15
ocaqları sayılırdı. Onları birləşdirən yeganə cəhət bu məhəlli mədəniyyət mərkəzlərinin hamısı-
nın eyni bir məfkurəyə, İslam idealına, İslam dəyərlərinə söykənmələri idi. İslam mənəvi
dəyərləri 1000 illik tarixi dövr ərzində ölkənin məzmun etibari ilə ümumazərbaycan səciyyəsi
daşıyan mədəni örnəklərinin hamısına eyni dərəcədə sirayət etmiş, onları Şərqin ümumi
müsəlman aləmi ilə eyni tellərlə qovuşdurmuşdur.
Xanlıqlar dövrünün feodal çəkişmələri zamanı şəhərlər arasında iqtisadi-ticarət əlaqələri
zəifləmiş, ara müharibələri və yadelli basqınları artmış, nəticədə bəzi şəhərlər dağıdılıb tənəzzülə
uğramışdır. Maddi mədəni irsin ümumxalq məcrasında inkişafı pozulmuşdur.
Dostları ilə paylaş: