AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasinin təHSİl problemləRİ İnstitutu



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə15/41
tarix14.01.2017
ölçüsü3,82 Mb.
#5285
1   ...   11   12   13   14   15   16   17   18   ...   41

 

 

FRANSADA TƏHSİL 

 

 



 

 

Fransa ərazisində ilk məktəb hegemonluq dövründə Qalliyada Roma nümu-



nəsi kimi yaradılmışdır. VI-VII əsrlərdə xristianlığın genişlənməsi nəticəsində 

monastr və kilsə  məktəbləri yaradılır. Sonrakı  təhsilin inkişafı VIII-IX əsrlərdə 

krallığın dirçəliş mərhələsinə aiddir. 

XII əsrdə şəhərlərdə şagirdlərdən yığılan pul hesabına qeyri-kilsə məktəbləri 

meydana gəldi. XII əsrin əvvəllərində Parisdəki ilahiyyət məktəbində üç min tə-

ləbə oxuyurdu. XIV-XV əsrlərdə Fransada yaranan kolleclər yüksək səviyyəli təh-

sil müəssisələrindən biri sayılırdı. İlk kolleclər (fransızca “college” sözündəndir) 

XV əsrin ortalarında Fransada Sarbon və Navar universitetlərinin nəzdində yaran-

mışdı. Universitetlərə qəbul olmaq üçün kolleci qurtaranlara icazə verilirdi. XVI 

əsrdə kolleclər ödənişli, pansion və eksternatlar isə ödənişsiz idi. Sonrakı illərdə 

kolleclər tədricən yüksək səviyyədə  təhsil verən müstəqil tədris müəssisələrinə 

çevrildilər. 1627-ci ildə Fransanın  şimalında (Paris, Tuluza, Şampan) fəalliyyət 

göstərən kolleclərdə 25 minə yaxın  şagird təhsil alırdı. XVIII əsrin ortalarında 

Fransada böyük şagird kontingenti olan müqəddəs Loyala kollecində ildə 14 minə 

yaxın şagird oxuyurdu. Fransadakı La Şleş məktəbi xüsusilə bütün Avropada məş-

hur idi. Ölkədə ali təhsil məzmununun yeni istiqamətdə inkişafına görə Paris 

universiteti xüsusi rol oynayırdı. Burada ilahiyyət və  fəlsəfənin tədrisinə xüsusi 

yer verilirdi. 1672-ci ildə Parisdə 160-dan çox bələdiyyə məktəbi və ibtidai təhsil 

verən yalnız 40 məhəllə  məktəbi var idi. XVII əsrin sonunda Fransada yeganə 

olan müqəddəs  Şarl seminariyasını  hər il 20-30 məzun bitirirdi. Fransada XVII-

XVIII  əsrlərdə ümumtəhsil məktəblərinin  əsas tipi kollec idi. 1700-cü ilin 

sonunda ölkədə 73 min şagirdi əhatə edən 562 kollec var idi. O dövrdə Porroyal 

məktəbləri daha çox pedaqoji təcrübəyə malik idi. Porroyal məktəbləri ibtidai, 

orta və ali təhsil müəssisələri idi. Həmin məktəblər sonrakı dövrlərdə milli təhsil 

sisteminin formalaşmasında mühüm rol oynamışdır. XIX əsrdə  Qərbi Avropa 

ölkələrinin hamısında olduğu kimi, Fransada da dövlətin nəzarəti altında xüsusi 

orta məktəblər fəaliyyət göstərirdi. Bu dövrdə 12 yaşlı  və yuxarı yaşlı  uşaqlar 

üçün peşə məktəbləri açıldı. 16 iyun 1881-ci ildən Fransada ümumicbari təhsil hə-

yata keçməyə başladı. Orta təhsil sistemində lisey və kolleclər əsas rol oynayırdı. 

Dövlət maarif sistemi mərkəzləşdirilmişdi. Maarif sisteminin quruluşu və funksi-

yaları, tədris proqramları Maarif Nazirliyinin təlimatına görə müəyyənləşdirilir. 

Fransa ərazisi hər birinə bir neçə departament daxil olan 23 akademiyaya (tədris 

dairəsinə) bölünür: akademiyaya rektor, departamentə akademiyanın müfəttişi 

başçılıq edir. Onillik icbari təhsil altı yaşından başlanır.  İlk beş ili uşaqlar 



DÜNYADA TƏHSİL SİSTEMLƏRİ 

 

151


təhsillərini ümumi peşə məktəblərində davam etdirirdi. Fransada yüksək ixtisaslı 

kadrlar universitetlərdə və müxtəlif sahə ali məktəblərində hazırlanırdı. 

1893-1896-cı illərdə ayrı-ayrı fakültələr əsasında universitetlər yaradıldı. Bu 

dövrdə 16 universitet fəaliyyət göstərirdi. 1852-ci ildə lisey və kolleclərin struktu-

runda və proqramında köklü dəyişiklik edildi. Təhsil kursu üç yerə bölündü: 

ibtidai, qrammatika və ali. XX əsrdə Fransada faktiki olaraq ibtidai təhsilin iki tipi 

var idi: 1) 6-13 yaşlı  uşaqların ümumtəhsilini həyata keçirən məktəblər. 2) orta 

təhsil müəssisələri hesab olunan məktəblər isə lisey, kollec və özəl məktəblər idi. 

Bu tip təhsil müəssisələrinin məzunlarının universitetə qəbul olunmaq hüquqi var 

idi. XIX əsrin ikinci yarısında ölkədə  bələdiyyə  və özəl məktəblər fəaliyyət 

göstərirdi. Fransada 10-illik icbari təhsilə böyük əhəmiyyət verilirdi. Özəl mək-

təblərdə təhsil ödənişli idi. İbtidai təhsil 5-illik idi, növbəti təhsil pilləsi kollec idi. 

Burada təhsil 4-il davam edirdi. Kolleclər natamam orta məktəblər hesab olu-

nurdu. Tam orta təhsil 3 növ məktəbdə: ümumtəhsil, texnoloji və peşə liseylərində 

verilirdi. Sonrakı təhsil ikiillik kütləvi peşə liseylərində davam etdirilirdi. 

1871-ci ildə Paris Kommunası məktəblərində köklü yenidənqurma məsələsi 

qoyulmuş və ümumicbari təhsillə bağlı tədbirlər görülmüşdü. 

Fransada təhsil pulsuzdur. Ölkənin müasir təhsil sisteminin əsası 1880-

1890-cı illərdə qoyulub və 6 yaşından 16 yaşınadək uşaqlar üçün icbari idi. Dövlət 

və qeyri-dövlət (özəl) təhsil müəssisələrində məktəblilərin təxminən 20 faizi özəl 

orta təhsil müəssisələrində oxuyurdu. 

Həm dövlət, həm də özəl təhsil müəssisələri üçün bütün məktəb proqramla-

rını dövlət təsdiq edirdi. Həmçinin müsabiqə və imtahanların keçirilməsi də dövlət 

tərəfindən təmin olunurdu, Bakalavr dərəcəsi səviyyəsinədək diplomların veril-

məsi hüququ yalnız dövlətə məxsus idi. 

1959-cu ildən sonra özəl təhsilə dövlət tərəfindən yardım edilirdi. Ölkədə 

hər 9 özəl məktəbdən 8-i bu yardımdan yararlanırdı. Özəl sektorunda çalışan 

müəllimlərin əməkhaqqı və təhsil xərclərini də dövlət ödəyirdi. 

Fransanın təhsil sistemi aşağıdakı struktura malikdir: 

* məktəbəqədər təhsil (6 yaşınadək); 

* ibtidai təhsil (6-11 yaş); 

* orta təhsil (11-18 yaş) (orta təhsilin sonunda bakalavr diplomu verilir. Bu 

diplom imtahansız universitetə qəbul olmaq hüququ verir); 

* ali təhsil. 

Müxtəlif pillələrdə təhsilin təşkili və məzmunu, 30 ildən artıqdır ki, həyata 

keçirilən islahatlarla müşayiət olunur. Aparılan islahatlar təhsilin demokratikləş-

dirilməsini və onun inkişaf etməkdə olan cəmiyyətin ehtiyaclarına yönəldilməsini 

təmin edir. Fransada son illərin təhsil islahatları əsasən aşağıdakılardan ibarətdir: 

* 3 yaşından 5 yaşınadək uşaqlar üçün məktəbəqədər uşaq müəssisələri 

şəbəkəsinin inkişafı; 



  MÜDAFİƏ MAHMUDOV 

 

152 



* ibtidai məktəblərdən kolleclərə keçid imtahanlarının ləğv edilməsi, 

təhsildən geri qalan şagirdlər üçün adaptasiya siniflərinin yaradılması; 

* xüsusiləşdirilmiş  və ibtidai məktəbdən kollecə  qədər qruplara bölünmə 

olmadan həyata keçirilməsi; 

* təhsilin ödənişsiz olması (şagirdlərin təhsil müddəti ərzində lazımi vəsait-

lərlə təmin olunması, məktəbə gediş haqlarının ödənilməsi); 

* yeni fənlərin tədris proqramına daxil edilməsi: informatika, ictimaiyyətin 

əsasları və s. 

Məktəbəqədər uşaq müəssisələri - "ana məktəbləri" 3 yaşından (boş yer ol-

duqda 2 yaşından) 6 yaşınadək uşaqları qəbul edir. Fransada məktəbəqədər təhsil 

icbari olmasa da, faktiki olaraq 3-6 yaşında olan bütün uşaqlar (99,5 faiz) uşaq 

müəssisələrinə gedirlər. 

"Ana məktəbləri"ni çox vaxt fransız təhsil sisteminin ən böyük uğuru hesab 

edirlər. Məktəbəqədər təhsil müəssisələrində siniflər, tədris prosesi yaxşı  təşkil 

edilir, uşaqların hərtərəfli inkişafı üçün lazım olan bütün amillər nəzərə alınır. 

Uşaqlar müvafiq tədris materialları  əsasında öyrədilir, bir çox faydalı bilikləri 

mənimsəyir və ünsiyyət vərdişlərinə yiyələnirlər. 

Bu məktəblərdə  uşaqlar üç yaş qrupuna bölünür. Birincisi, 3 yaşından 

(bəzən 2 yaşından) 4 yaşınadək uşaqların oynadıqları  və danışmaq vərdişlərinə 

yiyələndikləri qrupdur. İkincisi, 4 yaşından 5 yaşınadək uşaqların yazma, rəsm və 

digər praktik vərdişlər, həm də şifahi ünsiyyət vərdişlərinə yiyələndikləri qrupdur. 

Üçüncü böyük qrup isə 5 yaşından 6 yaşınadək uşaqları əhatə edir. Burada uşaqlar 

oxu, yazı və hesablama vərdişlərinə yiyələnirlər. 

Fransada qəbul edilmiş orta təhsil sistemi özlüyündə üç qrupa bölünür: 

* ibtidai məktəb (5 illik təhsil); 

* kollec (4 il); 

* lisey (3 il). 

Adətən, bu təhsil müəssisələri bir-birindən ayrı yerləşir.  İbtidai məktəb və 

kollec məcburi xarakter daşıyır. 

İbtidai məktəb 6 yaşdan 11 yaşadək (əgər uşağın təhsillə bağlı problemi 

yoxdursa) davam edir və aşağıdakı pillələrə bölünür: 

* hazırlıq kursu; 

* ibtidai kurs 1-ci il; 

* ibtidai kurs 2-ci il; 

* orta kurs 1-ci il; 

* orta kurs 2-ci il. 

İbtidai məktəbdə dərslər (saat 9-dan 12-dək və saat 14-dən 17-dək) həftədə 

dörd gün (27 saat) davam edir. Çərşənbə günü, şənbə günü nahardan sonra və ba-

zar günü uşaqlar istirahət edir. Bu günlər ərzində uşaqlar maraqlarına uyğun ola-

raq müxtəlif idman və bədii dərnəklərdə məşğul ola bilər. 

Fransada ibtidai məktəbdə oxuyan şagirdlərə evə tapşırıq verilmir. İbtidai 

təhsil dövründə sinifdə bütün fənləri bir müəllim tədris edir. 



DÜNYADA TƏHSİL SİSTEMLƏRİ 

 

153


İbtidai təhsil almış bütün şagirdlər kolleclərdə oxuya bilərlər. Kollecdə təh-

sil, hər biri 2 il olmaqla iki dövrə bölünür: 

* müşahidə dövrü; 

* istiqamətləndirici dövr. 

Müşahidə dövrünə VI və V siniflər daxildir. (Fransada siniflərin sıralanması 

əks istiqamətdə aparılır-VI, V, IV, III). Bu dövrdə tədris prosesi orta təhsilin baza 

elementlərini təqdim etməklə, ibtidai təhsili tamamlayır. Bütün uşaqlar kollecə da-

xil olur, bərabər tədris proqramı üzrə dərs keçir və müəyyən olunmuş xarici dillər-

dən birini öyrənirlər. 

İstiqamətləndirici dövrə ümumi təhsilin IV və III sinifləri, eləcə də texniki 

təmayüllü kolleclərin IV və III sinifləri daxildir. Bu mərhələdə uşaqlar ikinci xa-

rici dili öyrənməyə başlayır və  əlavə olaraq latın, yunan və ya digər dilləri seçə 

bilir. III sinfin sonunda şagirdlər imtahan verir və kolleci bitirmələri haqda şəha-

dətnamə alırlar. 

Bir sıra kolleclərdə xüsusi dərs rejimi vardır. Kollecdə təhsil aldıqları müd-

dət ərzində idman və ya incəsənətin bir növü ilə intensiv şəkildə məşğul olmaq is-

təyən şagirdlər üçün uyğunlaşdırılmış dərs cədvəli üzrə siniflər təşkil edilir (təma-

yüllü kolleclər kimi). Xarici dilin dərindən öyrənildiyi bir neçə fənnin xarici dildə 

tədris edildiyi beynəlxalq kolleclər və ya Avropa kollecləri də fəaliyyət göstərir. 

Kollecin III sinfindən sonra şagirdlər təhsillərini ya peşə (2 illik), ya da 

ümumtəhsil liseylərində (3 illik) davam etdirə bilərlər. 

Ümumtəhsil liseyi 3 il ərzində bakalavr diplomu almaq üçün buraxılış imta-

hanına hazırlayır. Liseydəki siniflər "ikinci”, "birinci" sinif və "Terminal" adlanır. 

Birinci sinif bakalavr dərəcəsinin müxtəlif növlərinə aparan çoxlu sayda istiqa-

mətlərə – liseylərə malikdir. Birinci sinifdən sonra şagirdlər fransız dilindən ver-

dikləri sınaq imtahanında  əldə etdikləri qiymətlər bakalavr dərəcəsi imtahanında 

nəzərə alınır. "Terminal", və ya liseyin sonuncu sinif imtahanlarının verilməsi ilə 

başa çatır. 

Fransızların qısaca "Bak" adlandırdıqları orta təhsil haqqında bu diplom bö-

yük əhəmiyyətə malikdir (Azərbaycanda verilən ali təhsilin bakalavr diplomundan 

fərqlənir). 

Qeyd etdiyimiz kimi, kolleci bitirdikdən sonra şagirdlər təhsillərini 2-illik 

peşə liseylərində də davam etdirə bilərlər. 

Peşə liseyləri (Azərbaycandakı texniki peşə məktəblərinə oxşar tədris ocaq-

ları) 2 il ərzində şagirdləri peşəkar diploma hazırlayır. 

Müəyyən peşəyə yiyələnmiş  şagirdlərə  şəhadətnamə verilir. Mehmanxana 

təsərrüfatı, nəqliyyat və digər bu kimi sahələr üzrə ixtisaslara yiyələnmiş şagirdlər 

isə ümumi peşə təhsili şəhadətnaməsi alırlar. 

Fransanın ali təhsil sistemi olduqca çevik və  rəngarəngdir. Təhsil müəssi-

sələri bir-birindən əhəmiyyətli dərəcədə fərqlənirlər. Dövlət tərəfindən qəbul edil-



  MÜDAFİƏ MAHMUDOV 

 

154 



miş müvafiq sənədlərə baxmayaraq, hər bir universitetin və ali məktəbin bir çox 

özünəməxsus xüsusiyyəti var. 

Fransada təxminən 85 dövlət universiteti və ya Universitet Mərkəzi (buraya 

universitetlərlə yanaşı, institutlar, yəni bir istiqamət üzrə ali təhsil verən təhsil 

müəssisələri də daxildir), çoxsaylı ali məktəblər (çoxfənli peşə hazırlığı üçün), 

elmi-tədqiqat laboratoriyaları və tədqiqat mərkəzləri vardır. 

Dövlət universitetləri nüfuzuna görə daha yüksək qiymətləndirilir və  hər 

hansı özəl ali təhsil ocaqları ilə müqayisədə bir sıra üstünlüklərə malikdir. Birin-

cisi, universitetin tədris planları milli təhsil nazirliyi tərəfindən tənzimlənir və 

standartlaşdırılır.  İkincisi, dövlət universitetlərində  dərs deməyə yalnız disser-

tasiya müdafiə etmiş  və çoxmərhələli müsabiqəni keçmiş müəllimlər buraxılır. 

Təhsili başa çatdırdıqdan sonra universitetlər dövlət diplomları, ya da özlərinin 

daxili diplomlarını verirlər. 

Universitetlərin nəzdində müxtəlif növ institutlar fəaliyyət göstərir. Bu 

sıraya müxtəlif profilli orta texniki peşə hazırlayan və təxminən bizim texnikum-

lara uyğun gələn qısamüddətli texnoloji institutlar, müəyyən dar çərçivəli ixtisas 

üzrə magistr səviyyəsində mütəxəssislər hazırlayan Universitet, Peşə  İnstitutları 

daxildir. Fransada orta və ali təhsil arasında kəskin hədd mövcud deyil. Belə ki, 

orta texniki təhsil ali təhsil üçün pillə rolunu oynayır. 

Hazırda Fransada "Üçüncü Minilliyin Universiteti" adlanan yeni ali təhsilin 

inkişafı planı tətbiq edilir. Bu plan ali təhsil üçün prioritetləri müəyyən edir və in-

kişafın əsas istiqamətlərini göstərir. Bu istiqamətdə qarşıya qoyulmuş əsas hədəflər: 

* ali təhsil müəssisələri arasında əməkdaşlığın şəbəkə sistemində təşkili; 

* ali təhsil müəssisələrinin əməkdaşlığa açıqlığının və beynəlxalq mobilliyin 

dəstəklənməsi; 

* yeni informasiya və kommunikasiya texnologiyalarının inkişafı; 

* elmi tədqiqatların səmərəliliyinin artırılması. 

Fransada universitetlər fakültələrə, tədris-tədqiqat  şöbələrinə  və filiallara, 

yəni ixtisas istiqamətlərinə bölünür. Avropanın hər yerində olduğu kimi, hazırda 

Fransa universitetlərində də üç pilləli təhsil sistemidir: lisans, magistr, doktorluq 

tətbiq edilir. Lisans Azərbaycandakı bakalavr dərəcəsinə uyğundur və 3-illik 

təhsilin yekununda verilir. 

Təhsilin ilk üçillik pilləsi lisans diplomunun alınması ilə başa çatır. Lisansın 

müxtəlif növləri mövcuddur: mono və ya plüri fənlər üzrə, ümumi, tətbiqi və pe-

şəkar lisans. Lisans pilləsi 180 kreditlə (hər biri 30 kredit olmaqla 6 semestr) qiy-

mətləndirilir. Kreditlər tələbənin biliyinin Avropa qiymətini təmin edir. Bütün 

Avropa ölkələrinin universitet diplomları kimi, Fransa universitetlərinin diplom-

ları da Avropa kreditləri sistemində  hər birinin öz dəyəri olan fənlər blokundan 

ibarətdir. 

Lisansın müxtəlif istiqamətləri vardır: 

* iqtisadi və sosial idarəetmə; 

* hüquq və siyasi elmlər; 



DÜNYADA TƏHSİL SİSTEMLƏRİ 

 

155


* bədii və mədəniyyət sektoru; 

* filologiya və dillər; 

* humanitar və sosial elmlər; 

* təbii və dəqiq elmlər, texnologiyalar; 

* idman və fiziki fəaliyyət texnikası; 

* mühəndislik texnologiyaları; 

* ilahiyyət. 

Lisans diplomları arasında professional və ya peşəkar diplomunu xüsusi 

qeyd etmək lazımdır. Birillik lisans peşəkar təhsili alan tələbələr həm nəzəri, prak-

tik məşğələlər, həm də müəssisədə 12 həftədən 16 həftəyədək davam edən iş təc-

rübəsini keçir. Bu peşəkar diplom bank sektoru, mühəndis-tikinti, sənaye, elek-

tronika, turizm, mehmanxana işi və kənd təsərrüfatı sektoruna qədər 1000-dən çox 

müxtəlif ixtisas təklif edir. Adətən, lisans diplomuna verilən məhdud yerlər üçün 

müsabiqə böyük olur. 

Lisans diplomu hazırlığında əcnəbi tələbələr üçün də yerlər nəzərdə tutulur. 

Yəni fransız dilini mükəmməl bilən və müxtəlif ali təhsil ocaqlarında təhsil alan, 

yaxud da ali məktəbi bitirmiş əcnəbi tələbələr öz sənədlərini birbaşa lisans pillə-

sinin 3-cü kursuna təqdim edə bilər. lisans diplomunu aldıqdan sonra əcnəbilər 

magistr səviyyəsində də təhsillərini davam etdirə bilər. 

Qeyd edək ki, sığorta, maliyyə, bank işi, metal və taxta konstruksiyaların in-

şası, mexanika, elektrik enerjisi, elektronika sektoru, mülki tikinti, avtomobillərin 

təmiri istiqamətlərində Lisans diplomu almaq istəyənlər daha çoxdur. 

İkiillik magistr pilləsi dövründə məzuna iki müstəqil diplom verilir: Master 

1 (M1) və Master 2 (M2). Burada da seçim etmək imkanı vardır. Elmlə məşğul ol-

maq istəyənlər elmi tədqiqatlar üzrə master diplomu, istehsalatda çalışmaq arzu-

sunda olanlar isə peşəkar master diplomu alırlar. Master səviyyəsi 120 kreditlə 

(hər biri 30 kredit olmaqla 4 semestr) qiymətləndirilir. Ümumilikdə, beşillik 

"Lisans" və "Master" pillələri 300 kreditlə qiymətləndirilir. 

Sonucu üçillik pillə, doktorluq dissertasiyasının müdafiəsi ilə başa çatır. 

Doktorant pilləsində  təhsil alan namizədlər  əvvəlki təhsil sənədləri və  gələcək 

elmi işin mövzusu təklif olunan məktub əsasında müsahibə yolu ilə seçilir. 

Bu pillə seçilmiş ixtisasın dərindən öyrənilməsini tələb edir. Mövzunu 

proqrama daxil etməzdən  əvvəl namizədlərdən müstəqil elmi iş aparılması  tələb 

olunur. Bu mərhələni uğurla bitirənlərə doktorant diplomu verilir. 

Əcnəbi tələbələr də  təhsil pillələrindən asılı olaraq birbaşa Lisans 3 və ya 

Lisans 2, Lisans 1, Master 1, Master 2 üçün sənədlərini təqdim edə bilər. Fransa-

nın dövlət universitetləri müvafiq komissiyalar vasitəsilə ali təhsilin bu pillələrin-

də oxumaq istəyənlərin sənədlərinə baxaraq müstəqil qərar verirlər. Bu baxımdan 

vahid meyar mövcud deyil. 

Fransa ali təhsilində ən çətin mərhələ birinci iki il – L1 və L2 hesab olunur. 

Belə ki, ilk iki ildə,  əsasən, nəzəri fənlərə üstünlük verilir. Bu zaman fənn 


  MÜDAFİƏ MAHMUDOV 

 

156 



biliklərini qiymətləndirməklə yanaşı, həm də dilə, onun metodologiyasına yiyə-

lənməyi tələb edən yazılı və şifahi imtahanlar keçirilir. 

Əcnəbi tələbələrin Fransa universitetlərinə qəbulu üç əsas prinsipə əsaslanır: 

* əcnəbi və fransız tələbələrin hüquqlarının bərabərliyi; 

* əcnəbi abituriyentlər arasında bərabərlik; 

* tələbələrin qəbulu üzrə son sözü demək hüququnu özündə saxlayan 

universitetlərin və ali məktəblərin tələblərinə riayət edilməsi. 

Fransada bir sıra universitetlər müxtəlif səviyyələrdə ingilis dilində də təhsil 

proqramları təklif edir. 

Fransada tibb ixtisasları üzrə ali təhsil almaq özünəməxsus müxtəlifliyi ilə 

seçilir. Digər ixtisaslara nisbətən, tibb ixtisasları üzrə təhsil daha uzun müddət da-

vam edir. 6 ildən 8 ilədək olan tibb təhsilində tələbələr qarşısında daha mürəkkəb 

tələblər qoyulur. Məsələn, olduqca ciddi seçim imtahanından keçməyən tələbələr 

ikinci kursda təhsil ala bilmir, müəyyən qədər yaxşı qiymət toplamayanlar 

müsabiqədən keçmir və ya imtahandan kəsilənlərə yalnız bir dəfə birinci kursda 

təkrar təhsil almaq imkanı verilir. 

Həkim-terapevt diplomunu tələbələr 8 illik (bunun bir ili təcrübəyə sərf olu-

nur), stomatoloq və əczaçı diplomunu isə 6 illik təhsildən sonra alırlar. Tibbin hər 

hansı sahəsi üzrə ixtisaslaşmaq üçün ordinaturaya daha 4-5 il sərf etmək lazımdır. 

Səhiyyənin Dövlət Məktəbində əcnəbilər üçün də açıq olan müxtəlif təhsil 

proqramları vardır. 

Fransada universitetlərlə yanaşı, müxtəlif profilli ali məktəblər də vardır. Bu 

məktəblərə xüsusiləşdirilmiş hazırlıq kursları (ikiillik təhsil) keçdikdən sonra, ya-

xud olduqca çətin müsabiqələr nəticəsində qəbul olmaq mümkündür. Bu ali mək-

təblər özünəməxsusluğu ilə  fərqlənir və yüksək səviyyəli idarəetmə kadrlarının 

hazırlanmasında onlar əhəmiyyətli nailiyyətlərə malikdirlər. 

Bu təhsil ocaqlarında yüksək səviyyəli mütəxəssislər tərəfindən tədris proq-

ramları hazırlanır və dərs keçilir. Burada təhsil alan fransız tələbələr imtahanlara 

buraxılmazdan  əvvəl müəyyən illər  ərzində dövlət qulluğunda və dövlət müəs-

sisələrində çalışacaqlarına razılıq haqda iltizam imzalamalıdır. Ali məktəbdə təhsil 

aldıqları dövrdə  tələbələr  əməkhaqqı alır və  əməkdaş  təcrübəçi kimi çalışırlar. 

Əcnəbi tələbələr də Fransada işləmək və  əməkhaqqı almaq hüququ olmadan, 

könüllü dinləyicilər qismində müsabiqədən keçməklə bu məktəblərə  qəbul ola 

bilərlər. Təbii ki, söhbət ixtisasları ali məktəblərin profilinə uyğun gələn yüksək 

hazırlıqlı əcnəbi tələbələrdən gedir. 

Fransanın nüfuzlu ali məktəbləri arasında Dövlət  İdarəetmə  Məktəbi, Ali 

Kommersiya Məktəbi (özəl), Ali Pedaqoji Məktəb (müxtəlif profilli ən yüksək 

səviyyəli pedaqoji və elmi kadrlar yetişdirir), Ali Politexnik Məktəb (dövlət qullu-

ğunda texniki vəzifələr tutmaq üçün yüksək səviyyəli hərbi kadrlar və mü-

həndislər hazırlayır) və Ali Magistrlər Məktəbi (dövlət qulluğunda çalışmaq üçün 

hüquq və ədliyyə sahəsi üzrə yüksək səviyyəli kadrlar yetişdirir) daha məşhurdur. 

Ölkə üzrə  təxminən 200 Ali xüsusiləşdirilmiş Mühəndislik Məktəbi mühəndis 



DÜNYADA TƏHSİL SİSTEMLƏRİ 

 

157


diplomu vermək hüququna malikdir. Adətən, bu məktəblərdə təhsil müddəti 5 il 

davam edir və əksəriyyəti ümumi mühəndislik diplomunun (Lisans+Master) alın-

ması ilə başa çatır. İmtahan zamanı tələbələrdən riyaziyyat və fizika üzrə olduqca 

mükəmməl biliklər tələb olunur. Təhsilə iri sənaye müəssisələrində təxminən 12 

ay və ya xaricdə iş təcrübəsi də daxildir. Mühəndislik məktəblərinə xüsusiləşdiril-

miş hazırlıq kurslarını keçdikdən sonra və yaxud müsabiqələr yolu ilə (müsabiqə 

böyükdür) qəbul olmaq mümkündür. Fransada ali ixtisas məktəbləri adətən, mü-

vafiq nazirliklərin nəzdində yerləşir və müxtəlif sahələr üzrə ixtisaslı kadrlar 

hazırlayır. 

Universitetlərə daxil olmaq üçün fransız tələbələrin "Baccalaureat" diplo-

muna, yaxud universitetdə  təhsili davam etdirmək imkanı verən və orta təhsil 

məktəbini, liseyi bitirdiklərini təsdiq edən "BAK" diplomuna malik olmaları 

(Fransada lisey şagirdlərinin orta hesabla 70 faizi "BAK" diplomu ala bilir) əsas 

şərtdir. Fransa universitetlərində  təhsil almaq istəyən  əcnəbi tələbələr isə fransız 

dilinə  tərcümə edilmiş  və notarial qaydada təsdiq edilmiş  aşağıdakı  sənədləri 

təqdim etməlidir: 

* orta təhsil haqqında attestatın surəti; 

* universitetə daxil olmaq üçün test imtahanlarının nəticələri haqqında 

çıxarışın surəti (xarici ölkələrdə alınmış orta təhsil haqqında attestat imtahansız 

universitetə qəbul olmaq hüququ vermir); 

* doğum haqqında şəhadətnamənin surəti; 

* zaçot kitabçasının surəti (yaxud universitetdə keçilmiş  fənləri göstərən 

akademik arayış); 

* məktub-əsaslandırma; 

* 3 zərf (namizədin ünvanı göstərilməklə ikisi kiçik formatda və biri böyük 

formatda) və 2 beynəlxalq kupon-cavab; 

* fransız dili üzrə test imtahanının cavabları. 

Fransız dili üzrə test əsas (şifahi danışığın başa düşülməsi, dilin quruluşu 

haqda bilgi və yazılı  mətnlərin başa düşülməsi) və iki əlavə imtahandan (yazılı 

vərdişlər və şifahi vərdişlər) ibarətdir. Fransız dili üzrə test imtahanının verilmə-

sinin ən əlverişli vaxtı yanvarın sonunda keçirilən sessiya hesab olunur. Bu zaman 

imtahanlara qatılanlar nəticələri martın əvvəlində alırlar, bu da onlara sənədlərini 

hazırlamaq və seçdikləri universitetlərə göndərmək üçün əlavə vaxt qazanmaq 

imkanı verir. 

Onu da qeyd edək ki, əcnəbi tələbələr onların fransız dili üzrə biliklərini 

təsdiq edən imtahanda ən azı 350 bal toplamalıdırlar ki, universitetlərə sənəd verə 

bilsinlər.  İmtahan üzrə  nə  qədər yüksək bal toplanarsa, onların sənədlərinin uni-

versitet tərəfindən qəbul edilməsi şansı da bir o qədər artmış olur. Əcnəbi tələbə-

lər Fransanın nüfuzlu ali təhsil müəssisələrinə qəbul olmaq, eləcə də dövlət təqaü-

dü almaq istəyirlərsə, əsas imtahan üzrə dördüncü və ya beşinci səviyyəyə (400-

500 baldan yuxarı) və əlavə sınaqlar üzrə yaxşı qiymətlərə malik olmalıdırlar. 


  MÜDAFİƏ MAHMUDOV 

 

158 



Birinci və ikinci kurslara daxil olmaq üçün (L1,L2) əcnəbi tələbələr sadəcə 

fransız dili üzrə test imtahanını deyil, eləcə  də  əlavə imtahanını verməlidirlər. 

Əlavə imtahan əsas imtahandan sonra, müvafiq cədvəlin yazılı qaydada şərh 

edilməsi və verilən mövzu üzrə inşa işindən ibarət olan yazılı imtahandır. 

Bu gün Fransada təxminən 300000 əcnəbi tələbə təhsil alır. Fransa dünyanın 

əcnəbi tələbələrini ən çox qəbul edən üçüncü ölkədir. Bu cür uğurun səbəbi, söz-

süz ki, ali təhsilin keyfiyyəti və ali məktəblərdə təşəkkül tapmış sağlam mühitlə 

bağlıdır. 

Fransanın dövlət universitetlərində ali təhsil pulsuzdur, yəni burada təhsilə 

görə ödəniş edilmir. Lakin hər təhsil ilinin əvvəlində universitetə qeydiyyat haqqı-

na görə ödəniş etmək (pillədən və ixtisasdan asılı olaraq ödənişin miqdarı 150-900 

avro arasında dəyişə bilər), eləcə  də  məcburi illik tələbə  sığortasına özv olmaq 

lazımdır. 

Fransanın dövlət universitetlərində təhsil almaq istəyən əcnəbilərin illik xər-

ci 6000-10000 avro (yataqxana, yemək, yol, dərs vəsaitləri üçün xərc) arasında 

dəyişə bilər. 

Özəl universitetlərdə isə illik təhsil haqqı 3000-7000 avro miqdarındadır. 

Təhsil müəssisəsindən asılı olaraq, bəzən bu məbləğ daha da arta bilər. 

Fransada 6 yaşdan 16 yaşadək təhsil icbaridir. Fransız təhsilinin başlıca 

prinsipləri: tədris azadlığı (dövlət və özəl müəssisələr), pulsuz təhsil, təhsilin 

neytrallığı. 

Təhsil bir neçə pillədən ibarətdir: 

İbtidai təhsil 3-4 il uşaq bağçasında və 5 il ibtidai məktəbdə. 

Orta təhsil 4 il kollecdə və 3 il litseydə. 

Ali təhsil, orta təhsilin bitirilməsi haqqında bakalavr diplomu aldıqdan sonra 

mümkündür. 

Hər il təhsilə ÜDM-nin 6,1%-ə  qədəri xərclənir. 2009-cu ilin rəqəmlərinə 

görə, ibtidai və orta təhsil məktəblərində 12016484 uşaq oxuyurdu. İbtidai və orta 

məktəbdə özəl təhsilin payı tələbələrin 16,9%, ali məktəbdə 14%-ni əhatə edir. 

İbtidai təhsil iki pillədən ibarətdir: uşaq bağçası  və ibtidai məktəb. Uşaq 

bağçasına getmək icbari deyil, lakin 3 yaşdan 5 yaşadək uşaqların adətən 100%-i 

uşaq bağçasına gedir. 

Bu müəssisə 2 yaşdan 5 yaşadək uşaqlara hesablanmışdır. Uşaq bağçaların-

da 3 yaşdan 5 yaşadək uşaqları 100% götürsək, 2 yaşında olan uşaqların sayı onun 

20,9%-ni təşkil edir. Uşaqlar uşaq bağçasında 3, bəzən 4 qrupa bölünürlər: TSP 

(fr. tres petite section), PS (fr. Petite section), MS (fr. moyenne section), GS (fr. 

grande section). PS və MS qrupları 1-ci təhsil tsiklinə daxildir, GS qrupu 2-ci 

təhsil tsiklinə daxildir, bu özündə ibtidai məktəbin iki sinfini birləşdirir. 

Uşaq bağçasının vəzifələri: 

 



dili inkişaf etdirmək və yazıya hazırlıq; 

 



məktəbə və şagirdin gələcək statusuna hazırlaşdırmaq; 

DÜNYADA TƏHSİL SİSTEMLƏRİ 

 

159


 

özünü ifadə; 



 

dünyanı özü üçün kəşf etmək; 



 

qavramaq, duymaq, təxəyyüldə canlandırmaq, yaratmaq. 



İbtidai məktəbdə təhsil altıyaşlı uşaqlar üçün hazırlıq kursundan başlanır və 

beş pillədən ibarətdir: (birinci il, 6 yaş), (ikinci il, 7 yaş), (üçüncü il, 8 yaş), 

(dördüncü il, 9 yaş), (beşinci il, 10 yaş). 

Əsas Təhsil tsikli uşaq bağçasının yuxarı yaş qrupundan başlanır, bu həmin 

dövrdür ki, nitq, oxu və yazı kimi baza ibtidai biliklər, sonrakı uğurlu təhsil üçün 

bünövrə formalaşır. Şagird tədricən müstəqilliyi mənimsəyir. 

Müxtəlif fənlər üzrə Fransa Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş 

Cədvəl təhsilin 7 əsas istiqamətinin hər biri üçün müddəti təmin edir. 

 

nitqə və fransız dilinə yiyələnmək; 



 

birlikdə yaşamaq; 



 

riyaziyyat; 



 

həyat bilgisi; 



 

bədii təhsil. 



Orta təhsil iki pilləyə bölünür (kollec və litsey) və yeddi il davam edir. 

Kollecdə oxumaq icbaridir, dörd il davam edir və üç tsiklə bölünür: 

Adaptasiya tsikli – Altıncı sinif. Bu sinfə ibtidai məktəbin bütün məzunları 

imtahansız götürülür. Kollecdə birinci il təhsilində  məqsəd ibtidai məktəbdə 

mənimsənilmiş bilikləri möhkəmləndirmək, bir yerə  cəmləşdirmək və  şagirdləri 

müstəqil təhsilə hazırlamaqdır. Bu sinifdə  şagirdlər birinci xarici dili seçirlər. 

Mərkəzi tsikli – Beşinci sinif və dördüncü sinif. Bu tsiklin məqsədi mənimsənil-

miş bilik və bacarıqların dərinləşdirilməsidır. Müvəffəqlik dərəcəsinə  və liseydə 

peşə yönümünün seçilməsinə xüsusi diqqət yetirilir. Beşinci sinifdə kimya və 

fizika başlanır, eləcə  də fakultativ olaraq latın dili seçilə bilər, dördüncü sinifdə 

isə ikinci xarici dil seçilir. 

Peşə yönümü tsikli - Üçüncü sinif üç istiqamətdən: ümumi təhsil, texniki və 

ya peşə təhsilindən birini seçməyə hazırlaşdırır. Üçüncü sinifdə qədim yunan dili-

ni öyrənmək imkanı yaranır, həm də  şagirdlər 3-6 saatlıq “peşə  həyatına giriş” 

modulunu seçə bilər. Üçüncü sinfin sonunda şagirdlər milli imtahan verir və dip-

lom alırlar. Bu imtahanın nəticələri növbəti sinfə keçilməsində heç bir təsir 

göstərmir. 

Üçüncü sinfin sonunda şagirdlər ümumi və ya texnoloji liseyin ikinci sinfinə 

və ya peşə liseyinə daxil ola bilərlər. 

Liseylər üç tipə bölünür: ümumi, texnoloji və peşə.  İlk iki liseydə  təhsil 

müddəti 3 ildir. Ümumi tipli liseylərdə imtahanların yekunlarına əsasən ali məktə-

bə daxil olmaq hüququ verən ümumi bakalavriat verilir. Texnoloji liseyi bitir-

dikdə texnoloji bakalavr adı verilir və öz ixtisası üzrə universitetdə oxumaq üçün 

imtahan verir. Peşə liseylərində  təhsil 2 ildir, onu bitirdikdə ali təhsilə  çıxış 



  MÜDAFİƏ MAHMUDOV 

 

160 



imkanı verməyən peşə təhsili haqqında şəhadətnamə və peşə yararlılığı haqqında 

sertifikat verilir. Liseydə üç il oxuduqdan sonra peşə üzrə bakalavr adı almaq olar. 

Ali təhsilə yalnız bakalavr olduqda çıxış imkanı verilir. Fransada ali təhsil 

sistemi ali məktəblərin və təklif edilən fənlərin çox geniş seçimi ilə fərqlənir. 

Ali təhsil müəssisələrinin bir çoxu dövlətə aiddir və tarixən Təhsil Nazir-

liyinə tabe olmuşdur, bu ölkədə ali təhsil bəzi vaxtlarda nazirliyin tərkibində 

dövlət katibliyinə tabe idi. 

Ali təhsil iki-üç il davam edir, bundan sonra məzunlar diplom alır. Ali təh-

silin bu növü əsas etibarilə  sənaye sferasında və ya xidmət sferasında mütəxə-

ssislər hazırlayır. 

Uzun müddətli ali təhsil. Universitetərdə və ali məktəblərdə verilir. 

Sxematik olaraq Bolonya prosesinədək ali təhsil sistemini bu şəkildə təqdim 

etmək olar: 

18 yaş – Birinci tsikl. 2 il, ümumi universitet təhsili haqqında diplom. 

21 yaş – İkinci tsikl. Licence (MDB ali təhsilində dördüncü kursa müvafiq 

gəlir) 


22 yaş – Üçüncü tsikl. 1 il, ikinci tsikildən sonra hansı istiqamətdə  təhsili 

davam etdirmək qərara alınır. 

23 yaş – Üçüncü tsikl. 1 il, dərinləşdirilmiş öyrənmə diplomu, tədqiqat 

işində öyrənmə və ya ali ixtisaslaşdırılmış təhsil diplomu, peşə diplomu sayılır. 

24 yaş – Doktorant 3-4 il. 2002-481 saylı “Bəyannamə” ilə (2002-ci il) 

dərəcələrin yeni sistemi tətbiq edilmişdir: bakalavr – lisensiat (3 il) – magistr (2 il) 

– doktor (3-4 il). Milli magistr diplomu: magistr-tədqiqatçı  və peşə magistri. 

Tələbə praktik olaraq hər il hansısa universitet diplomuna müvafiq gələn milli 

diplom alır ki, bu da təhsil haqqında fransız diplomlarının anlaşılmasında  əlavə 

mürəkkəbliklər yaradır. 

Ali məktəblər fransız ali təhsil sisteminin özəlliklərindən birini təmsil edir. 

Onlar faktik olaraq Fransada dövlət ali universitet təhsili sisteminə qarşı qoyulub 

və beynəlxalq səviyyədə müqayisəli təsnifata böyük çətinliklə uyğunlaşır. Fran-

sada ali məktəblərdə oxumaq universitetlərdə oxumaqdan daha nüfuzlu sayılır. 

(onlar özündə ikinci növ sistemin müəyyən izlərini qoruyub saxlayır, çünki 

daxilolma zamanı heç bir seçimi nəzərdə tutmur, işini sərbəst daxilolma və pulsuz 

təhsil prinsipi üzrə qurur). 

Ümumi ali təhsil büdcəsinin 30 faizə yaxını dövlət ali məktəblərinə ayrılır. 

Orta hesabla bir ildə universitetlərdə bir tələbənin təhsilinə xərc 2005-ci ildə 7.470 

avro təşkil edirdi, lakin təkcə ali məktəblərə  qəbul olunmaq üçün olan hazırlıq 

fakültələrində bu xərc - 13.880 avrodur, demək olar, ikiqat çox təşkil edir. Digər 

rəqəmlərə görə bu fərq daha böyükdür: orta hesabla ildə bir universitet tələbəsinə 

6.800 avrodan 24 min avroya qədərdir. Fransa universitet təhsili sistemində bir 

tələbəyə  xərclərin orta göstəricisi 2005-ci ildə 9.280 dollar idi, hansı ki, sonrakı 

illərdə bu rəqəm 15.715 dollara bərabər idi, ABŞ-da isə 20.525 dollara çatırdı. 


DÜNYADA TƏHSİL SİSTEMLƏRİ 

 

161


Universitetlərdən fərqli olaraq, ali məktəblərə abituriyentlər üçün böyük 

müsabiqədən keçmək problemi qarşıda durur. Ali məktəbə daxil olmaq xeyli 

mürəkkəbdir; məktəbi bitirdikdən sonra peşə üzrə iş müqayisə olunmaz dərəcədə 

yaxşıdır. Məzunların nəinki tam məşğulluğuna zəmanət verilir, həm də çox vaxt 

dövlət və özəl sektorda ən nüfuzlu və gəlirli iş yerlərinə qəbul olunurlar. 

Fransa Baş Naziri yanında Milli İdarəetmə Məktəbi bütün təhsil və ixtisas-

artırma müəssisələri arasında xüsusi yer tutur. Fransa həyatda uğurlar qazanmaq 

istiqamətində  hər bir gəncin qarşısında açılan perspektivlər baxımından yeganə 

ölkədir. 

Avropa Bioinformatika İnstitutunda (ABİ) oxumaq dinləyicilər üçün 

pulsuzdur və xərclərin bütün ağırlığı Fransa dövlət büdcəsinin üzərinə düşür (ABİ 

büdcəsi vasitəsilə). Bir dinləyicinin təhsilinə dövlət xərcləri, 2005-2006-cı illərdə 

təqribən 10 faiz azalmış olsa da, 2006-cı ildə bütün 27 aylıq müddətə görə 56.303 

avro və ya ildə  təqribən 25 min avro ilə qiymətləndirilirdi ki, bu hətta ABŞ 

universitetlərində bir tələbənin təhsilinə orta xərcin göstəricisindən yuxarıdır. 

ABİ-nın fransız məzunlarının böyük əksəriyyəti (1945-ci ildən sonra altı 

minə yaxın) dövlətdə aparıcı siyasətçilər, fransız qurumlarının başçıları, parla-

mentarilər, yüksək mənsəbli məmurlar, diplomatlar və beynəlxalq təşkilatların 

üzvləri, ali instansiya hakimləri, Dövlət Şurasının vəkilləri, yüksək mənsəbli inzi-

bati və maliyyə nəzarətçiləri, çox böyük dövlət və beynəlxalq firma və bankların, 

kütləvi informasiya və kommunikasiya vasitələrinin baş menecerləridir. ABİ 

Fransaya iki prezident, yeddi baş nazir, çoxlu sayda nazir, senator və Milli Məc-

lisin deputatını yetişdirmişdir. 

Ali məktəblərin proqramında, adətən, iki tsikl olur. İlk ikiillik hazırlıq tsik-

lini həm ali məktəbin özünün bazasında, həm də bəzi nüfuzlu liseylərin bazasında 

keçmək olar. İkinci tsikl bitdikdə tələbə ali məktəb diplomu alır. Təhsil bitdikdə 

məzunlar 6-10 il ərzində dövlət xidmətində  işləməli, bununla da dövlətin onun 

təhsilinə  sərf etdiyi xərclərin yerini doldurmalıdır. Bundan başqa, idarə tabeli-

yində çoxlu sayda xüsusi məktəblər vardır. 

Fransa Bolonya prosesi ideyalarının həyata keçirilməsinə tez başladı. Artıq 

1999-cu ildə “mastaire” (2002-ci ildə “master”ə  dəyişdirildi) dərəcəsi meydana 

çıxdı, bu dərəcə avtomatik olaraq univesritet və qeyri-universitet sektorunun beşil-

lik dilomunun sahiblərinə verilirdi. Səciyyəvi haldır ki, Fransada LMD  islahatla-

rında doktorant adını almış  şəxsin sənədi qanunvericilikdə  dəyişiklik olmadan 

tanınır, hökumətin dekretləri və nazirliyin qərarları ilə  həyata keçirilir. 1999-cu 

ilin noyabrında – Avropa əmək bazarında birinci tsikl dərəcəsinə olan tələblər 

haqqında Bolonya bəyannaməsinin tələblərindən irəli gələn peşə lisensiatı  dərə-

cəsi (klassik lisensiat indiyədək bu tələbə cavab vermir) tətbiq edildi. LMD 

(Licence, Master, Doktorat) islahatlarına universitetlərin bir çoxu qoşuldu. Bu, 

əsasən onların maddi asılılığından irəli gəlirdi: yenidən təşkilatlanmadan imtina 

edildiyi halda, ali məktəbə dövlət maliyyəsi kəskin şəkildə ixtisar edilir. Hökumət 


  MÜDAFİƏ MAHMUDOV 

 

162 



tərəfindən ali məktəblərin muxtariyyatı elan edilmiş  və  dəyişikliklər yetərincə 

mərkəzləşdirilmiş qaydada keçsə  də, hər halda fərqli halda keçir. Bəzi ali mək-

təblər bütün yenilikləri eyni vaxtda, bəziləri xüsusi layihələrin təşkili yolu ilə 

tədricən tətbiq edir. Universitetlərin qarşılaşdığı başlıca problem lisensiat statu-

sunun qeyri-müəyyənliyidir, aydın deyil ki, bu müstəqil təhsil sənədi gücündədir 

və ya növbəti tsiklə bir pillədir? 



Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin