Akraziomisetlər sinfi – Acrasiomycetes
Əsil miksomisetlərdən fərqi odan ibarətdir ki, psevdo-
plazmodisi var. Psevdoplazmodidə mikso- amöblər bir kütləyə
birləşsələr də, heç vaxt öz fərdliliyini itirmir, yəni aqreqasiya
baş verir. Onların inkişaf tsiklində zoospor tipli hərəkətli
mərhələ yoxdur. Saprotrofdırlar. Əsasən peyində inkişaf edirlər.
İnkişafın müəyyən bir mərhələsində akreziomisetlər zahirən
plazmodilərə çox oxşayır və miksomisetlər kimi sporlama
verirlər. Ancaq inkişaf tsikli ilə yaxından tanış olduqda məlum
olur ki, bu oxşarlıq zahiridir.
Birincisi, onların hərəkətli mərhələsi yoxdur. İnkişafın
vegetativ fazasında akraziomisetlər amöblərə oxşayır, onların
bir çoxları psevdopodilər vasitəsilə hərəkət edir, bölünmə ilə
çoxalır və onların sayı artır. Qida ehtiyatı tükəndikdə amöblər
bir yerə toplaşıb öz fərdliliyini itirmədən birləşir, bu birləşmə
tam olur. Belə amöb kütləsinə psevdoplazmodi deyilir.
Akraziomisetlərin miksomisetlərlə yaxınlığı bir də ondadır ki,
akraziomisetlərin psevdoplazmodiləri fəal hərəkət etməyə ba-
şlayır və sonra sporlar verir. Akraziomisetlərin ən geniş yay-
ılmış nümayəndəsi olan, peyində rast gəlinən Dastio stelium
növüdür. Sporlanması ağ rəngdədir, ayaqcığı 3 – 8 mm uzunlu-
ğundadır, düzdür, yuxarısında diametri 0,2 – 0,3 mm olan şarvarı
sporlar başcığı yerləşir. Spor əmələgətirmə dövründə amöblərin
bir qədəri ayaqcıq hüceyrələrinə çevrilir, başcıqları isə
ayaqcıqla yuxarı dırmaşaraq sporlar verirlər.
Dostları ilə paylaş: |