AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasinin təHSİl problemləRİ İnstitutu



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə1/41
tarix14.01.2017
ölçüsü3,82 Mb.
#5285
  1   2   3   4   5   6   7   8   9   ...   41

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 

 

AZƏRBAYCAN RESPUBLİKASININ  

TƏHSİL PROBLEMLƏRİ İNSTİTUTU 

 

 

 

 

MÜDAFİƏ  MAHMUDOV 

 

 

 



DÜNYADA  

TƏHSİL SİSTEMLƏRİ 

 

 

 

 

 

 



Bakı – Mütərcim – 2014 

  MÜDAFİƏ MAHMUDOV 

 



 

ARTPİ-nin Elmi şurasının 31 may  2013-cü il tarixli iclasının   

(protokol №5)  qərarı ilə çap olunur. 

 

 

Elmi redaktor:   



Abdulla  Mehrabov, 

  

Rusiya  Dövlət Təhsil Akademiyasının xarici üzvü,  



texnika üzrə elmlər doktoru, professor 

 

 



 

 

 



Rəyçilər:   

 

Fərahim Sadıqov, 

pedaqogika üzrə elmlər doktoru, professor 

 

Akif  Abbasov, 

   

pedaqogika üzrə  elmlər doktoru, professor                

 

Oruc Həsənli, 

pedaqogika üzrə  elmlər doktoru, professor  

 

Şahin Tağıyev, 

pedaqogika üzrə  elmlər doktoru, professor                 

 

Ramiz Əliyev,  

psixologiya üzrə elmlər doktoru, professor 

   


 

Mцдафия  Cяmил  оьлу Mащmудов.  Дцнйада tящсил сисtеmляри. 

Monoqrafiya

.  


– Бакы:  Mütərcim, 2014. – 480 səh. 

 

 



Kitabda inkişaf etmiş dünya ölkələrinin təhsil sistemi ilə bağlı müxtəlif istiqamət-

lərdə aparılmış araşdırmalar əksini tapmışdır. 

Bu araşdırmalar qabaqcıl və qonşu ölkələrin təhsilinin tarixi, onun məzmunu, struk-

turu, idarə olunması, qəbul qaydaları, qiymətləndirmə modelləri və s. haqqında zəngin 

materialları  əks etdirir. Kitab sırf təhsil sahəsində çalışan mütəxəssislər və  əməkdaşlar 

üçün deyil, həm də geniş ictimaiyyət üçün yazılmışdır. 

Kitab 2003-cü ildən başlayaraq dünya ölkələrinin təhsil sferasındakı bütün məlu-

matlar toplanıldıqdan, araşdırıldıqdan və tam təhlil edildikdən sonra hazırlanmışdır.         

 

 

 



ISBN: 978-9952-28-166-8 

 

 



©M.Mahmudov, 2014 

 

 


DÜNYADA TƏHSİL SİSTEMLƏRİ 

 

3

 



MЦНДЯРИCАT 

 

 



Ön söz (Qulu Novruzov) ..................................................................................... 4 

 

 



Аmериkа Бирляшmиш Шtаtларында tящсил .................................................................. 7 

Бюйцк Бриtанийада tящсил .................................................................................... 74 

İtaliyada  təhsil………........................................... ............................................. 114 

Алmанийада tящсил .............................................................................................. 124 

Франсада tящсил .................................................................................................. 150 

Нидерландdа təщсил ............................................................................................. 171 

Belчikaда tящсил .................................................................................................. 185 

Исвечдя tящсил ...................................................................................................... 195 

Исвечрядя tящсил ................................................................................................... 215 

Йапонийада tящсил .............................................................................................. 229 

Cянуби Kорейада али tящсил……............................ ............................................. 259 

Чин, Tayvan və Sinqapurda təhsil ...................................................................... 276 

Avstraliyada tящсил ............................................................................................. 301 

Йeni Зellandiyaда tящсил .................................................................................... 331 

Danimarkada tяhsil ........................................................................................... 340 

Щиндисtанда tящсил .............................................................................................. 354 

Иранда tящсил ....................................................................................................... 366 

Tцркийядя tящсил ................................................................................................. 376 

Украйна вя Русийада tящсил ............................................................................... 393 

Азярбайcанда tящсил ........................................................................................... 434 

 

İstifadə olunmuş ədəbiyyat və mənbələr.............. ............................................... 476 



 

 

 

 



 

 

 



  MÜDAFİƏ MAHMUDOV 

 



 

 

 

ÖN SÖZ 

 

 



Dünyanın bütün ölkələrində  gənc nəslin təhsil və  tərbiyəsi indiki dövrdə 

böyük aktuallıq kəsb edir. ABŞ, Qərbi Avropa, Yaponiya, Rusiya və s. tanınmış 

nüfuzlu ölkələrdə böyüyən nəslin təhsil və tərbiyəsi ilə bağlı əldə olunmuş nailiy-

yətlər, töhfələr bütün dünya ölkələrinə öz təsirini göstərmişdir. Eyni zamanda 

Azərbaycanda da dünya ölkələrinin təhsil sistemi geniş müzkirə mövzularından 

biri olmuşdur. Bu baxımdan bir çox ölkələr Ümumavropa təhsil məkanına inteqra-

siya olunmaqla, hər bir ölkənin təhsilinin öz spesifikasına uyğun müəyyənləşməsi 

əsas çıxış yolu olmuşdur. 

Dünya hazırda vahid deyil, məhz buna görə də təhsilin hər hansı bir vahid 

modeli də mövcud ola bilməz. Buna baxmayaraq biz ölkələri az və çox inkişaf 

etmiş ölkələrə bölürük, bunlar içərisində elələrini seçirik ki, özümüzü onlara 

oxşatmaq böyük əhəmiyyət kəsb etsin və  nəticə etibarı ilə müasir inkişaf etmiş 

cəmiyyətin insanının hər hansı bir modeli təsvir oluna bilsin. 

Kitab hazırlanarkən mövcud dünya təhsil sisteminə aid bir çox məlumatlara 

istinad edilmiş, onların faydalı  cəhətləri nəzərə alınmışdır. Kitabda dünyada 

tanınmış nüfuzlu ölkələrin təhsil sisteminin yaranma tarixi, inkişafı  və bu günə 

kimi  əldə olunan nailiyyətləri nəzərdən keçirilir. Dünyada təhsil sistemlərinin 

mahiyyəti sxematik şəkildə belədir: ilk dəfə olaraq məktəbin yaranması, inkişafı 

tarixi, indiki dövrdə müasir elm və  təhsilin  əldə etdiyi nailiyyətlər və töhfələr, 

ölkə  təhsil və elminin zirvəsinə qalxmış  şəxslərin nailiyyətləri və onların 

qiymətləndirilməsi, hər bir ölkə ictimaiyyətinin bu prosesin inkişafında göstərdiyi 

səciyyəvi cəhətlər özünü əks etmişdir. Kitabda real həyatda ölkələrin təhsil 

sistemlərinin bir-birinə inteqrasiyası geniş və açıq şəkildə şərh olunmuşdur. 

Qabaqcıl юлkялярин tящсил сисtеmинин tарихини юyrяnmяklя bu irяlilяyişin, bu 

tяrяqqinin mahiyyяtini anlamaq mümkündür. Индиkи дюврдя елm вя texnikanın 

сцряtля  инkишафы  дцнйанын  бцtцн  юлkяляринin tящсил  mяkанында  уйьун  исла-

щаtларын  апарылmасыna, “yenilik”, “йениляшmя”, “modernləşdirilmə” tерmинляри 

adı altında нязяриййя вя праktиkаnın zənginləşməsinə münbit zяmin yaratdı. 

Tящсил  сисtеmинин  kечmишини araşdırmaq  бу  эцнц  вя  эяляcяйи  дяриндян 

дярk еtmяйя imkan verir. Məlumdur ki, dцнйада илk универсиtеtляр Х–ХЫ яср-

лярдя Гярби Авропада йаранmыш вя бу эцня гядяр юz əhəmiyyətini itirməyən 

böyük inkişaf yolu kечmишдир. Mövcud tящсил  сисtеmlərинин  юйрянилmяси 

инсанлар, xalqlar арасында yaranmış негаtив halların aradan qaldırılmasında, 

проблеmлярин  щяллиндя  перспеktив  mейиллярин  юйрянилmясинин  арашдырылmасында, 

islahatların prioritetlərinin müəyyən olunmasında mцщцm йер tуtур. 

 


DÜNYADA TƏHSİL SİSTEMLƏRİ 

 

5

Kиtабын  йазылmасынын  ясас  mягсядляриndən  бири  tанынmыш  юлkялярин  tящсил 



sisteminin инkишаф tенденсийаларынын юйрянилmясидир. Bу ися эянc няслин tялиm вя 

tярбийясиндя  сийаси  вя  tярбийяви  ящяmиййяt kясб  едир. Kitабда  щяm  дя  дцнйа 

юлkяляринин tящсил сисtеmинин kюkляри, tящсил сферасында индиkи няслин tярбийясинин 

mилли  xцсусиййяtляри, mилли  яняняляри,  онларын  игtисади,  сосиал-сийаси  проблеmляри 

нязярдян kечирилmишдир. Kиtабда АБШ, Гярби Авропа, Йапонийа, Tцрkийя вя с. 

öлkялярдя    эянc  няслин  təlim-tярбийясинin təkmilləşməsinə  təkan verən  щяря-

kяtвериcи  гцввялярин  ролуna xüsusi diqqət yetirilmişdir. Bu юлkялярин  mцхtялиф 

tящсил  сисtеmляри  вардыр. Oнларын  юйрянилmяси  Азярбайcанда  mилли  вя  реэионал 

хцсусиййяtляри юзцндя яkс еtдирян mцсtягил tящсил kонсепсийасынын щазырланmасы 

üçün бюйцk ящяmиййяt kəsb etmişdir. 

Kitab hazırlanarkən  ölkələrin təhsil sisteminə aid yazılmış kitablardan, 

internet məlumatlarından, jurnallardan, qəzetlərdən, müxtəlif ensiklopediya-

lardan, radio və televiziya verlişlərindən və s. istifadə olunmuşdur, həm də 

təhsil sferasında  çalışan müəllimlərin və  müxtəlif  şəxslərin fikirləri nəzərə 

alınmışdır. 

Toplanan bütün materiallar ümumləşdirilmiş, bir-birinindən fərqlənən 

müddəalar müqayisə edilmiş, oxuculara kifayət qədər məlumatlar verilməsinə 

çalışıbmış  və qismən də olsa Azərbaycan təhsili ilə  dünya  ölkələri təhsilində 

fərqli mübahisəli müddəalar araşdırılmışdır. Kitabda ulu öndərimiz Heydər 

Əliyevin  ölkəmizdə  təhsilin inkişafındakı ideyalarına sadiq qalan möhtərəm 

Prezidentimiz cənab İlham Əliyevin bu istiqamətlərdəki fəaliyyətindən məlu-

matlar şərh olunmuşdur. 

Kitabda dünyanın nüfuzlu tanınmış ölkələrinin təhsil sisteminin forma-

laşdırılması, tarixi, öz xalqının tarixinə, mənəviyyatına,  ənənələrinə uyğun 

quruluşu, inkişafı, nailiyyətləri və s. göstərilmiş  və  ölkələri bir-birinin təhsil 

sisteminə inteqrasiya yolunda mühüm addım atdıqları faktlarla yanaşı 

araşdırılaraq açıqlanmışdır. Dünyada elm və texnikanın  sürətlə inkişafının 

bütün  yeniliklərini bilmək, onları qavramaq, qabaqcıl ali məktəblərlə  əlaqə 

yaratmaq təhsil prosesinin inkişafında mühüm rol oynayır. 

Dünya ali məktəblərinin  ən mühüm inkişaf meyillərindən biri təhsilin 

qloballaşması  məsələsidir. Bir çox  ölkələrin təhsil sistemləri vahid təhsil mə-

kanı  və  təhsil standartlarının yaradılması istiqamətində  fəaliyyət göstərir. 

Üçüncü minilliyin birinci onilliyində Azərbaycan təhsilində  böyük dəyişiklik 

və yeniliklər olmuş, siyasi, iqtisadi və s. sahələrdə  müəyyən nailiyyətlər  əldə 

olunmuşdur. 

Azərbaycanda təhsilin dünya təhsil sisteminə, xüsusən ali təhsil müəssi-

sələrinin Avropa təhsil məkanına inteqrasiya prosesi, Bolonya Bəyannaməsini 

tələblərinin yerinə yetirilməsi sahəsində işləri  sürətləndirmək üçün, Azərbay-

can Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına in-

teqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikasının Pre-

 


  MÜDAFİƏ MAHMUDOV 

 



zidenti İlham Əliyev tərəfindən imzalanmış 31 yanvar 2008-ci il tarixli sərən-

cam bu sahədə  zəruri tədbirlərin həyata keçirilməsini istiqamətləndirən mü-

hüm sənəddir. 

Amerika və  Qərbi Avropa ölkələrinə yaxınlaşmaq istəyiriksə, onda necə 

yanaşmanın yolları haqqında fikirləşməliyik və ya bu ölkələrdə  təhsilin qurulu-

şunu və inkişafını dərindən öyrənmək lazımdır. 

Dünyada ali məktəblərin  ən mühüm inkişaf meyillərindən biri təhsilin 

qloballaşması məsələsidir. Bir çox ölkələrin təhsil sistemləri vahid təhsil məkanı 

və təhsil standartlarının yaradılması istiqamətində fəaliyyət göstərir. Bu prosesin 

başlıca faktoru Azərbaycanın da 2005-ci ildə qoşulduğu Bolonya prosesidir. Son 

zamanlar Azərbaycan təhsilində böyük dəyişiklik və yeniliklər olmuş, siyasi, 

sosial, iqtisadi və s. sahələrdə müəyyən nailiyyətlər əldə olunmuşdur. 

Ölkəmizdə kurikulum islahatı  həyata keçirilir və  cəmiyyətimizin bütün 

sahələrində olduğu kimi həm də  təhsil sahəsində yeni  təlim standartları  tətbiq 

olunub. Buna görədə kitabdan dünya ölkələrinin ümumitəhsil və müxtəlif ali mək-

təblərində kurikulumla bağlı geniş sayda məlumatlar almaq olar, digər tərəfdən 

kitabda müasir təhsil texnologiyalarından biri olan qiymətləndirmə sahəsində yeni 

yanaşmalar öz əksini tapır. 

Kitab müasir dünya ali məktəbləri haqqında qiymətli və əvəzolunmaz bilik-

lər verir. Kitab şagirdlərə, tələbələrə, magistrlərə, müəllimlərə, pedaqogika tarix-

çilərinə, təhsil sferasının bütün sahələrindəki işçilərə, təhsillə maraqlanan insan-

lara və s. ünvanlanmışdır. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Qulu Novruzov, 

Azərbaycan Respublikasının Təhsil  

Problemləri İnstitunun direktoru

hüquq üzrə fəlsəfə doktoru 

 

 



 

 

 



 

DÜNYADA TƏHSİL SİSTEMLƏRİ 

 

7

 



 

AMERİKA BİRLƏŞMİŞ ŞTATLARINDA TƏHSİL 

 

 

 



 

Amerika Birləşmiş Ştatları dünyanın çoxsaylı demokratik ölkələrindən biri-

dir. ABŞ-da 220 milyondan çox əhali vardır və bu ölkədə ilk məktəblərin açılışı 

koloniyaların yaranmasının başlanğıc dövrünə (XVI–XVII əsr) təsadüf edir. 

XVII–XVIII  əsrlərdə  Şimali Amerikada məktəb təhsili Avropa təhsil sisteminin 

təsiri altında inkişaf edirdi. Şimali Amerikada ilk ibtidai təhsil müəssisələri XVII 

əsrdə puritan icmalarında yaranmağa başladı. Belə  məktəblərin fəaliyyətini 

tənzimləmək üçün 1647-ci ildə Massaçusets ştatında ibtidai məktəb sisteminin 

əsasını qoyan ilk qanun qəbul edilmişdir. İlk şəhər məktəbi 1635-ci ildə Bostonda 

açılmışdı. XVIII əsrin 70-ci illərində Şimali Amerikanın koloniyalarında yeni tipli 

ümumtəhsil məktəbləri yaradıldı və bunlar akademiya adlanırdı. 

Milli maarif sistemi istiqlaliyyət uğrundakı müharibədən sonra təşəkkül 

tapmışdır. 1852-ci ildə Massaçusets ştatında ibtidai məktəb sisteminin əsasını 

qoyan ilk qanun qəbul edilmişdir.  Ştatların çoxunda təhsil 6 yaşından 16 yaşın-

adək icbaridir. 1974-cü ildə ümumtəhsil məktəblərin nəzdində birillik hazırlıq 

şöbələri yaranmışdır. 1974-cü ildə ümumtəhsil məktəblərində 50 milyon, peşə 

məktəblərində isə 12 milyondan çox şagird oxuyurdu. 1970-ci illərin  əvvəlində 

159 universitet və 2506 kollec fəaliyyət göstərirdi. Ali məktəb və kolleclərin 

çoxu, 1469-u xösusi (özəl) olsa da, onlarda yalnız 2 milyon tələbə  təhsil alırdı. 

Xüsusi məktəblərdə təhsil haqqı dövlət ali məktəblərindəkindən xeyli yüksəkdir. 

Milli maarif sistemi istiqlaliyyət uğrundakı müharibədən (1775–1783) sonra 

təşəkkül tapmışdır. 1779-cu ildə T.Cefferson tərəfindən hazırlanan və  məktəbə 

pulsuz, ümumicbari status verən təhsil layihəsi dərc olundu. Onun təşəbbüsü ilə 

üçpilləli ümumtəhsil məktəb modeli hazırlandı. Bu model o dövrdə Amerika 

məktəblərində kök salmış Avropa təhsil sistemindən uzaqlaşmaq istiqamətində ilk 

cəhd idi. 1789-cu ildə ABŞ Konstitusiyasında və 1791-ci ildən isə hər bir Ştatda 

Təhsil komitələrinin yaradılması  qəbul olunmuşdur. XIX əsrdə ABŞ-da milli 

təhsil sisteminin formalaşması prosesi həyata keçirildi. 1852-ci ildə Massaçusets 

ştatında, 1918-ci ilə qədər isə bütün ştatlarda ümumi icbari ibtidai təhsil haqqında 

qanun qəbul olunmuşdur. 

Virciniya ştatında dövlət məktəbləri 1870-ci ildən fəaliyyət göstərirdi və 5–

17 yaşlarında təhsil məcburi idi. Bu ştatda 6,5 milyon nəfər əhalidən 1,3 milyonu 

(5 nəfərdən biri) təhsil alırdı  və 77 min müəllim (hər 5–6 şagirdə bir müəllim 

düşürdü) fəaliyyət göstərirdi. Məktəb 5 günlük idi və təhsil müddəti ildə 180 gün 

idi. Hər gün tədris saatına 5 saatdan çox vaxt ayrılırdı. Aydındır ki, tədris prosesi 


  MÜDAFİƏ MAHMUDOV 

 



nəyə, kimə, necə, nə vaxt suallarından doğan dinamik fəaliyyətdə yaranırdı. Onun 

nəticələri isə bilik, bacarıq və  vərdişlərin davamlılığı ilə ölçülürdü. Şagirdlərin 

səviyyəsini müəyyənləşdirmək üçün yoxlamalar aparılırdı. Bu zaman şagirdlərin 

topladığı ballara yox, onların bilik, bacarıq və  vərdişlərinin səviyyəsinə diqqət 

yetirilirdi. Nəticə ictimaiyyətə açıqlanır və ilk növbədə valideynlərə çatdırılırdı. 

Təhsil möəssisələrinə dövlətin mühüm sahəsi kimi baxılırdı. Amerika təhsil sis-

temi tədricən ibtidai və ümumtəhsil modeli istiqamətində təkamül etmişdir. 

XIX əsrdə təhsil sistemində çoxvariantlılıq yaranmışdı. ABŞ-da məktəb sis-

temi qeyri-mərkəzləşmiş prinsip əsasında qurulmuşdu. XIX əsrin ortalarında 

ABŞ-da formalaşan xalq təhsili özündə üçpilləli sistemi birləşdirmişdi: 1) ibtidai 

məktəb (6–14 yaşlılar); 2) orta məktəb (14–18 yaşlılar); 3) ali məktəb. 

XX əsrin əvvələrində ABŞ-da 16 yaşa qədər (bəzi ştatlarda 18 yaşa qədər) 

pulsuz təhsil sistemi mövcud idi. Ümumtəhsil məktəblərin strukturunda müstəqil-

lik var idi. Bəzi ümumtəhsil məktəbləri 8+4 (8 illik ibtidai və 4 illik orta məktəb), 

bəziləri isə 6+3+3 (6 illik ibtidai, 3 illik natamam orta və 3 illik tam orta məktəb) 

quruluşuna malik idi. ABŞ-da dövlət ümumtəhsil məktəbləri ilə yanaşı, xüsusi 

(özəl) və elitar (akademiya) məktəblər də  fəaliyyət göstərirdi. XX əsrin birinci 

yarısında ABŞ-da təhsil praqmatizmi (yunanca, praqma-«iş», «hərəkət») üstünlük 

təşkil edirdi. İbtidai və natamam orta təhsildən sonra şagirdlər üç əsas təhsil 

qrupuna ayrıldı, yəni: 

 

ümumtəhsil məktəblər (burada şagirdlərə  nəzəri bilik verilir və univer-



sitetlərə istiqamətləndirilirdi); 

 



orta məktəb (burada şagirdlər texniki universitetlərdə təhsil almağa hazır-

lanırdı); 

 

ixtisaslaşdırılmış tədris müəssisələri. 



Xüsusi məktəblər spesifik xüsusiyyətə malik idi. Bu məktəblər  əsasən 

ödənişli idi, bəziləri isə olduqca baha və imtiyazlı idi. 

ABŞ-da XX əsrin sonunda olduqca mürəkkəb və çoxpilləli, bir neçə hissə-

dən ibarət yüksək səviyyədə inkişaf etmiş təhsil sistemi formalaşmışdı. XX əsrin 

ikinci yarısında ABŞ-da pulsuz icbari təhsilin müddəti artırıldı, ibtidai və orta 

məktəblər arasında aralıq mərhələ yarandı. 

Müxtəlif ixtisas dərəcələrinə uyğun kadr hazırlığı ali və orta məktəblərdə, 

dövlət peşə təhsili müssisələrində, xüsusi şirkətlərin təhsil müəssisələrinin kursla-

rında və bilavasitə iş yerlərində hazırlanırdı. Digər tərəfdən işçi qüvvəsi hazırlan-

maqla yanaşı, təhsil sistemi getdikcə daha yüksək dərəcədə mühüm sosial funksi-

yanı (vəzifəni) yerinə yetirirdi. Bir çox hallarda isə vətəndaşları gələcək və ya ha-

zırkı peşə fəaliyyətinə hazırlamaq və inkişaf etdirmək məqsədi qarşıya qoyulmuş-

du. 

ABŞ-da yaradılmış çoxpilləli təhsil sistemi yeni ali təhsilin quruluşuna görə 



dünyada etalon olaraq ən yaxşı, mökəmməl sistem kimi qəbul olunmuşdu. 

Halbuki bu sistemi ilk dəfə Qərbi Avropa ölkələri və Yaponiya qəbul etmişdi. 



DÜNYADA TƏHSİL SİSTEMLƏRİ 

 

9

1987-ci ildə Amerika məktəblərinin müəllim heyətinin təhlili aparılmışdır. 



Onların üçdə bir hissəsi riyaziyyat və təbiət fənləri üzrə səriştəsiz müəllimlər idi-

lər. Hər il milyon nəfərə yaxın şagird təhsilini bitirir, lakin bunlar içərisində nar-

komaniyaya qurşanma və cinayət törətmə halları gündən-günə artırdı. Amerikada 

təhsil sisteminə külli miqdarda kapital qoyulur: özəl informasiya bazası, kom-

pyuterlərlə əla təminat və s. Amerika yeganə ölkədir ki, orada kadrla bağlı heç bir 

çətinlik yoxdur. Bu isə müasir dünyanın ən ciddi problemlərindən biridir. Hazırda 

ən başlıca problem dünyada təhsilin Qərb ölkələrinin standartlarına yaxınlaşması 

məsələsidir. 1997-ci ildə bütün işçi qüvvəsinin təxminən 29%-i ali təhsilli, 28%-i 

isə natamam ali təhsilli idi. Orta təhsilli şəxslər 33%, orta təhsili olmayanlar isə 

11% təşkil edirdi. XX əsrin sonunda Amerikanın işçi qüvvəsinin təxminən 60%-

nin ali və natamam ali təhsili var idi. Bu isə dünyada ən yüksək göstəricilərdən 

biridir. 

ABŞ-da peşə  təhsilinin  ən mühüm mənbələrindən biri işçi qüvvəsinin iş 

yerlərində hazırlanmasıdır. Amerika işçi qüvvəsinin 30%-ə yaxını təhsil almışdır. 

Peşə hazırlığının  əsas mənbəyi özəl  şirkətlər və iri korporasiyaların təhsil 

mərkəzləridir. Hesablamalara görə, ABŞ-da işçi qüvvəsinin 10%-dən çoxu bu cür 

təhsil mərkəzlərində hazırlanır. Peşəkar fəhlələr, texniklər, idarəetmə kadrları 

arasında həmin göstərici 12-17% təşkil edir. 

İşçilərin təxminən 2%-i silahlı qüvvələrdə qulluq edən zaman peşəyə yiyə-

lənirlər. Ayrı-ayrı peşələr üzrə orduda hazırlanmış mütəxəssislərin faizi olduqca 

yüksəkdir. Amerika Aviasiya texniklərinin 45%-i informasiya avadanlığının 

təmiri müəssisələrində, texniklərin 20%-i isə peşə hazırlığını orduda alırlar. 

Təhsilə (dövlət və özəl məktəblərə) ayrılan xərclər («yaşlıların təhsilinə» – əsasən 

istehsalatdan ayrılmadan peşə hazırlığına olan xərclərdən başqa) 1980-90-cı 

illərdə 66%-dən çox artmış və 1997-ci ildə 564 milyard dollar təşkil etmişdir. Bu 

isə ABŞ-ın hərbi məqsədlərə  sərf olunan illik xərclərindən (270 milyard dollar) 

xeyli yüksəkdir. Bundan başqa, müxtəlif məlumatlara görə, yaşlıların təhsilinə 

ayrılan xərclər 150 milyard dollara qədərdir və bu çərçivədə, məsələn, 1994-1995-

ci tədris ilində müxtəlif tədris müəssisələrində 76,3 milyon nəfər və ya ölkənin 

yaşlı  əhalisinin 40%-i (80 -ci illərin ortalarında yalnız 13,3%-i) iştirak etmişdir. 

Bütün dövlət və özəl müəssisələr nəzərə alınmaqla ABŞ-da təhsil sisteminə qoyu-

lan ümumi xərc ildə 800 milyard dollara çatır. 

1997-ci ildə  məktəbəqədər təhsil müəssisəsindən ali təhsil müəssisəsinə 

qədər ayrılan xərclər 456 milyard dollar və ya bütün büdcənin təxminən 80%-ni 

təşkil edirdi. Təhsil sistemi çoxsaylı  və yüksək səviyyədə hazırlanmış pedaqoji 

kadrlara malikdir. 1996-cı ildə ABŞ-da 3 milyon özəl məktəb müəllimi, dövlət 

məktəblərində isə 2,6 milyondan çox müəllim var idi. Həmin ildə ali məktəblərdə 

təxminən 900 minə yaxın müəllim var idi ki, bunlardan 630 mini dövlət ali 

məktəblərində, 260 min nəfəri isə özəl ali məktəblərdə çalışırdı. Hesablamalara 

görə, bir milyondan artıq işçi qüvvəsinin təhsil müəssisələrində, sənaye  şir-



  MÜDAFİƏ MAHMUDOV 

 

10



kətlərində, hərbi sahədə, muzeylərdə, kitabxanalarda və s. təhsillə  əlaqəli işi 

vardır. Təhsil sistemində işləyən inzibati heyətin sayı da olduqca çoxdur, yəni 1,2 

milyon nəfərdən artıqdır. 

Amerika təhsil sisteminin əsas pilləsi orta məktəb təhsil sistemidir. O həm 

xüsusi peşə biliklərinin əsas sahəsini təşkil edir, həm də uşaqların və yeniyetmə-

lərin ümumi inkişafına istiqamətləndirilmiş humanitar xarakterli ümumi bilikləri 

vermək üçündür. 1997-ci ildə ABŞ-da 108 minə yaxın orta və ibtidai məktəb var 

idi və bu məktəblərdə 51 milyondan artıq məktəbli təhsil alırdı. Orta təhsilin əsa-

sını 87 mindən artıq dövlət məktəbləri təşkil edirdi. ABŞ-da ibtidai və orta təhsilə 

ayrılmış  vəsaitin ümumi həcmi 1997-ci ildə  təxminən 340 milyard dollar idi. 

Qeyd edək ki, özəl məktəblər dövlət məktəblərindən daha keyfiyyətli təhsil ve-

rirlər. 


Amerika orta məktəbini səciyyələndirərkən nəzərə almaq lazımdır ki, bir 

sıra parametrlər üzrə  əksər xarici, o cümlədən keçmiş SSRİ-i dövlətlərinin orta 

təhsil sistemindən xeyli fərqlənir. Yəni ABŞ-da ölkənin müxtəlif regionlarında və 

məktəblərində, tədris proqramlarında, tələbələrdə  və  təlim metodlarında fərqlər 

olduqca nəzərə çarpandır. Burada vahid tədris proqramları, dövlət təhsil standart-

ları  və vahid maliyyələşdirmə  mənbələri yoxdur. Konstitusiyaya əsasən ölkədə 

formal olaraq orta təhsilin əsas səlahiyyətləri və məsuliyyəti ştatlara həvalə edil-

mişdir. Ənənəvi olaraq yerli səviyyədə müəllim və valideynlərin ictimai təşkilat-

ları şagirdlərə nəyi öyrətmək və necə öyrətmək barədə əsas qərarları qəbul edirlər. 

ABŞ-da məktəblərin fəaliyyəti üzərində yerli hakimiyyətin və ictimaiyyətin 

yüksək dərəcədə nəzarəti dövlət məktəb təhsil sisteminin səciyyəvi xüsusiyyətidir. 

Məktəb işinin təşkilinin  əsasında da həmin prinsip qoyulmuşdur.  Ştat səviyyə-

sində təhsil məsələləri ilə ştatın təhsil şöbəsi məşğul olur, onun üzvlərini quber-

nator təyin edir və ya əhali seçir. Ştatın təhsil komitə  rəhbəri isə  təhsil  şöbəsi, 

qubernator və ya əhali tərəfindən seçilir. 

XX əsrin 90-cı illərinin ikinci yarısında ABŞ-da 3681 ali təhsil müəssisəsi 

var idi ki, onlardan 1594-ü dövlət, 2087-si isə özəl idi. Bu onu göstərir ki, ABŞ 

böyük və geniş ali təhsil sisteminə malikdir. Amerika ali məktəbləri yalnız 1995-

ci ildə müxtəlif ixtisaslarda (istiqamətlərdə) təxminən 1,2 milyon bakalavr (ölkə-

nin tələbə yaşlı  əhalisinin 5%-i), 400 minə yaxın magistr (1,7%) və 44 mindən 

çox elmlər doktoru (0,2%) hazırlamışdır. Amerika təhsil sisteminin mühüm tərkib 

hissələrindən biri özəl  şirkətlərdə kadrların hazırlanmasıdır. Bəzi hesablamalara 

əsasən, həmin məqsədlərə çəkilən xərclər hər il 100 milyard dollardan çox olur. 

Amerika təhsilinin yüksək səviyyədə inkişafı heç də  hər hansı problemin 

olmaması demək deyil. 1983-cü ildə ABŞ-da bir qrup ekspertin adından səslənən 

«Millət təhlükədədir» məruzəsi çap edilmişdi. Amerika təhsil sisteminin ciddi 

problemlərinə həsr edilmiş və onun inkişafının geridə qalmasını etiraf edən həmin 

məruzə həm ictimaiyyətin, həm də hökumətin diqqətini cəlb etdi. Məruzəçilər bu 

sahədə vəziyyətin yaxşılaşması üçün cəmiyyətin və dövlətin daha geniş fəaliyyət 

göstərməsinin katalizatoru oldu. Orta təhsilə  və onun keyfiyyətinə xüsusi diqqət 



DÜNYADA TƏHSİL SİSTEMLƏRİ 

 

11

yetirildi. Məsələn, ekspertlərin qiymətləndirməsinə  əsasən Yaponiya məktəbləri-



nin məzunları biliklərinə görə amerikalı həmyaşıdları ilə müqayisə edildikdə çox-

çox üstündürlər. Bir çox məzunlar olduqca zəif hazırlıq səviyyəsinə malikdir, belə 

ki, sorğu keçirilən şagirdlərin 28%-i oxu mətninin məzmununu söyləyə bilmir və 

10%-i yüksək səviyyəli yazı yazmaq qabiliyyətinə qadir deyil. Təbiət elmləri və 

riyaziyyatdan şagirdlərin bilik səviyyəsi xüsusilə aşağıdır. 

XX  əsrin 80-ci illər ilə möqayisədə 90-cı illər ABŞ-ın təhsil sistemi 

tərəqqiyə nail oldu. Bu onunla bağlı idi ki, orta məktəbdə riyaziyyat və  təbiət 

fənlərinin tədrisinə olduqca böyük diqqət verildi. 1994/95-ci illərdə keçirilmiş 

Üçüncü Beynəlxalq Olimpiadanın nəticələrinə görə amerikalı  səkkizinci sinif 

şagirdləri təbiət elmləri üzrə 17-ci, riyaziyyat üzrə isə 34-cü yeri, rusiyalılar isə 

13-cü yeri tutdular. Hər iki ixtisas üzrə Sinqapur, Cənubi Koreya və Yaponiyanın 

nümayəndələri olimpiadanın lideri olmuşdur. 

1990-cı ilin oktyabr ayında ABŞ prezidenti C.Buş təhsillə bağlı memoran-

dum imzalamışdır. Birləşmiş Ştatlar həmişə federal və ştat hökumətləri ilə təhsilin 

vahid dövlət formasında inkişafı ilə bağlı danışıqlar aparmışdır. 1990-cı illərdə 

təhsil sistemində islahatın  əsas istiqaməti təhsilin keyfiyyətinin yaxşılaşdırılma-

sından ibarət idi. Əsas problemlərdən biri müasir informasiya texnologiyalarına və 

başlıca olaraq kompyuterlər  əsasında məktəblərin texniki təchizatının yüksəldil-

məsinə yer verilməsi idi. 1997-ci ildə ölkənin bütün dövlət məktəblərinin 78%-i 

internetə çıxışla təmin olunmuşdur. 

ABŞ-da 1983-cü ildə “Millət təhlükədədir” məruzəsi çap edildikdən sonra 

məktəb təhsili sistemində köklü dəyişikliklər baş verdi. 1994-cü ildə qəbul edilmiş 

“2000-ci ilin məqsədləri Amerika təhsilidir” qanunu bu inkişafa başlıca səbəb 

oldu. 1995-ci ildə bu məqsədlər üçün 345 milyon dollar sərf edilmişdir. 

Yüzilliyin sərhədində  təhsilin yaxşılaşdırılmasına dövlət xeyli səy göstər-

mişdir. Gündəlikdə duran əsas vəzifələrdən biri də təhsilin keyfiyyətinin yüksəl-

dilməsinin müəyyən edilməsi idi. 2000-ci ildə ilk dəfə 48 ştatın məzunlarına ye-

kun testləşmə  tətbiq edilmişdir. 36 ştatın məktəblərində  şagirdlərin müvəffəqiy-

yətləri barədə xüsusi hesabatlar nəşr edilmişdi. 

Məktəblərin kompyuterlərlə  təchiz edilməsi proqramı 2000-ci ildə büdcəsi 

425 milyon dollar olan xüsusi yaradılmış fond vasitəsilə  həyata keçirildi. Artıq 

1998/99-cu tədris ilində hər 10 məktəbliyə bir kompyuter düşürdü. Telekommuni-

kasiyalar haqqında 1996-cı ildəki qanuna uyğun olaraq məktəblərin internet siste-

minə qoşulmasına ciddi səylər göstərilirdi və yalnız 1998/99-cu illərdən sonra hə-

min məqsədlərə 3,6 milyard dollar xərclənmişdir. 1994-cü ildə tədris siniflərinin 

yalnız 3%-nin internetə çıxışı var idi və bu rəqəm 1998-ci ildə 51%-ə qədər artdı. 

Müəllimlərin yeni texnologiyalardan istifadə etməyə hazırlanması dövlətin 

daha bir mühüm vəzifəsi idi. 1999-cu ildə müəllimlərin kompyuter hazırlığına 75 

milyon dollar, 2000-ci ildə isə müəllimlərin ixtisas artırılmasına 98 milyon dollar 

ayrılmışdır.  İspandilli  əhalinin təhsilinin təkmilləşdirilməsi çərçivəsində 2000-ci 



  MÜDAFİƏ MAHMUDOV 

 

12



ilin büdcəsində  məktəblilərin iki dildə öyrədilməsi üçün müəllimlərin hazırlan-

masına 100 milyon dollar nəzərdə tutulmuşdu. Bu isə həmin məqsədlərə 2000-ci 

ildə xərclənəndən 28,5 milyon dollar artıqdır. 2000-ci ildə məktəblilərin yay tədris 

proqramlarına buraxılan vəsaitin məbləği iki dəfədən çox artaraq 453 milyon 

dollara çatdı və bu, 675 min məktəbliyə əlavə xidmət göstərməyə imkan yaratdı. 

Bu zaman 2001-ci ildə həmin məqsədlərə bir milyard dollar xərclənməsi nəzərdə 

tutulmuşdu. 

ABŞ-ın ali məktəblərində bir sıra texniki fənlər üzrə müəllimlərin çatışma-

ması problem olaraq qalırdı. Bu isə universiletlərə xaricdən yüksək ixtisaslı kadr-

lar cəlb edilməsinə gətirib çıxardı. Son məlumatlara görə, 1993-cü ildə mühəndis-

texnik ixtisaslları üzrə xarici kadrların sayı müəllimlər arasında 37%, riyaziyyat, 

kompyuter ixtisası üzrə 27% təşkil edirdi. Onlar Asiya və Avropa ölkələrindən, 

xüsusən də Hindistan, Çin, Böyük Britaniya, Tayvan, Kanada, Cənubi Koreyadan 

olan alimlər idi. 

Federal büdcə 2000-ci maliyyə büdcəsindən ildə Pella qrantına (tələbələrin 

ali təhsil almasına verilirdi və onlar işə düzəldikdən sonra 10-15 il müddətində 

qaytarırlar) 7,6 milyard dollar ayırmışdı  və bu qrantlar birbaşa maliyyə yardımı 

şəklində verilirdi. Həmin qrantların miqdarı 1993-cü ildən 2000-ci ilə kimi 2,3 

min dollardan 3,3 min dollara qədər artmışdı. Daha bir mühüm təşəbbüs 1997-ci 

ildə  qəbul edilmiş  təhsil məqsədləri üçün kreditə görə vergi güzəştləri haqqında 

qanun idi. O, həm ixtisasın artırılması niyyəti ilə yaşlılara, həm də tələbələrə aid 

edilirdi. Həmin qanuna görə, 2002-ci ilə  qədər hər bir ailənin təhsilinə 5 min 

dollar, sonrakı dövrdə isə 10 min dollar verilirdi və 20%-lik vergi güzəştləri 

edilirdi. On il müddətində  təhsil sisteminə 29,8 milyard dollar miqdarında vergi 

güzəştləri nəzərdə tutulmuşdu. 2001-ci ilin büdcəsində təhsilin əsas məqsədlərinə 

28%-lik vergi güzəştləri  şəklində ali təhsilə  əlavə investisiyalar nəzərdə tutul-

muşdu. Bu cür vergi kreditini hər il 10 min dollara qədər götürmək olar. 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin