Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan texniKİ universiteti Kafedra: Azərbaycan dili və pedaqogika

Yüklə 28 Kb.
səhifə3/9
tarix09.06.2023
ölçüsü28 Kb.
#127263
1   2   3   4   5   6   7   8   9
Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan texniKİ univ-azkurs.org

Monoloji nitq danışandan yüksək nitq mədəniyyəti, rabitəli və rəvan danışıq qabiliyyəti tələb edir. Təlim-tədris müəssisələrində monoloji nitqin öyrənilməsində hər hansı bir mövzunun və ya mətnin nəql edilməsi xüsusi əhəmiyyət daşıyır, biliklərin möhkəmləndirilməsində ilkin mərhələdir. Mətnin oxunması, ardınca mövzu üzrə sual-cavab aparılması, sonra danışılması onun mənimsənilməsini başa çatdırır. Mövzunun belə öyrədilməsi onun uzun müddət və ya həmişəlik yadda qalmasına zəmin yaradır. Şifahi monoloji nitqin bir forması da spontan, yəni xüsusi hazırlıq olmadan, bədahətən söylənilən nitqdir. Danışıqda improvizasiya kimi xatırlanan belə tez, sürətli, qabaqcadan düşünülməmiş nitqə ekspromt da deyilir. Ekspromt nitq əvvəl-cədən planlaşdırılmadığından çoxları üçün çətindir. Ani vaxt ərzində, elə danışıq məqamında öz fikrini cəmləşdirib nədən və necə danışacağını, öz mülahizə və fikirlərini hansı tərzdə çatdıracağını hər adam bacarmır. Spontan nitqdə danışanın həyat təcrübəsi, dünyagörüşü, zəngin müşahidələri, müəyyən hadisə və məsələlərə bələdliyi böyük rol oynayır. Belə şəxs istənilən şəraitdə öz fikrini toplamağı, ona münasib söz, ifadə tapmağı, nitqini düzgün və dəqiq cümlələrlə çatdırmağı bacarır. Monoloji nitq bədii əsərlərdə janr müxtəlifliyi nəzərə alınmaqla məişət danışığından fərqlənir. Monoloji nitqin nəqletmə, təsviri, məlumatverici, daxili, inandırma və təbliği növləri vardır. Dram əsərlərindəki monoloji nitqdə əksər hallarda danışan şəxs öz həyatını, daxili aləmini, həyata və hadisələrə baxışını ifadə edir. N.Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” komediyasında Cəvahir xanımın, “Müsibəti Fəxrəddin” faciəsində Fəxrəddin bəy və Səadət xanımın, Ə.Haqverdiyevin “Bəxtsiz cavan” faciəsində Rüstəm bəyin, C.Məmmədquluzadənin “Ölülər” pyesində Şeyx Nəsrullah və kefli İsgəndərin, S.Vurğunun “Vaqif” dramında Vaqifin monoloqları məşhurdur.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə

yükləyin