121
arxasında tikilmiş kiçik artırma, həmçinin, eyni adla «balaxana» adlanırdı. Muğan kəndlərində
təsərrüfat məqsədi ilə yaşayış evinin yan tərəfində «qulaban» adlanan
artırma,
evin qənşərində
isə «qulangəriş» adı ilə bəlli olan
eyvan düzəldilməsi ənənə halını almışdı.
Quba bölgəsində ikimərtəbəli evlərin üst mərtəbəsinin döşəmə millərinin divardan kənara
çıxan uclarının köməyi ilə tikilmiş «papaq
» adlanan quraqlıq yenə də təsərrüfat məqsədi
daşıyırdı. Buraya odun, kömür, ağac materialı yığır, minik atı bağlayır, araba saxlayırdılar.
Yaşayış evlərinin daxilində səliqə-sahman yaratmaq, paltar-palaz,
yorğan-döşək, qab-
qacaq, saxlanc boxça, mücrü və s. kimi ev ləvazimatını yığıb saxlamaq üçün müxtəlif növ divar
açrımları: (camaxatan, taxça, dolab (xaxra), rəf (ləmə), çıraqdan, sərdan və s. düzəldilməsi
ənənəyə çevrilmişdi.
Arxaik ev tipləri olan kühül, qaradam (xaçkəran), qazma (gəmrə) üçün səciyyəvi təsərrüfat
qurğularından biri də taxıl quyusu idi. Taxıl quyusu sucar olmayan
dağətəyi kəndlərdə daha
geniş yayılmışdır.
Ehtiyat taxıl tədarükü üçün bəzi kəndlərdə «xum» adlanan böyük küplərdən də istifadə
edənlər olmuşdur. Vaxtilə belə küplərdə ölkənin xristian əhalisi şərab saxlamışdır. Qax
rayonunda məskunlaşmış xristian ingiloyların həyətlərində basdırılmış bu cür böyük şərab
küplərinə indi də təsadüf edilməkdədir.
Əkinçilik və bağçılıq məşğuliyyəti ilə bağlı bir sıra əlavə təsərrüfat tikililəri də
yaranmışdır. Çox vaxt yaşayış evindən bir qədər aralıda tikilən bu tip tikililərin bir qismi
(quraqlıq, anbar, tağtaban, təndirxana, əl damı, «alma» və s.) zəmanəmizədək qalmaqdadır.
Əkinçilik və bağçılıqla bağlı tikililər ayrıca
tikilməkdən əlavə, həm də onlara yaşayış
evinin tərkib hissəsi kimi təsadüf edirdi.
Dostları ilə paylaş: