Buxar güc qurğusunun tsikli.
Buxar güc qurğusunun sadələşdirilmiş texnoloji sxemi şəkil 1.61 –də verilmişdir. Burada 1 – buxar qazanı;
2 – buxar qızdırıcısı;
3 – buxar turbini;
4 – kondensator;
5 – bəsləyici (qidalandırıcı) nasos;
6 – reduktor.
Qazanda hasil olunmuş doymuş buxar buxar qızdırıcsına ötürülür. Burada həmin buxar qızışmış buxara çevrilir. Yüksək təzyiq və temperaturlu buxar turbinə ötürülür. Turbinin soplolarından keçdikdə buxarın potensial enerjisi kinetik enerjiyə çevrilir. Buxar axını turbinin pərlərinə yüksək sürətlə dəyərək, onu hərəkət etməyə məcbur edir. Həmin hərəkət turbinlə eyni oxda yerləşən reduktor vasitəsilə avar vintinə ötürülür. Turbindən çıxan buxar kondensatora daxil olur və burada istiliyini soyudan suya (gəmi şəraitində dəniz suyuna) verərək kondensatlaşır. Alınmış kondensat bəsləyici nasos vasitəsilə qazana qaytarılır. Qurğunun termodinamiki tsikli şəkil 1.62-də verilmişdir.
Burada 1-2 – buxarın turbində adiabatik genişlənməsi;
2-3 – turbindən çıxan buxarın kondensatlaşması;
3-4 – bəsləyici nasosda təzyiqin artırılması;
4-5-6 – suyun qazanda qızdrılması və buxarlanması;
6-1 – doymuş buxarın buxar qızdırıcısında qızışması;
Şəkil 1.62-də göstərilən tsikl Renkin tsikli adlanır.
Tsiklin termki f.i.ə.
Burada - doymuş mayenin (kondensatın) p2 təzyiqindəki entalpiyasıdır.
Buxar-güc qurğusunun termiki f.i.ə.-nın artırılmasının bir neçə yolu var:
qızışmış buxarn (nöqtə 1) təzyiq və temperaturunun artırılması ilə,
son p2 təzyiqnin azaldılması ilə,
işlənmiş buxarın təkrar qızışması ilə,
regenerativ tsiklin yaradılması ilə.
Dostları ilə paylaş: |