Tafta. Azərbaycanın ənənəvi xam ipək parçaları arasında ümumən taftatoxunuşlu parçalar
üstün yer tutmuşdur. Bunların böyük əksəriyyəti enli və dar zolaqların şaquli kəsişməsindən
əmələ gələn böyük və ya kiçik ölçülü xanələrdən ibarət olurdu. Bununla yanaşı, taftanın yekrəng
olmaqla, müxtəlif boya çalarları da mövcud olmuşdur.
Mütəxəssislər tafta istilahının orta əsrlərdə Yaxın Şərqin məşhur toxuculuq mərkəzlərindən
biri olmuş Yəzd şəhəri yaxınlığındakı Tafta kəndinin adından götürüldüyünü güman edirlər.
92
Tafta müxtəlif rənglərdə, bəzəksiz (saya) və bəzəkli (güllü) olmaqla, iki cür toxunmuşdur.
Səfəvilər dövründə Şamaxıda toxunmuş və Moskvaya ixrac olunan yekrəng tafta Rusiyada
«Şemaxeyka» adı ilə məşhur olmuşdur. O zamanlar burada Ərbədil taftası da şöhrət
qazanmışdır.
93
Çox vaxt bəzəksiz (saya) toxunan hamar tafta bəzən güləbətin tikmə ilə bəzədilirdi. Yalnız
qara rəngli taftaya bəzək vurulmurdu.
94
Darayı. Toxuma texnikası baxımından tafta ilə oxşar olan ipək parçaların geniş yayılmış
növlərindən biri də darayıolmuşdur. Darayı çox vaxt zolaqlı, yaxud, zolaqların şaquli
kəsişməsindən əmələ gələn xanələrdən ibarət toxunurdu. Hətta bəzən onun toxumalarını
güləbətin tellərlə bəzəyirdilər. Bu səbəbdən də rusdilli tarixi sənədlərdə o, «darayı-zərbaft» adı
ilə təsbit olunmuşdur.
95
68
Tafta kimi, darayı da müxtəlif rəng çalarlarında, ən çox isə yaşıl və mavi rənglərdə, həm də
bir və ya ikiüzlü toxunarmış.
96