Azərbaycan respublikasi təHSİl naziRLİYİ аzərbaycan texniKİ universiteti “Hİdravlika və İSTİLİk texnikasi” kafedrası


SİLİNDRİK DİVARIN İSTİLİKKEÇİRMƏSİ



Yüklə 1,56 Mb.
səhifə42/74
tarix02.01.2022
ölçüsü1,56 Mb.
#36080
növüMühazirə
1   ...   38   39   40   41   42   43   44   45   ...   74
istilik texnikasi mühazirə

SİLİNDRİK DİVARIN İSTİLİKKEÇİRMƏSİ.

Birtəbəqəli silindrik divarın istilikkeçirməsinə baxaq (şəkil 2.2).



Tutaq ki, silindirik divarın (borunun) uzunluğu l , daxili radiusu r1 , xarici radiusu r2 daxili səthinin temperaturu tS1 və xarici səthinin temperaturu t S2 –dir. Temperatur ancaq radius boyu dəyişir. Deməli, məsələ birölçülüdür, t=f (r) və stasionardır.

Burada izometrik səthlər silindrik səthlər olub, bir-birinə paraleldir.

tS1 > t S2 olduğundan istilik seli silindr daxilindən xaricə yönələcək. Burada həmçinin əvvəlcə silindr sonsuz uzunluqda qəbul edilir. Həqiqətdə onun uzunluğu l-dir.

Laplas tənliyinə əsasən silindrik koordinatda birölçülü məsələ üçün yazmaq olar



(2.11)

Bu tənliyi verilən sərhəd şərtlərində həll edək. Qəbul edək ki, dt/dr=U , onda



dəyişənlərə ayırsaq



(2.12)

inteqrallasaq



lnU+lnr=lnc1

və ya


Ur=c1 . (2.13)

U-nun qiymətini burada yerinə yazaq

(2.14)

Birdə inteqrallayaq



t=c1lnr+c2. (2.15)

Burada c1 c2 inteqral sabitləridir. (2.15) tənliyindən görünür ki, silindrik divarda temperatur loqarifmik qanunla dəyişir.



c1 və c2 sabitlərini sərhəd şərtlərindən təyin edək:

r=r1 olduqda t=tS1

r=r2 olduqda t=tS2 olacaq, deməli (2.15) ifadəsindən hər iki şərt üçün

(2.16)

.

Buradan tərəf-tərəfə çıxsaq



tS1 - t S2 ,

və ya


Onda (2.16) ifadəsindən



.

Bu qiymətləri (2.15) tənliyində yerinə yazsaq



. (2.17)

Bu temperaturun silindrin radiusundan asılılığını verən tənlikdir.

İstilik selinin sıxlığını hesablayaq. Furye düsturuna əsasən

(2.18)

(2.13) bərabərliyindən



Onda


. (2.19)

Deməli, istilik selinin sıxlığı silindrik divar üçün sabit olmayıb, radiusla tərs mütənasibdir (hiperbolik qanunla dəyişir).

l uzunluğu olan silindrik divardan keçən istilik miqdarını tapaq

(2.20)

Beləliklə, silindrik divardan keçən istilik miqdarı, divarın istilikkeçirmə əmsalı , divarda temperaturlar fərqi , silindirin uzunluğu l, zamanla düz mütənasib, xarici d2 və daxili d1 diametrlərin nisbətinin loqarifması ilə tərs mütənasibdir.

Bəzən praktikada vahid zamana və vahid uzunluğa düşən istilik miqdarı işlədilir

(2.21)


Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin