Magistr dissertasiyasi ixtisasın şifri və adı: 060403-Maliyyə


Regional inkişafın təmin olunmasında maliyyə sisteminin rolunun artırılması



Yüklə 0.74 Mb.
səhifə5/6
tarix26.02.2017
ölçüsü0.74 Mb.
1   2   3   4   5   6

3.2 Regional inkişafın təmin olunmasında maliyyə sisteminin rolunun artırılması
Azərbaycanda tətbiq edilən regional inkişafı üzrə dövlət proqramları iqtisadi idarəetmədə dövlət tənzimlənməsinin bir forması olmaqla, ölkənin maliyyə sisteminin inkişaf etdirilməsi,ölkə iqtisadiyyatının diversifikasiyasını, sahəvi və regional strukturlarının təkmilləşdirilməsini, əhalinin məşğulluq səviyyəsinin və regionların investisiya cəlbediciliyinin yüksəldilməsini təmin edir.

Maliyyə sisteminin günün tələbləri səviyyəsində qurulması məqsədi ilə bütün iqtisadi tədbirlərin həyata keçirilməsi respublikada regional inkişafın artırılması məqsədi daşıyır. Hal-hazırda respublikamızda mövcud olan infrastrukturun bərpası,maliyyə sistemində islahatların aparılması və yeni qanunların qəbul olunması, yeni iş yerlərinin açılması , fəaliyyəti dayandırılmış iş yerlərinin fəaliyyət mexanizmlərinin bərpa edilməsi və ölkədə keçirilən bir sıra islahatların dəstəklənməsi məqsədi ilə xaricdən ölkə zəmanəti ilə cəlb edilmiş kreditlərin iqtisadi islahatlar və struktur dəyişikliklərinin maliyyələşdirilməsinə, və başqa bir çox mühüm sahələrin maliyyələşdirilməsinə yönəldilməsi həyata keçirilir. Cəlb olunan investisiya məqsədliylə ayrılan kreditlərə xidmət birbaşa büdcədən ayrılan vəsaitlər hesabına tənzimlənir.

Republikamızda iqtisadiyyatın inkişafı istehsalın stimullaşdırılmasında və həmçinin regionların sosial-iqtisadi inkişafında dövlət büdcəsinin təsirininhəm kəmiyyət, həm də keyfiyyət baxımından qiymətləndirilməsi qeyd edilir. Aparılan iqtisadi islahatların müasir mərhələsində bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq istehsal və sosial sahələrin inkişafına büdcə vəsaitlərinin investsiya edilməsi dövlət büdcəsinin tərkib hissəsi olmalıdır. Bu baxımdan vergilərin rolunu xüsusi qeyd etmək lazımdır.Belə ki, vergilər büdcə gəlirlərinin formalaşmasına habelə istehsalın kəmiyyət və keyfiyyət göstəricilərinə təsiri xüsusi əhəmiyyət kəsb edir. Bir çox İnkişaf etmiş ölkələrdə vergilər iqtisadiyyatda tənzimləyci bir vasitə kimi də çıxış edir. Vergilər dövlətin istehsalın genişləndirilməsinə onun yeni texnika və texnologiya ilə təmin olunmasına , istehsalın strukturuna və qurluşuna iqtisadi təsiretmə vasitəsi olmaqla, onun əsas maliyyə mexanizmidir.

Baş verə biləcək bir çox müxtəlif səbəblərdən iqtisadiyyatda, o cümlədən, maliyyə sistemində yarana biləcək qeyri tarazlığı aradan götürməkdən ötrü beynəlxalq təcrübədən istifadə etməklə dövlətin iqtisadiyyatın aparıcısı sahələrinə bu və ya digər formada müdaxilə etməsi baş verir.

İdarəetmə və mülkiyyət formasından asılı olmayaraq hər bir təşkilat, müəssisə, eləcə də hər bir dövlət öz funksiyalarını həyata keçirmək və müəyyən sosial-iqtisadi məsələləri həll etmək üçün maliyyədən istifadə edir. Başqa sözlə desək, hər bir iqtisadi islahat etibarlı və güclü maliyyə təminatına malik olmalıdır. Ö cümlədən, regional inkişaf istiqamətində aparılan işlər, həyata keçirilən layihələr də güclü maliyyə sərfiyyatı tələb edir. Bu mənada qarşıya qoyulmuş məqsədlərin reallaşdırılmasında maliyyə resursları və bu resurslardan səmərəli istifadəni təmin etməyə yönəldilmiş siyasəti əhəmiyyətli rol oynayır. Dövlətin iqtisadi siyasətinin mühüm tərkib hissəsi olan maliyyə siyasəti, həm də regionların sosial-iqtisadi inkişafında regional resursların iştirakını təmin edir və tənzimləyir. Başqa sözlə desək, maliyyə siyasəti dövlətin öz funksiyalarını həyata keçirmək üçün maliyyə resurslarının səfərbər edilməsi, məqsədəuyğun bölüşdürülməsi və səmərəli istifadəsinə yönəldilmiş iqtisadi fəaliyyət sahəsidir. Bu sahənin başlıca məqsədlərindən biri də, maliyyə resurslarının toplanması, ədalətli bölüşdürülməsi və səmərəli istifadəsidir.

Yerli və xarici təcrübədən aydın olur ki, istənilən regionun inkişafını təmin etmək üçün vacib amillərdən biri də həmin regionun maliyyə resursları və bu resurslardan istifadə səviyyəsidir. Regionların maliyyə resursları istər regional inkişafın təkanverici qüvvəsi kimi, istərsə də dövlət maliyyəsinin vacib tərkib hissələrindən biri kimi mühüm əhəmiyyət kəsb edir. Müvafiq region ərazisinin tələbatının ödənilməsinə xidmət edən regional maliyyə resursları, əsasən yerli büdcələri əhatə edir. Başqa sözlə desək, regional büdcələr əhaliyə sosial-mədəni və kommunal-məişət xidmətlərinin göstərilməsi ilə bağlı olan geniş əhatəli tədbirlərin maliyyələşdirilməsini təmin edir. Təbii ki, bütün bunlar regional inkişaf baxımından olduqca ciddi əhəmiyyətə malikdir

2014-2018-ci illəri əhatə edən birinci regional dövlət proqramında nəzərdə tutulan tədbirlər uğurla həyata keçirilmişdir. Əsas kapitala investisiyaların tərkibində Bakı şəhərinin xüsusi çəkisi xeyli azalmış, regionlarınkı isə dəfələrlə artmışdır. Yerli büdcə gəlirlərinin miqyasının iqtisadi inkişafa adekvat planlaşdırılmamasını regional inkişafa qoyulan investisiyaların həcmi də göstərir. Sosial infrastruktur obyektlərində çalışanlar regionda fəaliyyət göstərən kommersiya təşkilatlarına və fərdi sahibkarlara xidmət etdiyinə görə ədalətli olar ki, onlarda yerli büdcə gəlirlərinin tələb olunan həcmdə formalaşmasında daha fəal iştirak etsinlər. Bundan başqa onların hesabına müəyyən normativlər, məsələn, əhalinin adambaşına düşən ayırmalar əsasında yerli icra hakimiy-yəti orqanlarının büdcədən kənar fondlarının yaradılması düzgün olardı. Bu, eyni zamanda həmin orqanların region iqtisadiyyatının inkişafında maddi maraqlarını yüksəldə bilərdi.

Ölkə prezidentinin 27 fevral 2014-cu il tarixli fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası regionlarının 2014-2018-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı» yaxın 4 ildə respublikanın bütünlükdə iqtisadi inkişaf strategiyasını müəyyən etmişdir.


1. Regional inkişaf siyasətinin uğurlu nəticələri

Ölkənin həm sosial həm də iqtisadi inkişaf baxımından prioritet kimi müəyyən olunmuş elecedə neft-qaz gəlirlərindən səmərəli istifadə etməklə regional tarazlığın təmin edilməsi istiqamətində əvəzsiz rola malik olan regional inkişaf üzrə Dövlət Proqramları əhalinin işgüzar fəalliyyətinin artmasına, regionlarda sahibkarlıq fəaliyyətinin daha da fəallaşmasına, infrastruktur layihələrinin həyata keçirilməsinə, habelə beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına səbəb olmuş, vətəndaşların rifahını xarakterizə edən keyfiyyət göstəricilərini yüksək bir səviyyədə yaxşılaşdırmışdır.


Buna görədə ölkə Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının (2004-2008-ci illər)" əsas məqsədi və vəzifəsi qeyri-neft sektorunun fasiləsiz inkişafı həmçinin ölkə regionlarının tarazlı inkişafının təmin olunması, regionlarda olan kommunal xidmət , sosial infrastruktur təminatının yaxşılaşdırılması, yeni iş yerlərinin və müəssisələrin yaradılması nəticəsində əhalinin məşğulluq səviyyəsinin minimuma çatdırılması və əhainin həyat səviyyəsinin rifahının yüksəldilməsindən bəhs olmuşdur.
2004-2008 ci illərdə yaranan və fəaliyyətə başlayan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı -nın uğurlu həyata keşrilməsi nətcəsində bütün regionların inkişafında yeni bir mərhələnin yaranmasına səbəb olmuş, o cümlədən formalaşmış əlverişli iqtisadi mühit ölkənin sosial-iqtisadi inkişafı sahəsində başlanmış digər tədbirlərin fəaliyyət etdirilməsi zərurətini yaratmışdır. Respublikamızda qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, habelə iqtisadiyyatın diversifikasiyasına, əhalinin həyat səviyyəsinin maksimum şəkildə yaxşılaşdırılmasına nail olunması məqsədilə 2004-cü ildən başlanmış tədbirlərin dahada möhkəmləndirilməsi və eyni zamanda da davam etdirilməsi üçün Azərbaycan Respublikasının Prezidentinin 2009-cu il 14 aprel tarixli 80 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq olunmuşdur.
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın uğurla həyata keçrilməsi nəticəsində ölkəmizdə makroiqtisadi göstəricilərin səviyyəsində yüksək dərəcədə artım əldə olunmuş , sosial-iqtisadi inkişaf sahəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi əhalinin həyat səviyyəsinin daha da yüksəlməsində mühüm rola malik olmuşdur.
Regional inkişaf üzrə hər iki dövlət proqramlarının fəaəliyyəti və icrası zamanında bütün iqtisadi rayonlara daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə 240 sərəncam imzalanmışdır.
Ümumilikdə götürdükdə son, 10 il ərzində regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən siyasət ölkənin makroiqtisadi göstəricilərinin sürətlə yaxşılaşmasına səbəb olmuş, Ümumi Daxili Məhsul (ÜDM) 3,2 dəfə, adambaşına ÜDM-in həcmi 2,8 dəfə, həmçinin qeyri-neft sektoru 2,6 dəfə artmış və ölkəmizdə orta illik iqtisadi artım 12,9 % təşkil etmişdir.
Ötən 10 ildə strateji valyuta ehtiyatları 31 dəfə artmış , xarici ticarət dövriyyəsi 6,6 dəfə, ixrac 9,3 dəfə, idxal 4,1 dəfə, həmçinin qeyri-neft ixracı 4,7 dəfə artmışdır..
Minimum əmək haqqının ölkə üzrə yaşayış minimumuna çatdırılması siyasəti davam etdirilmiş, əmək siyasəti və əməyin ödənilməsi sahəsində həyata keçirilən islahatlar nəticəsində işləyənlərin orta aylıq əmək haqqının ilbəil artması əhalinin həyat səviyyəsinin yüksəldilməsini təmin etmişdir. Həmçinin Son 10 ildə ölkədə olan minimum əmək haqqının məbləği 11,7 dəfə artmış, yoxsulluğun səviyyəsi 2003-cü ildəki 44,7 faizdən 2013-cü ildə 5,3 faiz aşağı düşmüşdür.
Ölkəmizdə həyata keçirilən büdcə-vergi siyasəti nəticəsində dövlətin iqtisadi qüdrəti dahada artmış , regionların, habelə qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, istehsal və infrastrukturun müasir tələblərə uyğun yenidən qurulması, və cavab verməsi , xalqın rifah halının yüksək səviyyədə yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmişhəmçinin , dövlət büdcəsi həm sosial həm də investisiya yönümlü, inkişaf və quruculuq büdcəsi, iqtisadi islahatların və dövlət proqramlarının maliyyələşmə mənbəyi olmuşdur.

Ümumilikdə, 2004-2013-cü illərdə daxili investisiyaların sayı 14,6 dəfə, qeyri-neft sektorundakı investisiyaların sayı isə 12,9 dəfə artmış və bununla yanaşı regionlara bütün mənbələr hesabına 50,7 milyard manat vəsait yönəldilmişdir.


Son 10 il ərzində həyata keçirilmiş tədbirlər nəticəsində ölkədə 1,2 milyondan çox yeni, o cümlədən 900 min daimi iş yeri açılmış, 55,6 min isə yeni müəssisə yaradılmış və fəaliyyətə başlamışdır. Yenicə açılmış iş yerlərinin 80 faizə yaxını regionların payına düşmüşdür.
Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadə etdikləri yanacağın, motorun yağlarının həmçinin istifadə etdikləri mineral gübrələrin dəyərinin demək olar ki, orta hesabla 50 faizi dövlət tərəfindən ödənilməsi , eləcə də dövlət büdcəsinin vəsaiti hesabına buğda istehsalının artırılması məqsədilə onlara yardım verilməsi, toxumçuluq və damazlıq işləri üzrə müəyyən işlərin görülməsi, aqroservis xidmətlərindən güzəştli qiymətlərlə istifadə edilməsi , həmçinində Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu və Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına verilmiş güzəştli kreditlər kənd təsərrüfatı istehsalı sahəsində ilbəil dinamik inkişafın əldə edilməsini təmin edən amillərlə bağlı olmuşdur..
Kənd təsərrüfatının ümumi məhsulu son 10 ildə 1,5 dəfə, taxıl istehsalı 43,9 faiz, kartof istehsalı 29,1 faiz, tərəvəz 17,8 faiz, bostan məhsulları 20,5 faiz, meyvə və giləmeyvə 49,1 faiz, üzüm istehsalı isə 2,4 dəfə artmışdır..
Yerli istehsal sahələrinin yenidən qurulması və uğurla həyata keçirilən aqrar islahatların aparılması nəticəsində bir sıra yerli qida məhsullarının istehsalının artmasına və ölkəmizə bu məhsullara olan təlabatın minimuma endirilməsinə o cümlədən idxalının azalmasına səbəb olmuşdur. Öz Yerli məhsullar daxili bazarımızı zənginləşdirmiş, əsas qida məhsullarına təlabatımızı ödəmiş idxaldan asılılığımızı minimuma çatdırmışdır.
Ölkənin sahibkarlıq sektorunun inkişafı göstəricilərinin dinamikası həyata keçirilən iqtisadi islahatların uğurlu nəticələrinin əyani təsdiqidir.
Son illərdə sahibkarlığın inkişafına dövlətin maliyyə dəstəyi daha da yaxşılaşmış, güzəştli kreditlərin həcmi əhəmiyyətli dərəcədə artmışdır. Ötən müddət ərzində ölkənin müxtəlif bögələrində müntəzəm olaraq təşkil edilmiş biznes forumlar yerli və müxtəlif ölkələrdən olan iş adamları, sahibkarlar arasında maarifləndirmə işinin təşkilinə, onların məlumat əldə etmə imkanlarının genişləndirilməsinə, ölkə regionlarının mövcud təbii və əmək resurslarından səmərəli istifadə edilməsi, habelə xarici investisiyaların cəlb edilməsi prosesinin dəstəklənməsinə müsbət təsir göstərmişdir.Ölkəmizdə aparılan regionlarin sosial iqtiasdi proqramı eyni anda ölkədə turizm sahəsindədə bir çox yeniliklərin əldə olunmasına şərait yaratmışdır.Turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin və eləcə də xalqımızın mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasını təmin etmək məqsədiləvhətda Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2011-ci il ölkəmizdə "Turizm ili" elan edilmişdir.
Bu zaman daxilində Bakı ilə yanaşı, bir çox regionlarda da turizm komplekslərinin, otellərin, istirahət mərkəzlərinin istifadəyə verilməsi turizmin inkişafına, əhalinin istirahətinə geniş imkanlar yaratmışdır.
Son illərdə inkişaf edən infrastruktur sahələrindən biri də nəqliyyat sektorudur ki, bu sahəyə davamlı və iri həcmli investisiyaların yönəldilməsi nəticəsində nəqliyyatın hərəkət heyətinin yeniləşməsi, körpülərin tikilməsi, yeni avtomobil yollarının çəkilişi, yenidən qurulması və s. işlər davam etdirilmiş, strateji əhəmiyyətli layihələrin səmərəli fəaliyyəti sahənin inkişafına öz müsbət təsirini göstərmiş, ümumilikdə bu sahədə 2,5 dəfə artıma nail olunmuşdur.Buna misal olaraq , Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəmərini və Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəmərini misal çəkə bilərik. Bununla yanaşı, ölkənin tranzit potensialının reallaşdırılması istiqamətində tədbirlər, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin fəaliyyəti, Bakı-Tbilisi-Qars dəmir yolunun, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə magistral yolların tikintisi layihələri uğurla davam etdirilmişdir.
Regional İnkişaf Dövlət Proqramlarının icrası çərçivəsində son 10 il ərzində regionlarda Naxçıvan, Gəncə, Lənkəran, Zaqatala, Qəbələ və Yevlax şəhərlərində hava limanları istifadəyə verilmişdir. Nəqliyyatın hərəkətinin tənzimlənməsi və idarə olunması məqsədilə habelə Ölkəmizdə Bakı şəhərində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yaradılmışdır.

Bütün bunlarla yanaşı bu dövr ərzində uğurla həyata keçirilən məsələlərdən biridə İnsanların sağlam təbii mühitdə yaşamaları və təbii sərvətlərdən xalqın rifahının yaxşılaşması naminə istifadə etməsi məsələsidir.. Ekologiyanın və təbii mühitin tarazlığının qorunması, həmçinin əhalinin təmiz suya və havaya olan təlabatını təmin etməkdən ötəri son illər ərzində bir sıra tədbirlər görülmüşdür

.
Ölkədə xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi və ekoturizmin inkişaf etdirilməsi məqsədilə 2003-cü ildən başlayaraq Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu, Eldar şamı, Korçay dövlət təbiət qoruqları, eləcə də Abşeron, Ağgöl, Göygöl, Şahdağ, Şirvan, Akademik Həsən Əliyev adına Zəngəzur, Hirkan, Altıağac və Samur-Yalama milli parkları yaradılmış, xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 478 min hektardan 893 min hektaradək artırılmışdır. Bu dövrdə yaşıllıqların salınması sahəsində 20 milyon ağac və kol əkilmiş, əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması üçün 222 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır..
İdman sahəsindədə maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 10 il ərzində ölkənin müxtəlif regionlarında 41 olimpiya idman kompleksləri tikilmiş və istifadəyə verilmiş, ümumilikdə isə 250-dən çox idman və gənclər obyekti tikilmiş və ya yenidən qurulmuşdur.

 

2. Dövlət Proqramının məqsədi, vəzifələri və regional inkişafın prioritet istiqamətləri



"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın əsas məqsədi respublikamızda qeyri-neft sektorunun inkişafı, həmçinin iqtisadiyyatın diversifikasiyası, regionların sürətlə inkişaf etməsi istiqamətində tədbirlərin həyata keçrilməsi, xüsusən də kəndlərin inkişafı ilə bağlı infrastrukturun və sosial xidmətlərin inkişaf etdirilməsindən və yaxşılaşdırılmasından ibarət olacaqdır.
Dövlət Proqramında qarşıya qoyulmuş məqsədə nail olmaq üçün regionlarda infrastruktur təminatının, xüsusi ilə əhalinin kommunal xidmətlərlə təminatının daha da yaxşılaşdırılması, ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalı istiqamətində sahibkarlığın inkişafının sürətləndirilməsi, əhalinin, o cümlədən kənd əhalisinin məşğulluq səviyyəsinin maksimuma çatdırılması və yoxsulluğun səviyyəsinin azaldılması istiqamətində tədbirlərin davam etdirilməsi kimi mühüm vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulurvə həyata keçirilir.
Dövlət Proqramında müəyyən olunmuş məqsədlərə nail olunması, eləcə də qeyd olunan vəzifələrin yerinə yetirilməsindən ötəri ölkədə makroiqtisadi sabitliyin qorunması mühüm əhəmiyyət daşıyır. Makroiqtisadi sabitliyi nəzərə alaraq dövlətin büdcə siyasətində iqtisadiyyatın prioritet sahələrinin modernləşməsi və onun effektivliyinin, uzunmüddətli dayanıqlılığının təmin edilməsi üçün şəraitin yaradılması, investisiya mühitinin daha da yaxşılaşdırılması prioritet olacaqdır. İqtisadi artımın, habelə məşğulluğun, büdcə və valyuta gəlirlərinin əsas mənbəyi kimi qeyri-neft sektoru başlıca yer tutur.bu baxımdan o tarazlı və dayanıqlı iqtisadi artıma nail olunmasında və yüksək gəlirli iqtisadiyyatın formalaşmasında strateji amil rolunu davam etdirəcəkdir. 2014-2018-ci illərdə bu istiqamətlərdə bütövlükdə iqtisadiyyatın, o cümlədən regionlarda ayrı-ayrı sahələrin inkişafının başlıca şərtləri kimi:
• orta illik inflyasiya tempinin və milli valyutanın məzənnəsinin məqbul səviyyədə saxlanılması;
• vergi və gömrük dərəcələrinin optimal həddə müəyyənləşdirilməsi;
• kənd təsərrüfatı məhsulları istehsalçılarının stimullaşdırılması tədbirlərinin davam etdirilməsi;
• taxıl istehsalının artırılması və rəqabət qabiliyyətinin gücləndirilməsi;
• istehsalçıların ixrac yönümlü fəaliyyətinin stimullaşdırılması;
• yeni iş yerlərinin fəaliyyətə başlanması ,yaradılmasının stimullaşdırılması;
• Ümumi Daxili Məhsulda qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin xüsusi çəkisinin artırılmasıi;
• ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə aqrar sektorun inkişafı davam etdiriləcəkdir.
Ölkəmizdə aparılan məşğulluq siyasəti bir çox mənbələrin , əhalinin məşğulluğunun inkişafına təsir edən investisiya mühitinin yaradılmasına, vergi, gömrük həmçinin təhsil və digər müvafiq sahələrlə bağlı olan siyasətin daha da təkmilləşdirilməsinə, yeni iş yerlərinin açılmasını stimullaşdıran institusional mühitin formalaşmasına yönəldilən tədbirlərin həyata keçirilməsindən ibarət olacaqdır.

Nəzərdə tutulub ki, qarşıdakı illərdə bank sistemində daha sağlam rəqabət mühiti formalaşdırılacaq,xüsusilədə regionlar keyfiyyətli və geniş çeşidli bank xidmətləri ilə tam təmin olunacaq , bankların kredit və investisiya imkanları genişləndiriləcək, bank xidmətləri bazarında bərabər hüquqlu rəqabət mühitinin təşkilinə nail olunacaqdır.

Bazar iqtisadiyyatının səmərəli və stabil fəaliyyətini təmin etməkdən ötrü , sahibkarlıq fəaliyyətini potensial risklərdən qoruyan, iqtisadiyyatın inkişafı üçün uzunmüddətli investisiya mənbələrini yaradan səmərəli milli sığorta sisteminin formalaşdırılması ilə bağlı zəruri tədbirlər davam etdiriləcəkdir.

Bütün qeyd etdiklərimizlə yanaşı respublikanmızda əlverişli strateji coğrafi mövqeyindən səmərəli istifadə etməklə tranzit və nəqliyyat xidmətlərinin inkişafı, yerli və beynəlxalq daşımaların idarə olunması mexanizminin təkmilləşdirilməsi, əhaliyə göstərilən nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksək səviyəyə çatdırılması 2014-2018 ci illərdə qarşıda duran əsas vəzifələrdən biri olacaqdır. Bununla bağlı olaraq aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:


• regionlarda nəqliyyat sisteminin davamlı inkişaf etdirilməsinənəzarət , o cümlədən nəqliyyat sektorunun və nəqliyyat xidmətləri bazarında rəqabət mühitinin daha da yaxşılaşdırılması;
• ölkənin regionlararası, şəhər və rayondaxili olan yol-nəqliyyat infrastrukturunun daha da yüksək səviyyədə inkişafı;
• regionlarda magistral yolların tikintisi və yenidənqurulması, xüsusi ilə kənd yollarının tikintisi, əsaslı təmiri ilə bağlı tədbirlərin davam etdirilməsi.
2014-2018-ci illərdə ölkəmizin qarşısında duran əsas məqsədlərdən biri də ekoloji tarazlığın təmin olunmasına nail olmaqdan ibarətdir..Bununla əlaqədar olaraq biomüxtəlifliyin qorunması habelə yanacaq-enerji kompleksinin ətraf mühitə mənfi təsirinin neytrallaşdırılması azaldılması ilə bağlı tədbirlərin görülməsi, dənizin və onun akvatoriyasının çirklənməsinin aradan qaldırılması və qorunması, yaşıl ərazilərin bərpası və mövcud resursların səmərəli və düzgün istifadə olunması, onların mühafizəsi istiqamətində zəruri həyata keçirilməsi və ss. qarşıdakı illərdə də davam etdiriləcəkdir.

.
2014-2018-ci nəzərdə tutulan əsas məsələlərdən biridə əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətinin əsas prioritet istiqamətləri:

• səmərəli sosial müdafiə sistemini düzgün inkişaf inkişaf etdirməklə regionlarda yaşlı əhalinin,, o cümlədən aztəminatlı ailələrin və sosial cəhətdən əsasəndə həssas qrupların sosial riskinin azaldılması sahəsində işlərin davam etdirilməsi;

• regionlarda sosial xidmət göstərən dövlət idarə və müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, onların növləri və şəbəkəsinin daha da yaxşılaşdırılması;

• Qarabağ əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı işlərin görülməsi və davam etdirilməsi;

• regionlardaolan əlil şəxslərin müxtəlif və qabiliyyətlərinin qiymətləndirilməsi inkişaf etdirilməsi, onlar üçün məşğulluq imkanlarının artırılması məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsi və davam etdirilməsi olacaqdır.


2014-2018-ci illərdə səhiyyə sahəsində qarşıya qoyulan əsas məqsədlərə aşağıdakılar daxildir. regionlarda ilkin olaraq səhiyyə xidmətlərinin gücləndirilməsi həmçinin onlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi olacaqdır. Regionlarda səhiyyənin maddi-texniki bazasının gücləndirilməsi üçün tibb müəssisələrinin tikintisi onların əsaslı təmiri və yenidən qurulması hətda onların müasir tibbi avadanlıqla təchiz edilməsi işləri davam etdiriləcəkdir. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün səhiyyə sahəsində dövlət siyasətinin əsas istiqamətlərinə bunları aid etmək olar:

• regionlarda əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması, mütəxəssislərin bilik və bacarıqlarının daim artırılması sahəsində müvafiq tədbirlərin davam etdirilməsi;

• regionlarda əhalinin sosial cəhətdən aztəminatlı təbəqələrinə tibbi yardımın göstərilməsi, tibbi-profilaktika tədbirlərinin əhatəliliyinin və keyfiy¬yə¬ti¬nin yüksəldilməsi;
• səhiyyə müəssisələ¬ri¬nin dərman və avadanlıq təminatının yaxşılaşdırılması məqsədilə tibb sənayesi müəssisələrinin yaradılmasının dəstəklənməsi;
• rayonlarda yeni səhiyyə müəssisələrinin tikintisi və əsaslı təmiri işlərinin davam etdirilməsi;
• regionlarda sanatoriya-kurort müəssisə¬lə¬ri¬nin yaradılması, yenidən qurulması və onların infrastruktur təminatının yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi.
Gənclərin, həmçinin bədən tərbiyəsi və idmanın inkişafının dəstəklənməsi məqsədi ilə aparılan işlər 2014-2018-ci illərdə də davam etdiriləcəkdirBunlarla yanaşı ucqar rayon və kənd yerlərində yaşayan gənclər üçün məlumat məsləhət xidmətləri şəbəkəsi genişləndiriləcək, gənclərin sağlamlığının möhkəmləndirilməsi, asudə vaxtın səmərəli təşkili sahəsində bədən tərbiyəsinin və idmanın rolunun artırılması üçün müvafiq şəraitin yaradılması istiqamətində tədbirlər davam etdiriləcəkdir:
• regionlarda gənclərin inkişafı üçün şəraitin daha da yaxşılaşdırılması;

• gənclərin məşğulluğunun daha da artırılması və gənclər arasında sahibkarlığın inkişaf etdirilməsi;


• gənc mütəxəssislərin regionlarda işləməsinin təşviq edilməsi;

• regionlarda uşaq, yeniyetmə və gənclər arasında bədən tərbiyəsi və idmanın geniş təbliği;


• regionlarda idman müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və inkişaf etdirilməsi işlərinin davam etdirilməsi.

Dövlət Proqramında qeyd olunanbütün bu istiqamətlərdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Ölkəmizin sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla ölkə regionlarının davamlı inkişafında və "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində nəzərdə tutulan məqsədlərə nail olunmasında, habelə ölkə əhalisinin rifahının daha da yüksəldilməsi və yaxşılaşdırılmasında mühüm rol oynayacaqdır.



: application -> uploads -> 2017
2017 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda
2017 -> 3 Fəsil I. Lənkəran vilayətinin fiziki-coğrafi şərati
2017 -> Mustafayev Elvin Museyib oğlu Müəssisə iqtisadiyyatın əsas subyekti kimi mövzusunda magistr dissertasiyasi
2017 -> «маgistratura məRKƏZİ»
2017 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda Kərimli Xəyal Vasif oğlu «Azərbaycanda regional iqtisadi inkişafin tənzimlənməsinin dövlət mexanizmi»
2017 -> 1. Ərəb qaynaqları hansı əraziləri “Yuxarı Azərbaycan” adlandırırdılar? • Cənubdakı Qəzvin və Zəncana qədərki ərazilərini • Araz çayından şimala doğru ərazilərini
2017 -> 0301y Az Y2017 Qiyabi Yekun imtahan testinin sualları Fәnn : 0301y Azәrbaycan tarixi
2017 -> 1205y Az Y2017 Qiyabi Yekun imtahan testinin sualları Fәnn : 1205y Biomüxtәliflik vә onun qorunması
2017 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə