Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə129/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   125   126   127   128   129   130   131   132   ...   194
Baş geyimləri. XIX yüzillikdə qadın baş geyimləri tipoloji cəhətdən əvvəlki yüzilliklərin 
baş geyimlərindən o qədər də fərqlənmirdi. 
Qadınların ənənəvi baş geyimləri, örtmə, geymə, tikilmə, sarınma olmaqla müxtəlif tipoloji 
qruplara bölünür. Bunların arasında  örpək xüsusi yer tuturdu. 
Baş örtükləri öz növbəsində bir neçə qrupa bölünürdü. Bunların arasında şal, yaylıq, örpək, 
cuna (çikila), qıyqac (qəsabə), kəlağayı (çarqat) daha çox dəbdə idi.  
Baş  və üz örtükləri «bağlanma» və «bəndləmə» olmaqla, həmçinin iki qismə ayrılırdı. 
Parça materialına görə bir-birindən seçilən bu tip baş geyimlərinə: sərəndaz, bənarə, örpək (qaz-
qazı, naz-nazı),  yaylıq, kələğayı, (heratı, çarqat), tülü, cuna  (çkila),  çadra (çarşab),  baş  şalı
(kəşmiri şal, tirmə şal), boğazaltı, ləçək, qıyqac, qaşbənd, xınabənd, rübənd, niqab, duvaq və s. 
daxil idi. 
Geymə (tikili) və sarınma baş geyimlərinə: çutqu (tülü), təsək, araxçın, külah (səbkülah), 


 
 
139
çalma, dingə, düyməçə və s. daxil idi. 
Çutqu (tülü)Şəki, Quba, Şamaxı və Bakıda geniş yayılmış çutqu qadının saçlarını yığcam 
saxlayan xüsusi saç torbası rolunu oynayırdı. Bu səbəbdən də onun ölçüsü hər kəsin başının 
dövrəsinə çata biləcək və hörüklərin boyuna müvafiq ölçüdə götürülürdu. Şəki bölgəsində daha 
çox «tülü» adı ilə  bəlli olan cutqu hər iki ucu açıq torbanı xatırladırdı. Tünd rəngli ipək 
parçalardan, həm də astarlı tikilən çutqunun hər iki ucuna bəzək vurulurdu.  
Çutqunun baş  tərəfi axıradək tikilməyib bir qarış ölçüdə qulaqcıq formasında sərbəst 
buraxılırdı. Çutqunu başda saxlamaq üçün qulaqcıqların uclarına uzun «qatma» (şərid, qaytan) 
tikilirdi. Qatmalar baş ətrafına dolanandan sonra boyunun arxasında bir-birinə bağlanırdı. 
Çutqunun kənarları  bəzəkli olsa da, başa geyilərkən onun önünə «çutquqabağı» və ya 
«alınqabağı» (alınlıq) adlanan baş bəzəyi tutulurdu. 
Araxçın (təsək) tərgötürən vasitə kimi əməli vəzifə daşımasına baxmayaraq, ona müxtəlif 
rəngli ipək və ya güləbətin sapla al-əlvan bəzək vurulurdu. Çutqu və ya tülüdən fərqli olaraq, 
araxçının ön tərəfdən gözə çarpması eyib sayılmırdı. Belə halda, araxçın, eyni zamanda, 
çutquqabağını  əvəz edirdi. Araxçın, adətən, «boğazaltı» və ya zəncirəli qızıl, yaxud gümüş 
«qarmaq» vasitəsilə başa bəndlənib bərkidilirdi. Sonra bəzəkli baş sancaqları vasitəsilə örpək, 
kələğayı və s. ona bənd edilirdi. Bunun sayəsində sərəndaz tipli baş geyimlərinin sürüşüb başdan 
düşməsinə yol verilmirdi. 
Təsək. Adətən, gəlinlər toy günü başlarına qiymətli qalın materialdan hazırlanmış  təsək 
qoyurdular.  Ədəbiyyat məlumatlarından göründüyü kimi, onun üzərinə çox vaxt iki sıra sikkə 
pul bənd edilir və bununla da gəlinin alını bəzədilirdi.
61
 
Duvaq. Toy günü bir qayda olaraq, gəlinin başına duvaq salardılar. Bu barədə bir bayatıda 
deyilirdi: «Duvaq salın üzünə, gəlməsin gözə dilbər». 
62
 
Örtmə və bağlama baş geyimləri sərbəst halda istifadə olunmaqdan başqa, çox vaxt tikili 
baş geyimlərinin üstündən örtülürdü. Bu qrup baş geyimləri Azərbaycanın ayrı-ayrı bölgələrində 
müxtəlif cür bağlanırdı. 
Qarabağda araxçının üstündən örtülən  kələğayı  qıyğacı qatlanandan sonra ortası alının 
üstünə düşmək  şərtilə, onun hər iki ucu boğaz altında qarşı-qarşıya gətirilərək, sağ ucu sol 
çiyindən arxaya atılır, sol ucu isə sağ çiyindən geri qatlanır.  
Şirvan bölgəsində qadın araxçını çox vaxt «təsək» adlandırılırdı.
63
 
İmkanlı ailələrdə araxçın və ya təsəyə bənd edilmiş qiymətli ipək örpəklər başa salınandan 
sonra onun qanadları sərbəst şəkildə kürəyin arxasına atılırdı. 
Şamaxıda çutqunun üstündən qıyğacı qatlanmış ipək  yaylıq örtmək dəb halını almışdı. 
Yaylığı başa örtmək üçün onun ortası alına düşmək  şərtilə, ucları arxaya aparılıb hörüklərin 
altından çal-çarpaz keçirilirdi. Daha sonra yaylığın qanadları qabağa qaytarılır və öndə  hər bir 
qanadı geriyə döndərilməklə, yenidən boyunun ardında bir-birinə bağlanırdı. 
 Soyuq vaxtlarda başa kələğayını  çalma bağlayandan sonra onun üstündən  əlavə  şal 
örtürdülər. 
Q.Qaqarinin 1840-cı ildə çəkdiyi «Şamaxılı rəqqasə» rəsmində çutqunun üstündən salınan 
örpəyin ucları  sərbəst buraxılmışdır. 
İpək toxuculuğunun qədim vətəni olmaq etibarı ilə  Şirvan bölgəsində qadın baş 
geyimlərinin müxtəlif tipoloji növləri (sərəndaz, alafa, bənarə, kəlağayı və s.) qeydə alınmışdır. 
Şəddə.  Keçmişdə  Lənkəranın dağ  kəndlərində qadınlar başlarında «şəddə» qururmuşlar. 
Şəddə dörd ədəd müxtəlif rəngli yaylıqdan düzəldilirdi. Bunun üçün əvvəlcə kiçik ölçülü birinci 
yaylıq qıyqacı qatlanıb ortalama alının üstündə  əllə tutulur, ikinci böyük ölçülü yaylıq onun 
üstündən çalmasayağı bağlanırdı. Həmin ölçüdə, lakin başqa rəngdə üçüncü yaylıq yenə  də 
qıyqacı qatlanaraq, ortası alının üstünə düşməklə, ucları  əvvəlki sayağı saçın altından qabağa 
qaytarılıb gətirilir və çal-çarpaz vəziyyətdə birinci çarpazın arxasında düyünlənənirdi. Sonra 
onun ucları  əvvəlki örpək  qatlarının arasında gizlədilirdi.  Ən nəhayət, axırda birinci yaylığın 
əldə saxlanılan uclarını geriyə döndərərək bəzəkli formada başın arxasında, saçların üstündə 
düyünləyirdilər. Bölgə əhalisi arasında bu tip bağlama geyim növü «şəddə» adlanırdı. Şəddənin 
sabit qalması üçün onun üstündən bir ucunda qarmaq, digər ucunda ilgək olan başbağı sarınıb 


 
 
140
bərkidilirdi. Daha sonra onların üstündən əlavə daha bir iri yaylıq örtülürdü. 
Belə mürəkkəb quruluşlu bağlama baş geyimlərindən fərqli olaraq, şəhər qadınları arasında 
başa iki yaylıq örtmək dəb halını almışdı. Hətta imkanlı ailələrdə alt yaylığını çox vaxt araxçın 
əvəz edirdi. 
Qaşbənd.  Naxçıvanda kasıb qadınlar başlarına «qaşbənd» adlanan çarqat  bağlayandan 
sonra onun üstündən kələğayı örtürdülər. Qaşbənd, adətən, hər iki ucunda qarmaq olan 
«boğazaltı» vasitəsi ilə başa bərkidilirdi. Qaşbəndin üstündən bağlanan kələğayı  və ya saçaqlı 
ipək yaylıq (örpək) qıyqacı qatlanıb, ortası başın təpəsinə düşmək şərtilə, ucları qoşalaşdırılırdı. 
Kələğayı və ya yaylığın sağ ucu qulaqdan aşağı hissədə kiçik «qat» əmələ gətirməklə, sol çiyinin 
üstündən geri aşırılırdı. Bu halda burun altından onun əmələ  gətirdiyi «qat» yaşmaq  məqsədi 
daşıyırdı. Örpəyin sol ucu geri qayıtmaqla, sağ ucun mövqeyini möhkəmlədir və onu dayanıqlı 
edirdi. Bu məqsədlə  də örpəyin sol ucu sağ çiyindən geri çəkiləndən sonra yenidən önə 
qaytarılırdı. 
İmkanlı, kübar ailələrdə  bəzəkli  araxçın  və ya başlığın üstündən bağlanan yaylıq xüsusi 
baş sancağı vasitəsilə ona bəndlənib bərkidilirdi. Çox vaxt boğaza ayrıca yaylıq dolayırdılar. 
Bəzən onu qızıl boğazaltının asma silsilələri ilə  əvəz edib örtürdülər. Bu halda başlıq və ya 
araxçına bərkidilmiş zərif örpəyin ucları sərbəst halda arxaya tərəf atılırdı. 
Şəkidə  tülü  üstündən örtülmüş  kələğayı sürüşməsin deyə, onun üstündən «baş bağı» 
adlanan xüsusi bağ bağlanırdı. 
Dingə. Azərbaycanın qərb bölgəsinə məxsus baş geyimləri (təsək, araxçın, çalma) arasında 
dingə  xüsusi yer tutmuşdur. Dingə üzüm tənəyi və ya iydə çubuğundan düzəldilmiş «çənbər» 
üzərinə xüsusi qaydada şal və ya qalın ipək örpək sarımaqla düzəldilərmiş. Dingədən fərqli 
olaraq, çalma təsəyin (araxçının) üzərinə sarınarmış. 
Kiçik ölçülü örpəklər, o cümlədən yaylıq, cuna, ləçək, qaşbənd və s. nazik pambıq parça 
və ya ipəkdən bəzəkli, yaxud bəzəksiz olmaqla, saçları bir yerə yığıb sabit saxlamaqdan əlavə, 
bunların üstündən geyinilən qiymətli baş geyimlərini tərdən qorumaq məqsədi güdürdü. 
Dördkünc formalı baş örpəkləri qıyqacı qatlanıb alının qabaq tərəfindən başa dolanır, sonra 
ucları arxada, saçın altından keçirilərək çarpaz halında qarşı-qarşıya gətirilir və düyünlənirdi. 
Yuxarıda sadalanan baş geyimləri saçı yad nəzərdən, başı isə soyuq və ya istidən mühafizə 
edir, yaxud onların sürüşüb düşməsinin qarşısını almaq kimi əməli məqsədlər daşıyırdı. 
Şal (baş  şalı). Qadın baş geyimləri arasında  yun  şal mühüm yer tutmuşdur. Bununla 
yanaşı, varlı qadınlar «xara şal», hətta o dövrdə məşhur olan Kəşmirdən  gətirilmə «kəşmiri şal» 
örtərmişlər. 
Şalın bu növü bayatılarımızda da öz əksini tapmışdır: 
«Kəşmiri şalın ollam, üzündə xalın ollam»
64
 
Kənd qadınları baş şalından həm də «bel şalı» kimi istifadə edirdilər. Soyuq vaxtlarda belə 
kip dolanmış şalın ara qatları əməli məqsəd daşımaqla onlardan cib kimi istifadə edilirdi. 
Ləçək.  İmkansız, kasıb ailədən olan qadınlar başlarına güllü ləçək  bağlamaqla 
kifayətlənirdilər. 
 Örpək.  Qızlar və  gənc qadınlar, adətən, başlarına ağ  rəngli  örpək örtərdilər. Örpəyin 
müxtəlif rəng çalarları mövcud olmuşdur. Qara rəngli baş örpəyi keçmişdə,  əsasən, yas 
mərasimlərində örtülərmiş.
65

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin