Yeni bazarların aşkar edilməsi üçün firmalar hansı üsuldan istifadə edə bilərlər (şanpun istehsal edən firma):
Bazara daha dərin kök salınması; (qiymətin aşağı, yeni reklam və s.)
Bazar hüquqlarının genişləndirilməsi; (başqa bazar seçməli-demoqr. coğrafi)
Əmtəənin işlənib hazırlanması; (yeni bükmə, komponent, ətir və s.)
Difersifikasiya (yeni bazarda, yeni əmtəə təklif etmək)
Marketinq imkanlarının qiymətləndirilməsi.
Firma imkanları aşkar etdikdə, onların hansının firma üçün daha münasib olduğunu müəyyənləşdirməlidir.
Firmanın marketinq imkanları-konkret firmanın marketinq səylərinin rəqabətdə üstünlük qazana biləcəyi cəlbedici istiqamətlərdir.
Beynəlxalq marketinqdə başlıca məsələ məqsədli istiqamətlənmə və komplekslilikdir ,yəni sahivkarlıq, təsərrüfatçılıq, istehsal və satış fəaliyyətlərinin qarşılıqlı əlaqəli ardıcıl bir sistemdə birləşdirilməsidir. Beynəlxalq marketinqin tətbiqi istənilən nəticəni vermir, yalnız kompleks yanaşma imkan verir ki, firma əmtəə və xidmətlərin beynəlxalq bazarına müvəffəqiyyətləçıxsın. Bu yeni əmtəə və orijinal xidmətlərlə xarici bazar çıxdıqda daha çox səmərə verir.
Xarici bazara çıxmaq və ya çıxmamaq barədə özünün məxsusi motivlərinin aydınlaşdırma qfirma üçün mühüm əhəmiyyət kəsb edir. Əgər firma qərara gəlsə ki, xarici xarici bazara çıxacaq, onda bu qərar beynəlxalq marketinq sahəsində ciddi iş aparılmasına təkan verəcəkdir.
Firmaların beynəlxalq marketinq fəaliyyətini həyata keçirməsi motivlərinin dörd aspektini qeyd etmək olar:
-satışın genişləndirilməsi, istehsal ehtiyatları əldə edilməsi, istehsalın diversifikasiya qaydasında inkişafı, təchizat mənbələrinin diversifikasiyalaşdırılması.
Marketinq imkanları şirkətin məqsədlərinə və imkanlarına münasib olmalıdır.
Dostları ilə paylaş: |