138
qadınlarının tumanları qısa olması ilə fərqlənirdi. Onların orta uzunluğu 50 sm-dən 75 sm-dək
olurdu.
Naxçıvan qadınlarının tumanlarının ətəyi çox zəngin bəzədilirdi. Tuman ətəyinin
bəzədilməsində muncuqlu tikmə, məlilə, pilək, gümüş burmalar, doldurma və s. tikmə
növlərindən istifadə edilirdi. Tumanın ətəyini bəzəmək imkanı olmayan kasıb qadınlar onun
ətəyinə əlvan rəngli parçadan bir neçə cərgə haşiyələr tikərmişlər. Ətəkliyin bu növünə «qıyqac»
deyilirdi.
Keçmişdə «genbalaq» tumanlar daha çox dəbdə olmuşdur.
Qadın tumanlarının beli
lifəli, yaxud
köbəli olub, «qarmanlı» /qırçınlı/, yaxud «çimdikli»,
yəni büzməli tikilirdi. Muğan qadınları tumanın balağına, adətən, iki cüt «sırınma», iki ədəd
qırçın vururdular. Balaqda olan qırçınların arasına bir ədəd «çapara» qoyulurdu. Bəzən isə
çapara əvəzinə gümüşü bafta da bənd olunurdu.
60
İrəvan mahalında varlı qadınların üst tumanları topuğa qədər uzun olurmuş. 3-4 taxta
parçadan tikilən bu tumanlar
büzməli və
qırçınlı olmaqla iki cür tikilərmiş.
Tumanın belinə nifə tikilib «belbağı» (xonçar) salınarmış. Belbağı xüsusi bağtoxuma
dəzgahında toxunarmuş. Şirvan bölgəsində o, «şalabəndçü», Şimal-Qərbi Azərbaycanda isə
«xoncar dəzgahı»
adlanmışdır.
Meyzər
/önlük/ - etnoqrafik materiallar Azərbaycanda «meyzər», «döşlük», «önlük» adı ilə
bəlli olan və iş paltarı sayılan xüsusi geyim növünü də təsbit etmişdir. İş görən zaman onu həm
qadınlar, həm də kişilər geyərmiş. Lakin ölkənin bir sıra bölgələrində meyzər həm də qadın
geyim dəstinin zəruri tərkib hissəsinə çevrilmişdi.
Azərbaycanın bir sıra regionlarında, o cümlədən Gəncə-Qazax bölgələrində döşlükdən
əlavə, beldən bağlanan «önlük» də geniş yayılmışdı.
Çaxçur. XX yüzilliyin əvvəllərinə qədər Azərbaycanın bir sıra bölgələrində geniş yayılmış
çaxçur bayır geyimi hesab edilirdi. Çaxçur ayrı-ayrılıqda iki ədəd gen balaqdan ibarət
tikilməklə, həm də abır libası sayılırmış. Küləkli Bakı şəhərində küçəyə çıxan zaman üst paltarını
külək qaldırmasın deyə qadınlar çaxçur geyərmişlər.
Çaxçurun balaqlarının ayaq hissəsi büzməli olub, «topuqluq» və «üzəngi» ilə
tamamlanırdı. Çaxçurun biçimi cütbalaq tuman və ya şalvarın biçimindən xeyli fərqlənirdi. Belə
ki, çaxçurun hər balağı ayrılıqda trapes formada kəsilib bütöv parçadan tikilirdi.
Çaxçurun balaqları torba formasında ayrı-ayrılıqda tikiləndən sonra onların baş hissəsi
üçbucaq şəklində açıq qalır və «künc» əmələ gətirirdi. Çaxçurun balaqları qıçlara geyiniləndən
sonra həmin «künc»lərin ucu tumanın nifəsinə keçirilib bərkidilirdi. Bəzən isə çaxçurun küncləri
əlavə belbağı ilə bağlanırdı.
Keçmişdə çaxçur təkcə Azərbaycanda deyil, qonşu Şərq ölkələrində də geyilmişdir. İranda
geyinilən çaxçurun ölçüləri Azərbaycan, xüsusilə Bakı qadınlarının çaxçurundan fərqlənirdi.
Abşeron qadınları uzun tumanlarının şaxlığını pozmamaq üçün çaxçuru daha gen
tikirmişlər. Naxçıvan qadınlarının tumanı qısa olduğu üçün onlar nisbətən dar çaxçur
geyinirmişlər. Çaxçur əyinə geyinildikdən sonra iki yerdən, topuqdan və dizdən xüsusi bağ
vasitəsilə bağlanırdı.
Dostları ilə paylaş: