136
kimi bahalı parçalardan tikilirdi. Lakin kasıb qadınların arxalığı ucuz pambıq parçalardan da
tikilərmiş.
Kübar qadınların arxalıqlarının yaxasına, bir qayda olaraq, qızıl və ya gümüşdən çaxma-
qəlib üsulu ilə düzəltdirilmiş «qoza» düymələr tikilirdi. Arxalığın yaxasına düzülmüş bu böyük
ölçülü düymə düzümü daha çox dekorativ bəzək məqsədi güdürdü.
Azərbaycanın şərq bölgələrində qadın arxalığı «don» adı ilə bəlli olmuşdur.
Bel kəsiyinin
formasına, yaxa və ətəyinin səciyyəsinə görə, qadın arxalıqları bir-birindən ayrılırdı.
Şəki, Bakı qadınları «qolçaq»lı arxalıq (don) geyərdilər. Bu qrupa məxsus arxalıqların qolu
çox vaxt dirsəyə qədər düz biçilib tikilir, dirsəkdən başlayaraq ona qondarma qolçaq əlavə
olunurdu. Qondarma qolçaq əməli əhəmiyyət kəsb etməyib bəzək məqsədi daşıyırdı. Bir qayda
olaraq, qolçaq lazım gələndə «baharı» adlanan yarımqol arxalığa əlavə edilirdi.
Qarabağ və Gəncə qadınlarının arxalığı «nilufər» və ya «yelpazə» adlanan xüsusi qollara
malik olması ilə seçilirdi. Arxalığın bu tipi Şirvanda «yerpazə arxalıq» adlanırdı.
56
Yaxa kəsiyinin formasına görə qadın arxalıqlarının müxtəlif variantları qeydə alınmışdır.
Naxçıvan, İrəvan, Şəki, Lənkəran və Qazax qadınlarının arxalıqlarının yaxası xeyli
dərəcədə bir-
birinə bənzəyirdi.
Keçmişdə Azərbaycanın əksər bölgələrində düzbucaqlı və ya oval formada biçilmiş
«açıq», yaxud «meydan yaxa»lı arxalıqlar daha geniş yayılmışdı. Bununla belə, Azərbaycanın
ayrı-ayrı bölgələrində biçim etibarı ilə bir-birindən seçilən və müxtəlif adlarla bəlli olan arxalıq
variantları da mövcud olmuşdur.
Baharı. Əsasən, sərin havalarda geyinilən, sırıqlı və astarlı çiyin geyimi olmuşdur. Belə
qədər bədənə kip tikilən baharıya, adətən, beldən aşağı zərif qırçınlı uzun «ətək» əlavə olunurdu.
Baharının qolu dirsəkdən yuxarı olub, yaxası «açıq» biçilirdi. Baharı ən çox Qarabağ, Bakı və
Lənkəranda geniş yayılmışdı. Lənkəran qadınlarının baharısı biçim etibarı ilə Bakı qadınlarına
məxsus «don»u xatırladırdı.
Küləcə. Naxçıvan bölgəsində geniş yayılmış mövsümi səciyyə daşıyan çiyindirikli geyim
növü olan küləcə bahalı parçalardan (xara, zərxara, məxmər və s.), uzun ətəkli və astarlı biçilib
tikilirdi. Küləcənin qolu düz və dirsəkdən azca aşağı, yaxası boyvəboy «açıq» biçilirdi. Onun
yaxa və ətəyinin kənarları boyunca tikiş xətlərinin üzəri məxmər və ya
tafta parçadan kəsilmiş
haşiyə ilə örtülürdü. Küləcəni bəzəmək məqsədi ilə, adətən, güləbətin tikmə, məlilə, bafta,
zəncirə, qaragöz, sərmə, muncuqlu tikmə, piləkli doldurma və s. dekorativ vasitələrdən istifadə
edilirdi.
Küləcə qadın geyim tipii kimi sabitləşsə də, keçmişdə onu
kübar ailələrdə kişilər, xüsusilə
gənc oğlanlar da geyərmişlər.
Küləcənin biçim elementləri və forma xüsusiyyətləri Dədə Qorqud dastanlarında adı
çəkilən «cübbə» və ya «cübbə-don»u xatırladırdı. Hər iki geyim növünün kübar qadınlara
məxsus olması faktı da onların vahid mənşəyə malik olub, birinin digərindən törədiyini
söyləməyə əsas verir. Həm cübbə, həm də küləcə biçim etibarı ilə Dədə Qorqud dastanlarında
«qaftan» və ya «ton» adı ilə təqdim edilən üst geyim növünü xatırladırdı.
Qaftan yeni eranın əvvəllərində geniş yayılmış üst geyim tipi olub,
genbalaq şalvar ilə
birlikdə qədim türklərin dünya geyim mədəniyyətinə verdikləri töhfələrdən biridir. Romalılar,
çinlilər və bizanslar həmin geyim tiplərini ilk dəfə onlardan əxz etmişlər.
57
Kürdü. Aşılanmış xəzdən tikilən kürdü çiyindirikli geyim növü olub, daha çox varlı
qadınlar arasında dəbdə olmuşdur. Tüklü tərəfi içəri düşməklə, qolsuz biçilən və üzərinə qalın
parçadan «üz» çəkilən kürdü mövsümi səciyyəli isti geyim növü sayılırdı. Bir qayda olaraq onun
qol yeri, yaxasının hər iki kənarı, ətək və yan çapıqları boyunca ensiz xəz zolağı tikilərək
bəzədilirdi. Dövrələmə xəz zolağı bəzək olmaqdan əlavə, həm də soyuğu buraxmadığı üçün
əməli məqsəd daşıyırdı. Bəzən kürdünü qalın parçadan biçir və astarı ilə üzü arasına yun qoyub
sırıyırdılar.
Bu halda, yenə də onun qol yeri, yaxa və ətəyinin kənarlarına xəz haşiyə tikilirdi.
Xəz haşiyəyə paralel olaraq üzlüyün kənar tikişlərinin üstünə çox vaxt bafta bənd edilirdi.
Kürdünün üzərinə, adətən, tirmə, xara, məxmər və s. kimi qalın parçalardan üzlük çəkilirdi.
İmkansız ailələr xəz əvəzinə kürdünün yaxa və qol oyuqlarının kənarlarına bafta tikərmişlər.
137
Kürdü bədənin ölçüsünə müvafiq kip tikildiyindən onun yanlarında 10-12 sm uzunluğunda
«çapıq» və «çıxıntı» qoyulardı.
Eşmək. Aşılanmış
xəzdən biçilmiş və üstünə parça üzlük çəkilmiş, eşmək mövsümi
səciyyəli isti geyim növü sayılırdı. Dağ kəndlərində eşməyin üzü ilə astarı arasına yun qoyub
sırıyarmışlar. Bu
səbəbdən də bəzi bölgələrdə o, «sırıqlı» adlanırdı. Eşmək biçim etibarı ilə
kürdüyə çox yaxın olub yalnız yarım qollu tikilməsi ilə ondan fərqlənirdi.
Eşməyin qolu dirsəyə çatacaq qədər qısa biçilib tikilirdi. Onun qolağzı, yaxa və ətəyinin
kənarları kürdüsayağı xəz haşiyə ilə bəzədilirdi. Qolların sərbəstliyini təmin etmək üçün onun
qoltuqaltında iri «çapıq» qoyulurdu. Eşməyin xəz haşiyəsinin ətrafları çox vaxt bafta ilə
bəzədilirdi.
Eşməyin qabağı açıq qaldığından ilgə-düyməsiz tikilirdi. Soyuq vaxtlarda arxalığın
altından geyilən eşmək, əsasən, varlı qadınların geyim dəstinə daxil idi.
Canlıq (içlik)
mövsümi səciyyəli qadın geyimi olub, xüsusilə imkansız, kasıb ailələr
arasında geniş yayılmışdı. Biçim etibarı ilə kürdü və eşməkdən o qədər də seçilmirdi.
Lakin
onlardan fərqli olaraq, canlığın həm üzü, həm də astarı parçadan biçilir və arasına yun qoyulub
sırınırdı. Eşməkdən fərqli olaraq, onun boyvəboy açıq yaxasına ilgə-düymə tikilirdi. Canlığı
qışda həm qadınlar, həm də kişilər geyinirdilər. Qərbi Azərbaycanda «içlik» («işdik») adı ilə
bəlli olan bu geyim növü Muğan qadınları arasında «
yəl» adlanırdı. Yəl çox vaxt qırmızı və ya
yaşıl məxmərdən tikilirdi. İmkanlı qadınların yəli qoza düymələrlə düymələnərmiş.
58
Bir qayda olaraq, üst paltarının altından geyilən canlığın üzü ilə astarı arasına yun qoyulub
sırındığı üçün «sırıqlı» da adlanırdı.
Tipoloji cəhətdən çox yaxın
olan kürdü, eşmək və canlıq (içlik) eyni mənşədən, çox güman
ki, qədim dövrün ilk geyim tiplərindən olan dəri bürüncəkdən törəmişdir. Bu geyim növlərinin
hər üçü düzyaxa olur və ön qanadlarının açıq qalması ilə fərqlənirdi.
Dostları ilə paylaş: