Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə59/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   55   56   57   58   59   60   61   62   ...   194
Güləbətin parçalar. Azərbaycanın orta əsr  şəhərlərində  qızıl və gümüş telləri sarınmış 
güləbətin sapla çox geniş çeşiddə qiymətli ipək parçalar toxunmuşdur. Yazılı  mənbələrdə 
müxtəlif adlarla təqdim edilən zərbaf (parça), zərxara, diba, kimxa (kəmxa), kitayi (xətayi) və b. 
güləbətin parçalar bu qəbildən idi.
74
 
Tafta toxunuşlu adi ipək parçalardan fərqli olaraq, güləbətin parçaların toxuma 
texnologiyası daha mürəkkəb olmuşdur. Bu mənada güləbətin parçaların istehsalına xeyli gec, 
erkən orta əsrlərin sonu və inkişaf etmiş feodalizm dövrünün əvvəllərində başlandığı güman 
edilir. Bunun üçün sosial-iqtisadi zəmin məhz bu dövrdə yaranmışdır. Feodallaşma prosesi 
gücləndikcə  cəmiyyətin yuxarı  təbəqələrinin yüksək geyim dəbləri və  təntənəli məişət  şəraiti 
«güləbətin» ilə toxunulmuş al-əlvan naxışlı, yüksək bədii keyfiyyətə malik parçalar tələb edirdi. 
Şəhər  əhalisinin, ilk növbədə onun ali zümrələrinin kübar məişət tələbləri artdıqca güləbətin 
parçaların çeşidləri çoxalır, toxuma texnologiyası  təkmilləşirdi. Güləbətin parçaların toxuma 
texnikasında qızıldan çəkilmiş, yaxud qızıl suyuna tutulmuş  zərif metal tellər başlıca yer 
tutduğundan çox vaxt bu qəbildən olan digər ipək parçaların (diba, parça, kumxa, xara, zərxara, 
xitayi və s.) hamısı ümumi bir ad altında «zərbaf» adlanırdı. 
Orta  əsrlərdə Azərbaycan  şəhərlərində güləbətin sap istehsalı ilə xüsusi məşğul olan və 
«şirmakeş» adlanan peşəkar ustalar çalışırdı. Zərbaf karxanalarını güləbətin sapla onlar təmin 
edirdilər. Bəzən isə zərbafxananın özündə çalışan sirmakeşlər güləbətin hazırlayırdılar. 
Rusdilli mənbələrdə zərbaf bəzən «parça» adı ilə də təqdim olunmuşdur.
75
 Bu halda zərbaf, 
o cümlədən digər güləbətin toxunuşlu parçalar ədədi qaydada, standart ölçülərdə istehsal olunub 
satışa çıxarılırdı. Hətta yazılı mənbələrdən digər ipək parçaların, məsələn, atlaz, məxmər, darayı 
və s. bəzən güləbətin qatışığı ilə toxunduğu məlum olur.
76
 
Zərbaf, yəni güləbətin toxunuşlu parçaların növündən asılı olaraq, onların tərkibində qızıl 
və gümüşün miqdarı fərqli olurdu. Yazılı mənbələrdə onun orta növünün tərkibində qızıl telinin 
miqdarı 5, yuxarı növündə 10, əla növündə 15 faiz təşkil etdiyi xəbər verilir.
77
 Bu səbəbdən də 
güləbətinin  əla növü ilə toxunmuş  zərbaf çox yüksək qiymətləndirilməklə, hökmdar, xan, bəy, 
sultan saraylarının qapı, pəncərə və divarlarının bəzədilməsində istifadə olunurdu. Ondan habelə 
örpək, külah, arxalıq (qaftan), küləcə, xələt və digər yaraşıqlı geyimlər tikilirdi. 
XVII-XVIII əsrlərə qədər istehsalı davam etmiş güləbətin toxumalı parça növlərindən biri 
də kimxa (kəmxa) olmuşdur. Mütəxəssislərin (F.Akkerman) fikrincə, kimxanın toxuma texnikası 
Yaxın və Orta Şərq ölkələrinə XIII əsrdən gec olmayaraq Çindən keçmişdir.
78
 Lakin 
M.X.Heydərov “Əcayib əd-dünya” əsərinə istinad edərək, onun əxz olunma tarixini XII əsrə aid 
edir.
79
 Müəllifin fikrincə, Yaxın Şərq ölkələrində kimxa istehsalının ən məşhur mərkəzlərindən 
biri Təbriz şəhəri olmuşdur.
80
 
Yeri gəlmişkən qeyd edək ki, orta əsrlərdə kimxa Azərbaycana yaxın və uzaq qonşu olan 
bir sıra  Şərq ölkələrində, o cümlədən Kiçik Asiya şəhərlərində  də toxunulurdu. Sıx toxunuşlu, 
qalın parça növü olan kimxa Anadolu türkləri arasında «kemha» adı ilə  bəlli olmuşdur. 
Mənbələrdən məlum olduğu kimi, burada «gülüstani kemha», «dolabi kemha», «tabi-dehi 
kemha», «yekrəng kemha», «sadə kemha», «alaca kemha» olmaqla, onun rəng çaları, bəzək 
tərtibatı, toxuma sıxlığı müxtəlif olan bir sıra növləri istehsal olunmuşdur.
81
  Hətta toxuma 
texnikası baxımından kimxanın birüzlü və ikiüzlü növlərinə də təsadüf edilirdi. Bir qayda olaraq 
bəzəkli toxunan kimxanın rəng etibarı ilə də çoxsaylı boya çeşidləri (qızılı, qırmızı, yaşıl, sarı, 
narıncı, ağ, qəhvəyi, zəfəranı, zoğalı) mövcud olmuşdur.
82
 Maraqlı haldır ki, kimxa bəzəkləri 
arasında üstünlük təşkil edən nəbati motivi ornament nümunələri (süsən, zanbaq, qızıl gül, çiçək, 
yarpaq və s.) ilə yanaşı, zoomorf bəzəklərə (durna, tovuz quşu, bülbül, göyərçin), hətta  şəriət 


 
67
yasaqlarına baxmayaraq, insan rəsmlərinə  də  təsadüf edilirdi. Məlum olduğu kimi, monqol 
işğallarından sonra hakim ideologiya olmaq etibarı ilə  İslam dini ehkamlarının mövqeyi bir 
müddət zəiflədiyindən toxuma məmulatları və digər dekorativ–tətbiqi sənət nümunələri üzərində 
zoomorf motivi bəzək nümunələri və insan surətlərinin təsvirinə  şəriət qadağaları aradan 
qalxmağa başlamışdır. Belə təsvirlər əvvəllər olduğu kimi, daha «şeytan əməli» sayılmırdı. 
Orta  əsrlərdə, xüsusilə monqol istilasına qədər Azərbaycan  şəhərlərində (Gəncə, Təbriz, 
Ərdəbil, Naxçıvanda) toxunan güləbətin parçalar arasında  diba  xüsusi yer tutmuşdur. Hətta 
dibanın güləbətinsiz toxunmuş saya növü də mövcud olmuşdur. Mənbələrdə «diba-i zərbaf», 
«diba-i xətai», «diba-i siyah» adlarına rast gəlmək olur.
83
 Mütəxəssislər «dibai xətai» istilahına 
əsaslanaraq, bu parça növünün istehsal texnikasının XI-XII əsrlərdə, başqa sözlə, səlcuq 
hökmranlığı dövründə Çindən keçdiyini güman edirlər.
84
  Hətta «Əcayib  əd-dünya» və  İbn  əl-
Əsirdə tez-tez adı çəkilən «xitai» (xətai) parça növü «dibai xətai»nin qısaldılmış variantı, onun 
sinonimi hesab edilir.
85
 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin