Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan texniKİ universiteti Kafedra: Azərbaycan dili və pedaqogika



Yüklə 0,76 Mb.
səhifə3/16
tarix02.01.2022
ölçüsü0,76 Mb.
#42477
1   2   3   4   5   6   7   8   9   ...   16
AD sərbəst iş No 1

Monoloq sözü mənşəcə latın dilinə məxsusdur, mono –bir, loqos – nitq, nəzəriyyə, elm sözləri mənasındadır, “bir şəxsin nitqi” deməkdir. Nəzm və nəsr əsərlərində müəllifin danışığı təhkiyə formasında, söylədiyi nitq isə monoloq formasındadır. Monoloq səhnə əsərlərində surətlərdən birinin, çox vaxt baş qəhrəmanın dilindən verilir, onun öz-özünə, tək danışığı və ya kimə, kimlərəsə, aktyorun tamaşaçılara xitabən söylədiyi qismən uzun müddətli nitq monoloq adlanır. Monoloji nitqdə bir nəfər danışır, başqaları onu dinləyirlər. Monoloji nitq dinləyicilərlə ünsiyyət formasıdır. Bu nitq dinlənilir, eşidilir, həzz mənbəyinə çevrilir, dinləyənlər və yazılı formada oxuyanlar düşünür, nəticə çıxarırlar. Bu nitq daha çox ailədə, məişətdə, elm və təhsil ocaqlarında, məhkəmə iclaslarında işlədilir. Monoloji nitq hər hansı bir müəyyən məsələ,fikir, ideya, xəbər və s. haqqında bir nəfərin rabitəli,ardıcıl,qismən geniş məlumatıdır. Bu nitqdə fasilə(pauza),ritm,ahəng,temp,intensivlik,ton danışanın istəyi və bacarığdaxilində məzmunla bağlı bir-birini əvəzləyir. Bu nitq növü mühazirə, məruzə,çıxış, məqalə, məktub, məlumat və s. şəkillərində təzahür tapır. Monoloji nitq müxtəlif məqsəd və əzmunda olur. Burada danışma, dinləmə, oxuma prosesLərində məlumat vermə, inandırma, öyrətmə, təbiət və cəmiyyət hadisələri haqqında nəzəri, elmi bilikləri çatdırma, insanın daxili hiss və həyacanını ifadə etmə və s. kimi hallar öz əksini tapır. Bu zaman danışan şəxs öz elmi, nəzəri, faktiki düşüncələrini də, mənimsədiyi məsələləri, həyat təcrübəsi əsasında gəldiyi nəticələri də şərh və ya izah edir. Deməli, şəxsin fikir və mülahizələri özünün fərdi düşüncələrinin, təfəkkürünün məhsulu da ola bilər, özünə qədər deyilmiş və ya yazılmışların, onun tərəfindən özünəməxsus tərzdə səsləndirilməsi aktı da ola bilər. Bu baxımdan monoloji nitqini quran şəxs özünün hansı missiyanı yerinə yetirdiyini, hansı vəzifə danışdığını nəzərə lmaqlaa kimə, ya kimlərə ünvanlayacağını, harada çıxış edəcəyini və nitqinə nə qədər vaxt ayrıldığını bilməlidir. O, ifadə edəcəyi fikrin, mövzunun həcmi və xarakterini müəyyənləşdirməli, müraciət forması və dil materialını götür-qoy etməli, seçməli, dinləyicilərin səviyyəsini, eləcə də danışacağının onlara necə təsir edəcəyini təsəvvüründə canlandırmalı, dinləyicilərin reaksiyasına özünü hazırlamalıdırı.


Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin