İSTİLİKÖTÜRMƏ MÜHAZİRƏ 10. İstilik texnikası fənninin bu bölməsində bərk, maye və qazvari cisimlərdə istiliyin yayılma prosesləri öyrənilir.
İstiliyin yayılması üç üsulla baş verir: İstilikkeçirmə, konveksiya və şüalanma ilə.
İstilikkeçirmə bir-birilə toxunan bərk cisimlər və ya eyni cismin müxtəlif temperaturlu hissələri arasında baş verir. Bu istiliyin molekulyar səviyyədə yayılması prossesidir (onu eləcə də konduksiya adlandırırlar).
Konveksiya qaz və ya maye kütləsinin müxtəlif dərəcədə qızdırılmış makro hissələrinin hərəkəti və ya qarışması zamanı baş verir və bunların qoşalaşmasından əmələ gələn prosesə konvektiv istilik mübadiləsi deyilir.