Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti


Geyim dəstinin öyrənilməsi tarixindən



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə122/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   118   119   120   121   122   123   124   125   ...   194
Geyim dəstinin öyrənilməsi tarixindən. Bu vaxtadək Azərbaycanın yeni dövr geyimləri 
elmi ədəbiyyatda müəyyən qədər araşdırılmışdır. Bunlardan əlavə, Rusiya Xalqları Etnoqrafiya 
Muzeyində, Gürcüstan Dövlət Muzeyində, Azərbaycan Dövlət Tarix Muzeyində, Azərbaycan 
Dövlət  İncəsənət Muzeyində, həmçinin, respublikanın digər  şəhər və  kəndlərində yaradılmış 
tarix-diyarşünaslıq muzeylərində XIX əsr geyimlərinə aid xeyli faktik material, əhalinin müxtəlif 
zümrələrinə və etnik qruplarına məxsus milli geyim nümunələri toplanmışdır. Onların bir qismi 
«Azərbaycan milli geyimləri» adı ilə 1972-ci ildə albom halında nəfis şəkildə nəşr olunmuşdur.
7
 
Azərbaycanın ayrı-ayrı etnoqrafik bölgələrinə  məxsus  ənənəvi geyim və  bəzək 


 
 
129
nümunələrinin toplanması  işinə XIX əsrin sonu və XX əsrin ibtidasında başlanmışdır. Qafqaz 
canişinliyinin mərkəzi olan Tiflis şəhərində  fəaliyyətə başlayan Daşkov Muzeyinin və Sankt 
Peterburqdakı Rusiya Xalqları Etnoqrafiya Muzeyinin Qafqaz şöbəsinin əməkdaşları tərəfindən 
toplanmış geyim komplektləri sonralar xeyli dərəcədə tamamlanıb zənginləşdirilmişdir. Bundan 
əlavə, həmin muzeylərin geyim və bəzək kolleksiyaları əsasında hazırlanmış rəsm, qrafik şəkil 
və cizgi işləri, habelə XIX əsrin sonu və XX əsrin əvvəllərinə aid fotomateriallar xalq geyimləri 
və  ənənəvi zinət nümunələrini tədqiq etmək üçün mötəbər mənbəyə çevrilmişdir. Bu 
illüstrasiyalar arasında M.Tilkenin sulu boya ilə  işlədiyi kişi və qadın geyim dəstlərinə aid 
rəsmlər, habelə A.S.Matyaseviç tərəfindən yenə  də muzey materialları  əsasında natural 
böyüklükdə çəkilmiş qızıl və gümüş zinət nümunələri diqqəti daha çox cəlb edir.
8
 
Bunlardan əlavə, XIX əsrdə dərc olunmuş elmi və elmi-publisist məqalələrdə, habelə şəxsi 
kolleksiyalarda saxlanılan fotoşəkil və təsviri sənət nümunələri XIX əsr və XX əsrin əvvəllərində 
dəbdə olmuş Azərbaycan milli geyimləri barədə müəyyən qədər təsəvvür yaradır. Bu cəhətdən 
görkəmli rus şərqşünasları P.Zubov
9
, N.Dubrovin
10
,  İ.Berezin
11
, M.Tkeşelov
12
,  İ.Stepanov
13

B.Miller
14
, Q.Çursin
15
 və b. əməyi xüsusilə diqqəti cəlb edir. 
Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra etnoqrafik bölgələrin maddi 
mədəniyyətinin, o cümlədən milli geyim və  bəzəklərin tədqiqi intensiv şəkil almışdır. Bununla 
əlaqədar olaraq, etnoqrafik ekspedisiya və elmi səfərlər zamanı  əldə olunmuş faktik materiallar 
əsasında ayrı-ayrı bölgələrin xalq geyimləri araşdırılmağa başlanmışdır. Bu cəhətdən Q.F.Çursin
16

Ə.K.Ələkbərov
17
, Q.T.Qaraqaşlı
18
, Z.A.Kilçevskaya
19
,  Ə.Ə.İsmayılova
20
, E.Q.Torçinskaya
21

A.Q.Trofimova
22
 və b. araşdırmaları peşəkarlıq baxımından diqqəti cəlb edir. 
XX  əsrin 60-cı illərindən başlayaraq xalq geyimləri etnoqrafik bölgələr (Şirvan, 
Gəncəbasar, Qarabağ,  Şəki, Quba, Dərbənd, Muğan və b.) üzrə müntəzəm qaydada, zəngin 
etnoqrafik çöl materialları əsasında tədqiq olunmuşdur.
23
 
Xalq geyimlərinin tarixi-etnoqrafik bölgələr üzrə araşdırılması Azərbaycan geyim 
mədəniyyətinin ümumi (oxşar) və məhəlli (fərqli) xüsusiyyətlərini aşkar etməyə imkan verməklə 
yanaşı, həm də azərbaycanlıların qonşu xalqlarla etnomədəni əlaqələrini izləmək imkanı yaradır. 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin