Magistr dissertasiyasi ixtisasın şifri və adı: 060403-Maliyyə


Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirmə mənbələri



Yüklə 0,74 Mb.
səhifə6/6
tarix26.02.2017
ölçüsü0,74 Mb.
#9864
1   2   3   4   5   6

3. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirmə mənbələri

"Azərbaycan Respublikasıda regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" daxilində həyata keçiriləcək tədbirlərin aşağıdakı mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur:

•Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına ;

•Ölkəmizdə olan digər büdcədənkənar dövlət fondları hesabına ;

• mülkiyyət formasından asılı olmayaraq idarə həmçinin müəssisə və təşkilatların vəsaitləri hesabına ;

• Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun və "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin vəsaitləri hesabına;

•yerli və xarici sahibkarların vəsaitləri hesabına ;

•beynəlxalq təşkilatların və xarici ölkələrin maliyyə vəsaitləri hesabına ;

• habelə qanunvericiliklə qadağan olunmayan digər mənbələrin vəsaitləri hesabına.


NƏTİCƏ

Magistr dissertasiyasında yerinə yetirilmiş nəzəri və praktik tədqiqatların nəticələri aşağıdakı kimi ümumiləşdirilmişdir.Təcrübə göstərir ki, maliyyə sisteminin ayrı-ayrı sahə və həlqələrindən deyil, onun kompleks şəkildə inkişafı və təkmilləşdirilməsi iqtisadi yüksəlişə nail olmağın ən vacib və zəruri şərtlərindən biridir.

Maliyyə sistemini təşkil edən alətlər vasitəsilə, bir qrup insanlar, təşkilatlar və dövlətlər tərəfindən qəbul edilmiş yığım qərarları bu yığım vəsaitlərini müxtəlif insanlara, təşkilatlara və ya dövlətlərə investisiya yatırmaq imkanı yaradır. Maliyyə sistemi geniş imkanlara malikdir və bu imkanları öyrənərkən, maliyyə sisteminin əsas elementlərinə nəzər salmaq lazımdır. Müasir bazar iqtisadiyyatı şəraitində maliyyə sisteminin rolu getdikcə artmaqdadır. Bu zaman maliyyə fəaliyyətinin əhatə dairəsi də, genişlənir. Maliyyə fəaliyyəti dedikdə isə, iqtisadi subyektlərin digər subyektlərdən borc alması və ya investisiya və istehlak məqsədilə digər subyektlərə borc verməsidir. Bu zaman maliyyə fəaliyyətinin əhatə dairəsinin genişlənməsi maliyyə aktivlərinin daha geniş sahələrə yayılması ilə əlaqədardır.

İqtisadi münasibətlərin müəyyən tərəflərini özündə əks etdirən maliyyə sistemi, onun həlqələri ölkənin inkişaf səviyyəsindən asılıdır.Bu gün maliyə sistemi iqtisadiyyatın ayrılmaz bir hissəsidir. Təsadüfi deyildir ki, maliyyə sistemi ölkənin maliyyə siyasətində həmişə xüsusi yer tutur. Məhz buna görə son illər ölkəmizdə maliyyə sisteminə və onun həlqələrinə dair bir sıra mühüm qərarlar qəbul edilir.

Müasir bazar iqtisadiyyatı şəraitində maliyyə sistemi özündə bütövlükdə iqtisadiyyatın real sektorunun inkişafına və yaranmış sosial problemlərin həllinə aparan ayrı-ayrı bölmələrinin həm stabil həmdə effektiv həmçinin fəaliyyət göstərməsini təmin edən bir birilə qarşılıqlı əlaqəli kompleks addımlar, alətlər toplusu hesab edilən maliyyə institutlarını ozündə əks etdirir.

Maliyyə sisteminin bu günkü günümüzdə olan tələbləri səviyyəsində qurulması məqsədi ilə qeyd edilən tədbirlərin həyata keçirilməsi ölkədə istehsalın artırılması məqsədi daşıyır. Hal-hazırda respublikamızda mövcud olan infrastrukturun bərpası, onun yenidənqurulması o cümlədən yeni iş yerlərinin açılması və ölkədə keçirilən islahatların dəstəklənməsi məqsədi ilə xaricdən hökumət zəmanəti ilə cəlb edilmiş kreditlərin iqtisadi islahatlar və struktur dəyişikliklərinin maliyyələşdirilməsinə habelə elektrik-enerji sektorunun yenidən bərpa edilməsi və qurulmasına və digər mühüm olan digər sahələrin maliyyələşdirilməsinə yönəldilməsi həyata keçirilir. Cəlb edilən investisiya məqsədli kreditlərə xidmət bilavasitə büdcədən ayrılan vəsaitlər hesabına tənzimlənir. İnkişaf etmiş dövlətlərin inkişafının ilkin mərhələsində iqtisadiyyatın nisbətən zəif sahələrini inkişaf etdirmək üçün nizamlayıcı yaxud tənzimləyici siyasətdən geniş istifadə etmişlər.

Respublikamızın iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası prosesi ölkədə maliyyə sisteminin səmərəliyini təmin etməklə yanaşı eyni anda ölkədə sabit büdcə-vergi sistemi həmçinin pul-kredit və gömrük sisteminin qurulmasını tələb edir. İqtisadiyyatda müəyyən tarazlaşmış balans əldə etmək isə dövlətin iqtisadi siyasətinin əsasını təşkil etməlidir.

ƏDƏBİYYAT:


  1. Büdcə sistemi haqqında Azərbaycan Respublikasının qanunu , (2 iyul 2002-ci il)

  2. Azərbaycan Respublikasının Sığorta Fəaliyyəti haqqında Qanunu, 25 dekabr 2007

  3. Damət Bağırov, Mirələm Həsənli – “Maliyyə”, Bakı-2011

  4. Nurpaşa Novruzov, Xanoğlan Hüseynov - “Maliyyə”, Bakı-2007

  5. B. Ataşov, N. Novruzov, E. İbrahimov – “Müəssisələrin maliyyəsi”, Bakı-2009

  6. Nurpaşa Novruzov, Elşən İbrahimov - “Büdcə sistemi”, Bakı-2012

  7. M.İ.Əhmədzadə - “Dövlət maliyyəsi”, Bakı-2000

  8. Vidadi Zeynalov, A.Hüseynov – “Dövlət və bələdiyyə maliyyəsinin problemləri”, Bakı-2006

  9. F.Abdullayev –“Maliyyə menecmentinin əsasları” , Bakı-2010

  10. Xankişiyev.B.A - “Sığorta”. Bakı - 2005

12. “Maliyyə və uçot” jurnalı

13. AMEA “İqtisadiyyat xəbərləri” jurnalı- “Regionların sosial-iqtisadi inkişafında bələdiyyələrin rolunun qiymətləndirilməsi”-İsmayılova A.A, Bakı-2007/N1

14. AMEA “İqtisadiyyat xəbərləri” jurnalı- “Maliyyə sistemi və Sığorta münasibətləri- İmanov N.C, Bakı-2006/N2

13. “İqtisad elmləri: nəzəriyyə və praktika” jurnalı,”Ölkənin maliyyə siyasətinin regionların davamlı sosial-iqtisadi inkişafına təsiri istiqamətləri”, Bakı-2010/N1

14. “İqtisadiyyat” qəzeti

15. www.maliyye.gov.az- AR Maliyyə Nazirliyinin rəsmi saytı

16. www.stat.gov.az- AR-nın Dövlət Statistika Komitəsinin rəsmi saytı

17. www.sigorta.maliyye.gov.az – ARMNDövlətSığortaNəzarətixidmətininrəsmisaytı

18. www.science.gov.az- AR Milli Elmlər Akademiyasının rəsmi saytı

19. www.anl.az– Milli Kitabxananın rəsmi saytı

20.МаxмудовИ.М., ЗейналовТ.Ш., МаxмудовР.И. «Малиййявязиййятининтящлили», Бакы, 2003.

21.МуслимовС.Й, КазымовР.Н. «Малиййятящлили», Дярслик.Бакы,ЖБС 2012.



R E Z U M E
Dissertasiyada Azərbaycan Respublikasının Maliyyə sisteminin mahiyyəti, formalaşması, quruluşu ətraflı tədqiq olunmuşdur.Burada əsasən Dövlət və bələdiyyə maliyyəsi , habele təsərüffat subyektlərinin maliyyəsi öyrənilmişdir.Regional inkişafın təmin olunmasında maliyyə sisteminin rolunun artırılması araşdırılmışdır.

РЕЗЮМЕ

В диссертации в деталях была изучена суть, формирование и структура финансовой системы Азербайджанской Республики. В основном здесь изучались государственные и муниципальные финансы, а также финансирование хозяйственных субъектов.Была исследована повышение роли финансовой системы в обеспечении регионального развития.

SUMMARY
The thesis work comprehensively studies the essence of the financial system of the Republic of Azerbaijan, its formation and structure.

The dissertation also studies state and municipial finances, as well as the financing of economic entities.

Increasing the role of the financial system to ensure the regional development was researched as well.





1



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin