Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 1,94 Mb.
səhifə110/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   106   107   108   109   110   111   112   113   ...   244
Qametangioqamiya – kisəli  göbələklərdə qametangio-

qamiya baş verir. Burada cinsi orqanlar nisbətən inkişaf 

etmişlər. Dişi cinsi orqan arxikarp adlanır, askogen və trixo-

gindən ibarətdir. Trixogin vasitəsilə anteridi möhtəviyyatı 

askogenə tökülür. Burada yalnız plazmoqamiya (sitoplazma 

birləşir) gedir, nüvələr isə birləşmir və dikarion (iki nüvə bir-

birinə yaxınlaşır)  əmələ  gəlir. Mayalanmadan sonra askoqon-

dan (sakit dövr keçirdikdən sonra) hiflər çıxır ki, bunlar 

içərisindəki dikarion nüvələr sinxron bölünürlər. Askogen hiflər 

üzərində kisələr (asklar) inkişaf edir. Burada dikarion nüvələr 

əvvəl birləşir, sonra nüvə meyoz yolu ilə bölünür, daha sonra 

isə mitoz üsulu ilə bölünür. Əmələ  gəlmiş haploid nüvə as-

kospora çevrilir. Askosporlar kisədə endogen yolla əmələ gəlir. 

Kisələr müxtəlif tipli meyvə cismi içərisində əmələ gəlir. 

Bazidili göbələklərdə də cinsi çoxalma kisəli göbələklərdə 

olduğu kimi plazmoqamiya və karioqamiya mərhələlərində ge-

dir. Plazmoqamiyadan sonra dikariotik mitseli formalaşır 

(mitselidə dikarionlar olur). Bu mitseli üzərində bazidi əmələ 

gəlir ki, bunun əvvəl dikarion nüvələri birləşir, sonra isə diploid 

nüvə meyoz yolu ilə bölünür. Bazidi üzərində (ekzogen) hap-

loid nüvəli 4 ədəd bazidiospor əmələ  gəlir. Bazidilərin bəzi 

qruplarında bazidi meyvə cismi üzərində əmələ gəlir. 

Göbələklər arasında  homotallik  və  heterotallik formalar 

məlumdur. Homotallik göbələklərdə bir mitselinin hüceyrələri 

bir-birilə birləşmək qabiliyyətinə malikdir, heterotallik 

göbələklərdə isə bir mitseli üzərindəki müxtəlif cinsi işarəli 

hüceyrələrin birləşməsidir. Göbələklərdə heterotallizm bipolyar 

(cins bir cüt allellə təyin olunur) tipdə olur. 




 

 

Müxtəlif  şöbə göbələklərin nümayəndələri üçün hetero-



korioz məlumdur. Mitselidə genetik cəhətcə müxtəlif nüvələr 

olur. Belə heterokariotik mitselilərin inkişafı zamanı müxtəlif 

tipli nüvələr birləşmiş olur. Belə diploid nüvələrin mitoz 

bölünməsi zamanı rekombinasiya müşahidə olunur. Belə tipli 

rekombinasiya prosesi paraseksual proses adlanır. O bir neçə 

mərhələdə gedir, heterokarion nüvələr birləşib diploid hetero-

ziqot nüvə  əmələ  gətirir; mitselidə heteroziqot nüvənin çoxal-

ması, diploid nüvənin çoxalması zamanı mitoz rekombinasi-

yadır. Diploid nüvənin vegetativ haploidləşməsi, onlarda xro-

mosom itirmələri nəticəsində  əmələ  gəlir. Paraseksual proses 

bir çox göbələklərdə məlumdur. 

Göbələklərin inkişaf mərhələlərində nüvə fazasının növ-

bələşməsi müxtəlif tipdə ola bilər. Haplobiontda diploid 

nüvənin reduksion yolla bölünməsi ziqotun inkişafı (cücərməsi) 

zamanı baş verir. Diplobiontda isə bütün həyat diploid fazada 

olur, yalnız qametalar əmələ  gələrkən diploid nüvələrə reduk-

sion yolla bölünür. Bəzi göbələklərin inkişaf siklində haploid 

və diploid fazalar eynilik əmələ  gətirir. Bunlarda diploid 

nüvənin reduksion yolla bölünməsi spor əmələgəlmə 

prosesindən əvvəl gedir. Belə göbələklərin inkişaf sikli zamanı 

nəsil növbələşməsi müşahidə olunur. Xytridiomicetes şöbəsinin 

Allomices cinsində belə nəsil növbələşməsi məlumdur. Yalnız 

kisəli və bazidili göbələklərin inkişaf silkində dikariotik faza 

məlumdur. Başqa qruplarda isə bu faza məlum deyildir. 

Natamam göbələklərdə isə cinsi çoxalma məlum deyil. 

Odur ki, bu şöbənin nümayəndələrində bütün həyat dövrü hap-

loid fazada gedir (paraseksual prosesində diploid faza istisna 

olmaqla). 

Göbələk hüceyrələrinin 0,2 mkm qalınlığı olan hüceyrə 

divarı vardır. Burada bir neçə qat aydın görünür. Göbələklərin 

hüceyrə divarının 80-90 faizi polisaxaridlər olub, zülal və 

lipidlərdən ibarətdir. Bundan başqa polifosfatlar, piqmentlər, 

xitin və sellülozaya da rast gəlmək olur. Bəzi maya 

 

  göbələklərinin hüceyrə divarı qlyukandan ibarətdir. 



Xitridiomisetlər, kisəlilər, bazidililər və qeyri-müəyyən 

göbələklərin hüceyrə divarı xitin və qlyukandan ibarətdir. 

Ziqomisetlərdə hüceyrə divarı xitin, xitozan-polimer və D-

qlyukozamindən ibarətdir. Oomisetlədə izə hüceyrə divarı 

qlyukan və sellülozdan ibarətdir. Göbələk hüceyrəsinin sito-

plazmasında ribosom, mitoxondri, holici kompleksi və nüvə 

aydın seçilir. Göbələk protoplastı sitoplazmatik membranla 

əhatə olunur. Göbələklərdə hüceyrə divarı ilə sitoplazmatik 

membran arasında çoxsaylı qabarcıqlara bənzər lomasom 

yerləşir. Sitoplazma ilə vakuollar arasında membran yerləşir. 

Göbələk hüceyrəsində bir ədəddən 20-30 qədər nüvə olur. 

Ölçüləri isə 2-3 mkm-dir. Göbələk nüvələri özünəməxsus tipik 

quruluşludur. O, ikiqatlı membran qılafı ilə əhatə olunmuşdur. 

Nukeoplazmada nüvəcik və xromosom vardır. Göbələk 

hüceyrələrinin hərəkətlərində – zoospor və qametalarda qamçı 

vardır. Göbələk qamçıları xitindən təşkil olunmuşdur ki, bu 

nişanə bütün eukariotlara aiddir. Göbələklərin qamçıları iki 

tipdə olur: hamar və lələyəbənzər (şəkil 8).  




 

 

 




Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin