Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə60/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   56   57   58   59   60   61   62   63   ...   194
    Bu səhifədəki naviqasiya:
  • Atlaz.
Tafta toxunuşlu parçalar. Orta əsrlərdə Azərbaycanda xam ipəkdən güləbətinsiz toxunan 
ipək parçaların çox geniş çeşidi (atlaz, tafta, darayı, məxmər, kisəyi, fitə, qanovuz, alaca və s.) 
yaranmışdır. Bunların hər birinin də özünə  məxsus toxuma texnikası, rəng və  bəzək-nəqş 
xüsusiyyətləri mövcud olmuşdur. Güləbətinsiz parça növlərinin hamısı istehsal texnikası 
baxımından taftasayağı toxunmuşdur.  
Atlaz.  İnkişaf etmiş feodalizm dövrünün yüksək keyfiyyətli ipək parçaları arasında  atlaz 
spesifik toxuma texnikasına görə, xüsusi yer tutmuşdur. Uzatma (çillə) düzümünün sıxlığına 
görə atlaz yalnız kimxadan geri qalırdı. Bu mənada o, ən sıx toxunuşlu ipək parçalardan biri 
sayılırdı. Digər ipək parçaların toxuma texnikasından fərqli olaraq, atlaz toxumasının çarpazları 
hər dəfə 7 tay uzatmadan (çillə tayından) bir olmaqla «ağız» açır və ara ipəyi onların arasına 
düşürdü. Elə bu səbəbdən də çillə  və ara ipəyinin çarpazları seyrək düşdüyündən onun səthi 
hamar alınırdı. Onun adı da buradan, ərəbcə «hamar» mənasını bildirən «atlaz» sözündən 
göturulmuşdur.
86
 
XII-XIII  əsrlərdə Azərbaycanda atlaz istehsalının mühüm mərkəzləri Təbriz və  Gəncə 
şəhərləri olmuşdur.
87
 Monqol işğalından sonra da Təbriz  şəhəri  Şamaxı ilə yanaşı, atlaz 
toxuculuğunun  ən qabaqcıl mərkəzlərindən biri olaraq qalırdı.
88
 XVI-XVII əsr mənbələrində 
atlaz istehsalının mühüm mərkəzləri sırasında (Çin, Türkiyə, Bursa, Yezd) ilə yanaşı, tez-tez 
Təbriz və ya Qızılbaş atlazının adı çəkilir.
89
 
İstehsal texnikasına və bəzək-nəqş xüsusiyyətlərinə görə, vaxtilə atlazın nəbəti və həndəsi 
motivli bəzək ünsürlərinə malik çox zəngin çeşidləri toxunmuşdur. Bəzən atlaz üzərində insan 
surətinin  əks olunması faktlarına da təsadüf edilirdi.
90
  Hətta atlaz üzərində güləbətin sapla 
müxtəlif motivli tikmə nümunələri hazırlanırdı. Həmin tikmələrin ölçülərindən (böyük, orta və 
kiçik) asılı olaraq, atlazın keyfiyyətində və qiymətində fərq nəzərə çarpırdı.
91
 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin