Mövzular üzrə saatların bölünməsi:
№
|
Mövzular
|
Auditoriya saatlarının miqdarı
|
mühazirə
|
məşğələ
|
1
|
Azərbaycan təhsil sistemində İKT sahəsində görülən işlər.
|
2
|
2
|
2
|
İKT-nin tədris prosesinə tətbiqinin pedaqoji aspektləri
|
2
|
2
|
3
|
Biliyin qiymətləndirilməsi prosesində İKT.
|
2
|
2
|
4
|
Kimyadan elektron dərsliklər.
|
2
|
2
|
5
|
Kimyanın tədrisində fəndaxili inteqrasiyada İKT və ondan istifadənin səmərəli yolları
|
2
|
2
|
6
|
İnteraktiv imtahan sistemi.
.
|
2
|
2
|
7
|
Təlim metodlarının həyata keçirilməsində İKT
|
2
|
2
|
8
|
Təlim texnologiyaları və İKT.
|
2
|
2
|
9
|
Distant təhsil texnologiyaları
və onun tətbiq xüsusiyyətləri
|
2
|
2
|
10
|
Kimyanın tədrisində kompyüter proqramlarından istifadə
|
2
|
2
|
11
|
İKT-nin tətbiqi ilə yeni tədris infrastrukturunun yaradılması.
|
2
|
2
|
12
|
Kimyanın tədrisində modelləşdirmə
|
2
|
2
|
13
|
Təhsildə təlim/tədris sistemi
(TTTS)
|
2
|
2
|
14
|
İKT-nin təhsilə tətbiqində əsas məqsəd vəvəzifələri
|
2
|
2
|
15
|
İKT və təhsilin fasiləsizliyi;
inteqrasiyası
|
2
|
2
|
|
Cəmi:60
|
30
|
30
|
Təhsildə İkt-nin tətbİqİ
Mövzular
Mövzu №1. Azərbaycan təhsil sistemində İKT sahəsində görülən işlər.
Ölkəmizdə İKT-nin tədris prosesinə tətbiqi sahəsində alınan nəticələr və dövlət tərəfindən verilən sərəncamlar, qəbul edilən proqramlar. İnformasiya cəmiyyətinin qurulmasının dövlət siyasətinin əsas prioritetlərindən biri kimi.
[1],[2],[5].
Mövzu №2. İKT-nin tədris prosesinə tətbiqinin pedaqoji aspektləri
Müasir təlim prosesi informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqini tələb edir. Bu mənada fənlərin tədrisində informasiya texnologiyalarından istifadə sahəsində geniş imkanlar yaranmışdır. Müasir dövrdə fənn müəllimlərində də kompyuter texnologiyasının tədris prosesinə tətbiq olunmasına xüsusi maraq vardır. Bunlar belə bir nəticəyə gəlməyə əsas verir ki, yüksək təlim keyfiyyətinin əldə olunması üçün bu texnologiyadan həm materialın öyrədilməsi, həm də şagird nailiyyətlərinin qiymətləndirilməsi mərhələsində sistematik istifadə olunsun.
.
[1],[2],[9].
Mövzu № 3. Biliyin qiymətləndirilməsi prosesində İKT.
Şagird biliyinin qiymətləndirilməsi üsulları və formaları. İnteraktiv imtahan sistemləri. Təhsilin keyfiyyətinin müəyyənləşdirilməsində əsas göstərici təlim nəticələrinin obyektiv qiymətləndirilməsidir. Ümumtəhsil məktəblərində qiymətləndirmə dedikdə şagirdlərin bilik və bacarıqlarının ilkin səviyyəsinin, inkişafının(irəliləyişinin),davamlılığının və əldə etdiyi nailiyyətlərin müəyyənləşdirilməsi başa düşülür. Nailiyyətlərin qiymətləndirilməsi həm məktəb rəhbərliyi və fənn metodbirləşməsi, həm də sinif daxilində müəllimin özü tərəfindən(sinifdaxili qiymətləndirmə-SQ)aparılır.
[6],[7]
Mövzu №4. Kimyadan elektron dərsliklər.
Elektron dərsliklər haqqında məlumat. Növləri, üstünlükləri. Təhsildə LMS sistem. Learning Managmeht System anlayışı və üstünlükləri.
[4],[10]
Mövzu№5. Kimyanın tədrisində fəndaxili inteqrasiyada İKT və ondan istifadənin səmərəli yolları
İnteqrasiya. Üfüqi və şaqüli inteqrasiya. Kimyanın fizika, biologiya, riyaziyyat, həyat bilgisi, tarix, coğrafiya və informatika fənləri arasında inteqrasiyada İKT-dən istifadə imkanları. Fənlərarası inteqrasiya-hər hansı mövzunun tədris edilməsində iki və ya daha artıq fənndən istifadə edərək mövzunun şagirdlərə çatdırılmasıdır. İnteraktiv kurrikulumda fənlərarası əlaqədən geniş istifadə olunur və bunun tətbiqi biliyin dərindən və sistemli şəkildə öyrədilməsinin açarıdır. Hamıya yaxşı məlumdur ki, bizim sürətlə inkişaf edən dünyamızda müxtəlif istiqamətlərdə inkişaf edən elmlər arasında əlaqə, başqa sözlə deyilərsə, assosiasiya yaratmaq idraki fəaliyyətin əsas proseslərindən biridir.
[4],[8]
Mövzu №6. İnteraktiv imtahan sistemi
İİS-nin yaradılma səbəbləri, üstünlükləri və kontent. İnteraktiv imtahan sistemi şagird biliyinin qiymətləndirilməsində ən müasir üsullardan biridir. Sistemin ümumi İnternet istifadəçiləri üçün də xüsusiləşdirilmiş versiyaları mövcuddur və bunlra misal olaraq www.imtahan.net ünvanında yerləşdirilmiş sistemi göstərmak olar. Bu sistem təhsil müəssisəsinin elektron idarə edilməsini tənzimlənmməsi..
[1],[3]
Mövzu №7 . Təlim metodlarının həyata keçirilməsində İKT
Kimya dərsləri müəllimin şifahi şərhi və ya izahı ilə keçirilən zaman monoloji və dialoji üsullar tətbiq olunur. Monoloji təlim üsulu dedikdə dərsin təkcə müəllimin izahı ilə başlanıb axıra çatdırılması və bu zaman şagirdlərin yalnız dinləyici və müşahidəçi kimi dərsdə iştirak etməsi nəzərdə tutulması.
Monoloji təlim üsuluna yuxarıda qeyd edildiyi kimi təsvir, izah, hekayə(nağıl) və mühazirə aid edilməsi.Bunların hamısı göstərildiyi kimi, təlim materialını müəllimin özünün şərh etməsi üzərində qurulur. Monoloji üsul həm qısa həm də uzun müddət ola bilməsi .Müxtəlif fənlərin tədrisində IKT-dən istifadə.
[1],[11]
Mövzu №8. Təlim texnologiyaları və İKT
Klassik və müasir təlim metodlarının həyata keçirilməsində İKT-dən istifadə imkanları haqqında məlumat. İnteraktiv metodlar və İKT. İKT-nin tədris prosesinə tətbiqinin pedaqoji aspektləri. İKT-nin müxtəlif pedaqoji proseslərdə tətbiqi məsələləri. Fənlərin tədrisində İKT-nin tətbiqi ilə aparılan pedaqoji eksperimentlər. Elektron iş dəftərləri. Elektron jurnallar. Elektron tədris-tematik planlar. İnteraktiv lövhələr. Elektron ev tapşırıqları.
[4] ],[8].
Mövzu№9. Distant təhsil texnologiyaları və onun tətbiq xüsusiyyətləri
Distant təhsil — tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında təşkil оlunduğu fоrmasıdır[. Distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirilməsi.
Distant təhsilin xarakterik xüsusiyyətlərinə həmçinin çeviklik, modulluluq, iqtisadi səmərəlilik, müəllimin yeni rolu, təhsilin keyfiyyətinə xüsusi nəzarət, təlimin xüsusiləşdirilmiş vasitə və texnologiyalarından istifadə və s. məsələlər aid olması
[2],[5],[12].
Mövzu №10. Kimyanın tədrisində kompyuter proqramlarından istifadə
Müxtəlif kompyuter proqramlarından (Microsoft Word, Microsft PowerPoint, Microsoft Excel, Chem Office) istifadə, kimya fənni üzrə təhsil saytları haqqında məlumatlar, bir sıra alimlərin kimyanın tədrisində İKT-nin tətbiqinə aid təkliflər
[2],[6],[13].
Mövzu№11. İkt-nin tətbiqi ilə yeni tədris infrastrukturunun yaradılması.
Təlim texnologiyalarının növləri: əməkdaşlıqla təlim texnologiyası, layihələr metodu ilə (layihələrin hazırlanması ilə) aparılan təlim texnologiyası, modullarla təlim texnologiyası. Ziqzaq metodu. Təlim texnologiyalarında İKT-dən istifadə.
[3],[6],[14].
Mövzu№12. Kimyanın tədrisində modelləşdirmə
Müasir dövrdə elm və texnikanın sürətli inkişafı və qazanılan nailiyyətlər təhsil sahəsinə, xüsusən də orta ümumtəhsil məktəblərinin dərsliklərinə təsir etməkdədir. İldən-ilə dərsliklərin elmi yükü artır, şagirdlərdə dərsliklərə qarşı maraq yaratmaq çətinləşməsi. Bu gün məktəblərdə kimyanın tədrisi zamanı aparılan dəyişikliklər, qəbul olunan kurikulum əsasında təşkil olunan dərslər belə şəraitdə şagirdlərin tədris prosesinə cəlb olunmasında müəyyən irəliləyişlər yaratsa da şagirdlərdə motivasiya yaratmaq problemi hələ də müəllimlər qarşısısnda aktual bir problem olaraq qalması.
[3],[6],[7].
Mövzu №13. Təhsildə təlim/tədris sistemi(TTTS)
Məlumdur ki, İKT təlim/tədris prosessinin tam kompüterləşdirilməsinə imkan verir. İKT-dən istifadə etməklə müxtəlif tip informasiyaların, o cümlədən, mətn, qrafik, audio, video məlumatların tam emal etmək, avtomatlaşdırılmış animasiya sistemləriyaratmaq, sürətli kommunikasiya xətlərindən istifadə etməklə təlim/tədris prosesinin effektivliyinin dəfələrlə artırılmasına nail olmaq olar. TTTS-in bünövrəsini təlim/tədris prosesini tam əhatə edə biləcək, Dərslik-Müəllim(DM) – elektron dərsliklər təşkil edir və onlar Ənənəvi TS-dəki dərsliklərdən aşağıdakı üstün imkanlarına görə fərqlənməsi.
Dərsliklərin mövzuları tam emal oluna bilən mətn, qrafik, audio, video, animasiya elementləri vasitəsilə hazırlanması..
DM elektron dərsliklərin istismarı həm fərdi kompüterdə (CD&DVD disklər), həm də şəbəkə vasitəsilə (lokal və qlobal) aparıla bilməsi.
DM elektron dərsliklərin “kağız” variantı İKT vasitələri məhdud olan təhsi müəssisələrində işlədilə bilməsi.
[3],[7],[9]
Mövzu №14 İKT-nin təhsilə tətbiqində əsas məqsəd və vəzifələri
Təhsil sisteminin informasiyalaşdırılmasının əsas məqsədi müasir informasiya mədəniyyətinə malik şəxsiyyətlər yetişdirmək, ölkədə vahid təhsil və informasiya mühitini formalaşdırmaqdır. Təhsil müəssisələrinin İKT avadanlığı ilə təminatı , Təhsil sisteminin informasiya infrastrukturunun yaradılması haqqında məlumat verilir
[1],[3],[8].
Mövzu №15. İKT və təhsilin fasiləsizliyi,inteqrasiya.
Təhsilin inteqrasiyası fənlərin öyrənilməsi zamanı fənlərarası əlaqənin aşkar edilməsi əsasında qlobal təfəkkürün formalaşdırılmasının vacibliyini nəzərdə tutur. İnteqrasiya (latınca “inteqratio” sözündən olub, “bərpa etmə, tamamlama” kimi başa düşülür) ayrı-ayrı hissələrin tamda birləşməsi haqqında sistemlər nəzəriyyəsi anlayışları ilə əlaqədardır və çox geniş məna çalarlarına malikdir. İnteqrasiya diferensiasiyanın əksini təşkil edir. Yəni diferensiasiya tamın hissəsidirsə, inteqrasiya inkişaf prosesində ayrı-ayrı hissələrin və ya elementlərin bir tam şəkildə birləşməsidir. Bir çox elm sahələrində, o cümlədən müxtəlif tədris fənlərində də inteqrasiyadan istifadə olunur.
[1],[5],[7],[15].
ƏDƏBİYYAT
Əliyev R.Y., Əzizov Ə.T. Kimya tədrisi metodikası. I hissə. Bakı: BDU, 2005, 367 səh.
Əliyev R.Y., Əzizov Ə.T. Kimya tədrisi metodikası. II hissə. Bakı: BDU, 2006, 394 səh.
Чернобельская Г.М. Методика обучения химии в средней школе. М.: ВЛАДОС, 2000, 335 с.
Практикум по методике обучения химии в средней школе / Под ред. Г.М.Чернобельской. М.: Дрофа, 2007, 222 с.
Abışov N.Ə. Müasir informasiya-kommunikasiya texnologiyalarının tədris prosesinə tətbiqi. Bakı: 2011, 206 səh.
Зайцев О.С. Методика обучения химии. М:1999, 384 c.
Abbasov M.M., Abbasov V.M., Abışov N.Ə.. Kimya 7-ci sinif dərsliyi. Bakı:2014, 96 səh.
Abbasov M.M., Əliyev A.H.. Kimya 7-ci sinif müəllim üçün metodik vəsait. Bakı: 2014, 86 səh.
Abbasov V.M. və b. Kimya 8-ci sinif dərsliyi. Bakı: 2012, 142 səh.
Abbasov V.M. və b. Kimya 9-cu sinif dərsliyi. Bakı: 2014, 174 səh.
Abbasov V.M. və b. Kimya 10-cu sinif dərsliyi. Bakı: 2014, 112 səh.
Abbasov V.M. və b. Kimya 11-ci sinif dərsliyi. Bakı: 2014, 160 səh.
Гурская Е. Компьютер для школьника. Домашние задания быстро и просто. СПб.: Питер: 2007
Ağayev Ə. Təlim prosesi:ənənə və müasirlik. Bakı: 2006, 184 səh.
www.kurikulum.az
Курдюмова Т.Н. Компьютерная технология обучения химии: достоинства и недостатки // Химия в школе. — 2002. — № 8. — С. 35-37.
Курдюмова Т.Н., Курдюмов Г.М. Компьютерные обучающие игры // Химия. Методика преподавания. — 2004. — № 1. — С. 75-77.
Макошина В.Н., Мещерикова Е.В. Использование компьютеров в обучении химии // Химия. Методика преподавания в школе. — 2002. — № 6. — С. 55-60.
Раткевич Е.Ю. Проблемы компьютеризации процесса образования // Химия. Методика преподавания в школе. — № 1. — С. 13-18.
Dostları ilə paylaş: |