sinif 2: Heterobasidiomycetes
sıra: Auricullariales
sıra: Tulasnellales
sıra: Tremellales
sıra: Dacrymycetales
sinif 3: Teliobasidiomycetes
sıra: Ustilaginales
sıra: Uredinales
8. ŞÖBƏ: Deuteromycota
sinif 1: Hyphomycetes
sıra: Hyphomycetales
sıra: Stilbellales
sinif 2: Caelomycetes
sıra: Acervulales
sıra: Pseudopycnidiales
sıra: Pycnidiales
MİKSOMİKOTA ŞÖBƏSİ – MYXOMYCOTA
Şöbənin nümayəndələrinin vegetativ bədənləri seliklidir,
təknüvəli amöbvarı və yaxud çoxnüvəli plazmodidir. Qeyri-
əlverişli şəraitdə plazmodi sakitlik dövr keçirən sklerotsi stadi-
yasına keçir.
Qeyri-cinsi çoxalmaları sporlarla gedir. Sporlar sporo-
forda formalaşır. Sporlar endogen və ekzogen yolla əmələ gələ
bilirlər. Sporlar inkişaf edib, miksoamöb və yaxud ikiqamçılı
zoospor əmələ gətirirlər. Bunlar da sakitlik dövrü keçirib mik-
rotsistis əmələ gətirirlər. Bunlara bitki və heyvan qalıqları, ba-
zidili göbələklər, mamırlar, şibyələr, irigövdəli ağacların
gövdəsi üzərində, birillik bitkilər üzərində və torpaqda rast
gəlmək mümkündür.
Bu günə kimi bu göbələklərin göbələklər aləmindəki yeri
məlum deyil. Odur ki, bu şöbəyə yekdil fikir formalaşmadığına
görə, sərbəst qrup kimi də baxırlar. Bu şöbə Myxomycetes,
Protosteliomycetes və Acrasiomycetes siniflərini özündə
cəmləyir (şəkil 9).
Dostları ilə paylaş: |