AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ
Kafedra : Kimya texnologiya, təkrar emal və ekologiya
Fənn : Kimya
Mövzu : Ekvivalentlər qanunu
LABORATORİYA İŞİ № 1
Fakültə : Energetika və Avtomatika
Qrup : 271A3
Tələbə : Abdullayev Alı
Müəllim : Eyvazova Şüküfə
Bakı ̶̶ 2020
Laboratoriya işi № 1
Ekvivalentlər qanunu
Qanun alman kimyaçısı Rixter tərəfindən 1803-cü ildə kəşf edilib və belə ifadə edilir:
Kimyəvi maddələr bir-birilə ekvivalentlərinə mütənasib olaraq qarşılıqlı təsirdə olurlar.
Bu qanun riyazi şəkildə belə ifadə olunur:
; (1)
Burada: m1 və m2 maddələrin kütləsi; E1 və E2 isə onların ekvivalentidir.
Ekvivalent vahidi mol, ekvivalent kütlə vahidi q/mol-dur. Elementin ekvivalenti onun, bir mol atom hidrogenlə (1,008q), yaxud mol atom (8 q) oksigenlə birləşən və ya kimyəvi reaksiyalarda göstərilən miqdarları əvəz edə bilən miqdarına deyilir.
Elementin ekvivalenti təcrübi olaraq bir neçə üsulla təyin edilir.
Ekvivalentin birbaşa təyini. Elementin oksigen və yaxud hidrogenlə əmələ gətirdiyi birləşmənin tərkibini bilməklə onun ekvivalenti asanlıqla təyin edilir.
ZnO –də Zn-in ekvivalenti birbaşa üsulla belə təyin edilir. ZnO-nin tərkibi 80,34% Zn-dən və 19,66 % O2-dən ibarətdir. Ekvivalentlər qanunun riyazi ifadəsinə əsasən yazmaq olar.
;
Ekvivalentin dolayı üsulla təyini. Bu üsulla ekvivalenti təyin etmək üçün maddənin faizlə tərkibi məlum olmalıdır. Birləşmənin faizlə tərkibi kimyəvi analiz vasitəsilə müəyyən edilir. Bundan əlavə birləşməni təşkil edən elementlərdən birinin ekvivalenti, onun ekvivalenti məlum olan elementlə əmələ gətirdiyi birləşməyə əsasən təyin edilir və sonra digər elementin ekvivalenti təyin edilir. Məs. ZnS-də S-ün ekvivalenti təyin edilirsə, onda əvvəlcə ZnS-in faizlə tərkibi müəyyən edilir, sonra ZnO–ə əsasən Zn-in ekvivalent müəyyən edilir. Nəticədə ZnS-in faizlə məlum tərkibinə və Zn-in ekvivalentinə əsasən kükürdün (S) ekvivalenti müəyyən edilir.
Dostları ilə paylaş: |