və sosial təminat xərcləri ilə bağlı qeyd edilməli digər məqam bu istiqamətdə iqtisadi təsnifatın “Subsidiya və cari transfertlər” bölməsi üzrə vəsaitin nəzərdə tutulmasıdır. Belə ki, həmin istiqamətdə son dövrlərdə ilk dəfə olaraq 1,7 mln. manat vəsait proqnozlaşdırılmış, həmin vəsaitin də 2016-cı ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti tərəfindən qeyri-hökumət təşkilatların üzrə icra ediləcəyi gözlənilir. 44 Mənzil və kommunal təsərrüfatı ilə bağlı xərclər ümumi büdcə üzrə azalma nəzərdə tutulmuş bölmələrdən biridir. Belə ki, 2016-cı ildə bu istiqamətdə 416,8 mln. manat məbləğində vəsait nəzərdə tutulmuşdur və bu, 2015-ci ilin gözlənilən icrası ilə müqayisədə 0,2% azdır. Mənzil və kommunal təsərrüfatı üzrə xərclərin strukturunda ilk dəfə olaraq əməyin ödənişi ilə bağlı xərclər nəzərdə tutulmuşdur və bu məqsədlə 6899,5 min manat vəsaitin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən abadlaşdırma, tullantıların yığılması və təmizlənməsi ilə bağlı fəaliyyət üzrə icra ediləcəyi gözlənilir. Layihədə əməyin ödənişi ilə bağlı xərclərin ilk dəfə nəzərdə tutulduğu ikinci funksional bölmə yanacaq və enerji ilə bağlı bölməsidir. Qeyd edək ki, Palata tərəfindən dövlət büdcəsinin layihəsi ilə bağlı hazırlanan rəylərdə bu bölmə üzrə xərclərin yalnız digər xərclərdə nəzərdə tutulduğu əsas götürülərək səmərəlilik və nəzarətin gücləndirilməsi baxımından daha detallı təqdim edilməsi ilə bağlı təkliflər təqdim edilmişdir. Bu baxımdan, həm digər xərclərin nəzərəçarpacaq dərəcədə azaldılması (2015-ci ilin gözlənilən icrası ilə müqayisədə 2,1 dəfə), həm də xərclərin tərkibində təkmilləşdirmənin aparılması müsbət qiymətləndirilir. Ümumilikdə isə, yanacaq və enerji xərclərinə 2016-cı ildə 5654,9 min manat və ya 2015-ci ilin gözlənilən icrası ilə müqayisədə 24,7% az vəsait nəzərdə tutulmuş, həmin xərclərin tərkibində bank xərcləri ilk dəfə olaraq 9456,0 manat məbləğində proqnozlaşdırılmışdır. Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi ilə bağlı xərclər növbəti ildə 2015-ci ilin gözlənilən icrası ilə müqayisədə 1,6% çox və ya 596,6 mln. manat məbləğində proqnozlaşdırılmışdır. Dövlət əsaslı vəsait qoyuluşu da nəzərə alınmaqla bu xərclərin ÜDM-ə faiz nisbətinin 1,2%-dən çox olacağı (2015-ci ilin proqnozlaşdırılan büdcəsi ilə müqayisədə 0,2 faiz bəndi azdır) nəzərdə tutulmuşdur. Bu bölmənin tərkibində ən böyük artım təqaüdlər və sosial müavinətlərlə bağlı xərclərdə nəzərdə tutulmuşdur -18,4%. Qeyd olunmalıdır ki, ötən illərlə müqayisədə maddi-texniki təminatın möhkəmləndirilməsi ilə bağlı xərclərin tərkibində cari təmir xərcləri növbəti ildə nəzərdə tutulmamış, sair xərclər isə həmin məbləğ qədər artırılmışdır. 45 Sənaye, tikinti və faydalı qazıntılar bölməsi üzrə 2016-cı ilin dövlət büdcəsinin layihəsində 3578,9 mln. manat məbləğində vəsait nəzərdə tutulmuşdur və bu, 2015-ci ilin gözlənilən icrası ilə müqayisədə 16,4% azdır. Sənaye köməkçi bölməsi üzrədövlət əsaslı vəsait qoyuluşu da nəzərə alınmaqla bu xərclərin ÜDM-ə faiz nisbətinin 2,4%-dən çox olacağı gözlənilir. Faydalı qazıntılar üzrədövlət əsaslı vəsait qoyuluşu da nəzərə alınmaqla bu xərclərin ÜDM-ə faiz nisbətinin 0,1%-dən çox olacağı gözlənilir. Qeyd edək ki, bu bölmə üzrə də, ilk dəfə olaraq, əməyin ödənişi ilə bağlı xərclər nəzərdə tutulmuşdur. 2016-cı ildə bu məqsədlə 2813,1 min manat vəsaitin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən mineral yanacaq istisna olmaqla, mineral ehtiyatların hasilatı ilə bağlı tədbirlərə yönəldilməsi nəzərdə tutulmuşdur. İqtisadi təsnifat üzrə isə “Qeyri-maliyyə aktivlərinin alınması” ilə xərclərin cari ilin gözlənilən icrası ilə müqayisədə 16,6% az nəzərdə tutulması ümumi bölmə üzrə xərclərin də az proqnozlaşdırılmasının əsas səbəbidir, belə ki, məhz bu xərclər “Sənaye, tikinti və faydalı qazıntılar” bölməsi üzrə cəmi xərclərin 99,0%-dən də çoxunu təşkil edir. Geoloji kəşfiyyat xidmətləri haqqının ödənilməsi ilə bağlı xərclərin cari ilin gözlənilən icrası ilə müqayisədə 21,4% az nəzərdə tutulması da ümumi bölmə üzrə xərclərin azalmasına kiçik təsirə malikdir. Qeyd edilməlidir ki, bank xərcləri bu bölmə üzrə son illərdə ilk dəfə olmaqla 21120,0 manat məbləğində proqnozlaşdırılmışdır.
Sığorta sisteminin formalaşması və təkamülü. Müstəqil Azərbaycanın təsərrüfat mexanizminin heç də az əhəmiyyət kəsb etməyən tərkib hissələrindən biri sığorta sistemidir. O, külli məbləğdə maliyyə resursları toplamağa imkan verir, təsadüfi hadisələr nəticəsində təsərrüfatlara və vətəndaşlara dəymiş zərərin ödənilməsində mühüm rol oynayır. Lakin respublikamızda hər cür imkan və şərait olmasına baxmayaraq biz könüllü sığorta növlərinin inkişafına görə nəinki dünya, habelə keçmiş ittifaq respublikaları arasında da geri qalırıq. Respublikamızda və hər bir regionda sığorta işinin mükəmməl inkişafı onun müstəqil fəaliyyəti ilə sıx əlaqədardır. Dövlət sığortası münasibətləri inhisarsızlaşdırma və əksinhisar prinsipləri əsasında təkmilləşdirilməlidir. Respublikadakı ərazi daxilində olan sığorta obyektlərini və növlərini müstəqil müəyyənləşdirmək həmçinin elmi hesablamalara əsaslanmaqla qiymət dərəcələrini müəyyən etmək sahəsində ona tam sərbəstlik verilmişdir.
Respublikamızda sığorta işi 1990-cı ildən etibarən müstəqil inkişaf etməyə başladı. 1991-ci il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti yaradıldı və fəaliiyətə basladı. Bu təşkilatın vəzifəsi öhdəliyi ölkəmizdə olan sığorta xidmətləri bazarının inkişafının tənzimlənməsi, sığortaçıların həmçinin sığortalıların və dövlət mənafeyinin müdafiəsi, bu işlər üzrə rəhbərliyin həyata keçirilməsi və müvafiq normativ hüquqi sənədlərin hazırlanması və s. olmuşdur.
Respublikamızda milli sığorta bаzаrı 1992-ci ilin əvvəllərindən fоrmаlаşmаğа bаşlаmışdır. 1993-cü ilin yanvar ayında «Sığorta fəaliyyəti hаqqındа» Аzərbаycаn Rеspublikаsı Qаnununu qəbul еdilmişdir.. Bu qаnunun tələblərinin icrа olunmasına uyğun olaraq sığorta işinin inkişаfınа təkаn vеrəcək müхtəlif nоrmаtiv hüquqi sənədlər tərtib edilmişdir ki, bu dа sığorta хidmətləri həcminin аrtırılmаsınа, sığorta təşkilаtlаrının mаliyyə sаbitliyinin möhkəmləndirilməsinə təkаn vеrmişdir.Bütün bunlarla yanaşı 1993-cü ildə həmdə Sığorta Cəmiyyətləri İttifaqı yaradıldı. Bu İttifaqın yaradılmasının əsas məqsədi ölkədə sığorta təşkilatlarının səylərini bir arada tutmaq, sığorta bazarının inkişafına kömək etmək, və onların bir-biri ilə qarşılıqlı fəaliyyətlərini əlaqələndirmək, habelə dövlət, beynəlxalq və digər təşkilatlarla münasibətlərdə öz üzvlərinin mənafeyini müdafiə etməkdən ibarətdir.
Sığortaçılar öz fəaliyyətlərini bir biriləri ilə əlaqələndirmək , üzvlərinin mənafelərini qorumaq həmçinin birgə proqramlarını həyata keçirmək üçün qanunvericiliyə uyğun olaraq müxtəlif ittifaqlar, assosiasiyalar və digər birliklər yaradmışdılar . Bu birliklər sığorta fəaliyyəti ilə bilavasitə məşğul olmaq hüququna malik deyildirlər. Yaranan bu birliklər hüquqi şəxs kimi Dövlət Sığorta Nəzarətində qeydiyyatdan keçdikdən sonra öz nizamnamələri əsasında fəaliyyət göstərməyə başlayırlar. “Sığorta haqqında” Azərbaycan Respublikasının qanununa əsasən sığorta şirkətinin nizamnamə kapitalında xarici kapitalın payı və eyni zamanda iştirakı 49%-dən artıq ola bilməz.
Ölkəmizdə bazar münasibətlərinə keçilməsi ilə əlaqədar olaraq respublikamızda sığortanın inkişafı üçün mükəmməl şərait yaranmış oldu. “Sığorta fəaliyyəti haqqında” 25 dekabr 2007-ci il tarixindəki Qanunun maddələrinə əsasən Azərbaycan Respublikasında sığorta, təkrarsığorta, sığorta agenti və ya sığorta brokeri fəaliyyəti ilə məşğul olmaq istəyən şəxs sığorta nəzarəti orqanından müvafiq lisenziya almalı idi..
Hazırda sığorta bazarında çoxsaylı (1 yanvar 2013-cü ilə 28 təşkilat) sığorta şirkətləri fəaliyyət göstərir. Azərbaycan Respublikasının sığorta bazarında dövlət sığorta kommersiya şirkəti ilə yanaşı özəl sığorta təşkilatlar da fəaliyyət göstərir.
Respublika ərazisində Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti sığorta fəaliyyəti sahəsində dövlət tənzimləməsini həmçinin nəzarətini, o cümlədən sığortalıların, sığortaçıların və sığorta bazarının digər peşəkar iştirakçılarının, bu sahədə dövlətin hüquq və mənafelərinin qorunmasını təmin edən icra hakimiyyəti orqanıdır.(Sxem 3)
Hal-hazırda sığorta sahəsini tənzimləyən əsas qanunvericilik aktları aşağıdakılardır: “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu (25 dekabr,2007)
Dostları ilə paylaş: |