Proqramı hazırlayanlar:
Prof.Ə.T.Əzizov
Prof.N.Ə.Abışov
Elmi redaktor: prof.T.M.İlyaslı
Rəyçi: prof. F.M.Sadıqov
İzahat vərəqi
Tədris müəssəsinin aktual fənlərindən biri olan Kimyanın tədrisində İKT” fənni orta məktəblər üçün müəllim hazırlayır. Bu fənnin xüsusiyyəti kimyəvi eksperimentin tədris metodu kimi əldə etməyin və bir sıra müasir proqramlar və elektron dərsliklər ilə tanışlıq, tədris prosessinin modelləşdirilməsi, tematik və dərs planlarının modelləşdirilməsindən ibarətdir. Kimyanın tədrisində İKT” fənni kimya fakültəsində Kimya müəllimliyi ixtisası alan tələbələrə III kursda 60 saat ( 30 saat mühazirə ,30 saat seminar) həcmində tədris edilir.
İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) müasir dövrdə sürətli inkişafı və əldə olunan nailiyyətlərinə əsaslanan qlobal informasiya infrastrukturunun yaradılma prosesi gündən-günə insan fəaliyyətinin yeni sahələrini əhatə edir. Tədris prosesində müasir İKT-nin tətbiqi ilə bağlı praktik tədbirlərin həyata keçirilməsi müəllimlər qarşısında tədrisin məqsəd və məzmununun təyin edilməsi, onun tədris prosesində reallaşdırma formaları ilə bağlı geniş problemlər qoyur.
İKT-nin tədris sisteminə pərakəndə tətbiqi təcrübəsi daxil edilən proqram vasitələrinin lazım olan effektiv nəticəni vermədiyini göstərir. Bunun əsas səbəblərindən biri, bu vasitə və texnologiyaların əsasən, yeni təlim üsullarının tətbiqi ilə aparılan dərslərə deyil, adətən, ənənəvi tədris sisteminə daxil edilməsidir. Elə bu da həmişə gözlənilən nəticəyə nail olmağa mane olur.
Tədris məsələlərinin özünəməxsusluğu və miqyası ənənəvi infrastrukturdan fərqlənən İKT-nin tətbiqi ilə yeni tədris infrastrukturunun yaradılmasını tələb edir. Yeni infrastrukturların yaradılması özlüyündə çətin bir prosesdir, verilmiş sahədə elmi əsaslanmış strategiyaların qərara alınmasını və yenidən yaradılmasını tələb edir. Bu məsələlərin həlli və yeni texnologiyalardan istifadə edərək arzu edilən effekti ənənəvi təlim çərçivəsində almaq mümkün deyil. Hazırda illərlə tətbiq olunan bu təlim forması nəinki özünün konservativ məzmununu saxlamış, hətta təlim prosesinin təkmilləşdirilməsinə yönəldilmiş yeni metodların tətbiqində bir maneyəyə çevrilmişdir. Beləliklə, təlim alanlar ənənəvi təlim formasında təhsilə can atmırlar, müəllimlər isə yeni şəraitdə ənənəvi metodlarla öyrədə bilmir. Nəticədə şagirdlərin tədrisə cəlb olunmasında böyük problemlər
Dostları ilə paylaş: |