Afanoplazmodi – bunlarda da sklerotsilər əmələ gəlmir.
Bunlarda habelə selikli qişa da əmələ gəlmir. Lakin bunun
əvəzində sporofor əmələ gəlir.
Faneroplazmodi – əsas xarakterli nişanəsi selikli xarici
qlafın olmasıdır. Maraqlıdır ki, xarici membran tünd-qara,
tünd-qırmızı və narıncı rəngdə olur. Göbələk üçün normal həyat
tərzi olmadıqda plazmodi sklerotsiyə çevrilir.
Bu sinifdə spor əmələ gəlməsi sporoforun köməyi ilə baş
verir. Sporofor daxilində sporlardan başqa sapı xatırladan
kapillislər vardır ki, bunlar da sporların xaric olunmasına
xidmət edir. Əsil selikli göbələklərdə bir neçə qrup sporoforlar
mövcuddur.
Birinci tip sporofor – ən sadə quruluşlusu plazmodio-
karpdır. Bu plazmodiokarplar möhkəm hüceyrə divarı ilə
örtülmüşlər. Bu plazmodio- karpların hamısı otururlar.
İkinci tip sporofor – sporangidir. Sporangi əmələ gələrkən
plazmodi xırda hissələrə bölünür və onların hər bir hissəsi ink-
işaf edib sərbəst sporangi əmələ gətirirlər. Bu tip sporofor geniş
yayılanlardandır.
Üçüncü tip sporofor etalidir ki, bunlar yastıqcıq for-
masında olub, sporangi kompleksindən ibarətdir. Burada da
xarici membran yaxşı inkişaf etmişdir.
Nəhayət, selikli göbələklərdə psevdoetali vardır ki, bu da
çoxsaylı sporangilərdən təşkil olunubdur. Bunlar bir-birilə sıx
birləşmişdir. Psevdoetali ayaqcıq üzərində oturur. Beləliklə,
Myxomycetes sinfinin bütün nümayəndələrində sporoforların
müxtəlif formalarına rast gəlinir.
İkinci nişanə onların müxtəlif rənglərdə olmalarıdır.
Üçüncü əsas əlamətləri müxtəlif formalı və quruluşlu olma-
larıdır. Miksomisetlər, bütövlükdə saprofit qidalanan
göbələkləri cəmləyir. Bunlara bitki və heyvan qalıqları üzərində
rast gəlinir.
Miksomisetlərin inkişaf tsikli aşağıdakı kimidir: sporlar
inkişaf edib, zoosporları və ya miksoamöbları əmələ gətirirlər.
Bu proses suda və ya rütubətli mühitdə gedir. Qeyri-əlverişli
şəraitdə zoospor və miksoamöblar inkişaf edib, mikrosistis
əmələ gətirirlər (şəkil 10).
Dostları ilə paylaş: |