143
formalarının biçim üsulunda müəyyən dəyişiklik yaranmasına gətirib çıxarmışdır. Belə ki,
əldətoxuma parçalar ensiz olduğundan kişi
can köynəyi, adətən, «qatlama» biçim üsulu ilə
hazırlanırdı. Bu halda onun yanlarına əlavə «qoltuqaltı» calaq vermək lazım gəlirdi. Fabrik
parçaları nisbətən enli olduğundan bu sayaq calağa ehtiyac qalmadığından və köynək çox vaxt
«kəsmə» biçim üsulu ilə hazırlanmağa başlamışdır. Fabrik məhsulu olan enli pambıq parçalar
əhalinin məişətinə daxil olmasına baxmayaraq, Azərbaycanın bir sıra bölgələrində «qatlama»
biçim üsulu son zamanlara qədər əməli əhəmiyyətini itirməmişdir.
Ənənəvi kişi alt köynəyi
gövdə, qol və
qoltuqaltı olmaqla
üç hissədən ibarət biçilib
tikilirdi. Bunun üçün əvvəlcə köynəyin gövdəsi biçilib onun ön tayında boyun və yaxa yarığı
açılırdı, sonra qolları və qoltuqaltı ona calaq edilirdi.
Köynəyin gövdəsi hər kəsin boyuna müvafiq ölçülüb biçilirdi. Bir qayda olaraq, alt
köynəyinin ətəyi dizliyin nifəsinin altına salındığından buna müvayfiq surətdə onun gövdəsi
nisbətən uzun biçilirdi. Köynəyin gövdəsini biçmək üçün parçanı iki qatlayıb onun tən
ortasından
boğaz və
yaxa yarığı açılırdı. Bu sayaqla alt köynəyinin gövdəsi çiyində tikişsiz
qalırdı.
Azərbaycanın əksər etnoqrafik bölgələrində «düzyaxa» köynək növü geniş yayılmışdı. Bu
forma hazırda yenə də dəbdədir. Lakin keçmişdə bundan əlavə, «yanyaxa» köynək formasına da
təsadüf olunurdu.
Çox vaxt köynəyin boyun və yaxa yarığının ətrafına həmin parçanın özündən ensiz
köbə
tikilirdi. Bəzən isə alt köynəyinin boynuna dik dayanan ensiz
boyunluq tikilirdi.
Alt köynəyinin
yaxası
ilgək-düymə, yaxud
qaytan ilə bağlanırdı.
Alt köynəyinin qol yeri
düz və
oyma olmaqla iki formada biçilirdi. Qoca dərzilərin
söylədiyinə görə, qol yerinin oyma variantı, xüsusilə Avropa modasında tikilmiş hazır paltarlar
əhalinin məişətinə daxil olandan sonra dəb düşmüşdür.
Köynəyin qolu gövdəyə «düz» bitişdirildikdə qolun altı ya açıq qalır, ya da «qoltuqaltı»nın
üçbucaq formalı başına calanırdı. Bəzən isə alt köynəyinin qoltuğuna
xişdək qoyulurdu. Bununla
da qolların sərbəst hərəkəti təmin edilirdi.
Alt köynəyinin qolları düzbucaqlı, yaxud trapez formada olmaqla, iki cür biçilib tikilirdi.
Düzbucaqlı formada biçilmiş qolun biləyi,
bir qayda olaraq, açıq qalırdı. Trapez formada
biçilmiş və uca doğru getdikcə daralan qolların isə biləyinə çox vaxt
«məcə» adlanan bilərzik
tikilirdi. Köynəyin qollarının biləyi açıq qaldıqda, ya onun özünün ucu biləyin altına qatlanır, ya
da biləyin kənarına «biləkağzı» adlanan əlavə köbə tikilirdi.
Sərbəst hərəkət etmək üçün bəzi etnoqrafik bölgələrdə alt köynəyinin ətəyinin hər iki
yanında
«peş» adlanan 10-15 sm ölçüdə yarıq düzəldilirdi. Sökülməmək üçün peşin kənarlarını
ya özünün altına qatlayır, ya da onun ətrafına ensiz köbə tutulurdu.
Keçmişdə alt paltarını, adətən, hər bir ailədə qadınlar özləri biçib tikirdilər. Məhz bu
səbəbdən də ana və nənələr qız uşaqlarına körpə yaşlarından zərif tikiş növlərini öyrədirdilər.
Keçmişdə qızlar bütün istedad və bacarıqlarını tikmə, hörmə, toxuma və s. kimi xüsusi məharət
tələb edən ev işlərində təzahür etdirirdilər.
Mexaniki tikiş maşınının əhalinin məişətinə gec daxil olması faktı da bu işdə mühüm rol
oynamışdır.
70
Köynəyin ayrı-ayrı hissələri bir-birinə müxtəlif növ əl tikişi ilə calanırdı.
Bir qayda olaraq,
köynəyin hissələri əvvəlcə astar üzdən köklənir, sonra «qıyıq» tikiş
71
ilə bir-birinə sırınıb
birləşdirilirdi. Əl tikişinin bu növü möhkəm olmaqla yanaşı, həm də tez və asan icra olunurdu.
Calaqların kənarları sökülməmək üçün çox vaxt «aşırma» tikişlə bir-birinə bənd edilirdi. Bəzən
isə calaqlardan birinin kənarı azca artıq götürülərək digər hissənin üzərinə qatlanıb «basdırma»
tikişlə basdırılırdı. Bəzən də köynəyin ətəyinin və biləyinin kənarları «tək bəxyə» adlanan sadə
tikiş növü ilə bəxyələnirdi. Bəzəkli düşmək üçün çox vaxt yaxa köbəsinin üzəri «iynədalı» və ya
«su tikişi» adlanan «qoşabəxyə», yaxud «doldurma bəxyə»
72
ilə tikilirdi. Keçmişdə, xüsusilə
nişanlı oğlanlar üçün «bəy köynəyi» bu qayda ilə tikilib bəzədilirdi.
Kişi alt paltarı ş
ilə tamamlanırdı. Biçim üsulu və tikiş texnikası cəhətdən dizlik nifəli
şalvar ilə tipoloji oxşarlıq təşkil edirdi. Bunların hər ikisi baş tərəfdən yarıqsız
olub əlavə nifə ilə
144
tamamlanırdı. Onların beldə saxlanma tərzi də eyni olmuşdur. Onların hər ikisi nifəyə keçirilmiş
tumanbağı (belbağı, şalabənd, xoncar) vasitəsilə beldən bağlanırdı. Dizlik yalnız parça
materialının növünə və rənginə görə şalvardan fərqlənirdi.
Dizlik, adətən, hər kəsin imkanından asılı olaraq ağ, bez, bəzən çit, sətin, şilə, qədək və s.
kimi pambıq parça növlərindən tikilirdi. Onun balaqlarının arası «paça»
yerinə qədər müstəqil
tikildikdən sonra baş hissədə bir-birinə bitişdirilirdi.
Dizliyin balaqları trapez formada olub aşağı getdikcə nazilirdi. Bu səbəbdən də onun
balaqlarının ayağında iç tərəfdən 10-15 sm ölçüdə «yarıq» qoyulurdu. Əməli məqsəd daşıyan
həmin yarıqlar həm dizliyin geyinib-soyunmasını asanlaşdırır, həm də soyuq havanın bədənə
daxil olmasına mane olurdu. Bu məqsədlə yarıqların hər iki qulağına qaytan tikir və həmin
qaytanlar vasitəsilə onu baldıra kip bağlayırdılar.
Dizliyin paçasına, bir qayda olaraq, əlavə
miyança qoyulurdu.
Bəzi bölgələrdə buna
«kəlööz», «ağ», yaxud «narvan» da deyilirdi.
Azərbaycanın ayrı-ayrı etnoqrafik bölgələrində miyançanın müxtəlif formalarına təsadüf
olunur. Bunların arasında kvadrat və romb şəkilli miyança növü çoxluq təşkil edirdi. Bəzi
etnoqrafik bölgələrdə miyança nifəyə çatacaq qədər böyük ölçüdə biçilirdi. Bu halda miyançanı
iki qatlayıb trapez formasında biçirdilər.
Dizliyin «boy yeri» adlanan baş hissəsi yarıqsız (bütöv) tikildiyindən onu hər iki tərəfinə
geyə bilirdilər. Bu hal dizliyin istifadə müddətinin uzanmasına imkan verirdi.
Dizliyi beldə saxlamaq üçün onun başına 10-15 sm enində ayrıca
nifə tikilirdi. Onun həm
qabaq, həm də arxa tərəfində xüsusi «bağ yeri» qoyulurdu.
Dostları ilə paylaş: