Miksoqasteromisetlər sinfi – Myxogasteromycetes
Miksoqasteromisetlər şöbənin ən böyük sinfidir. Bu sinifə
400-dən çox nümayəndə aiddir. Onlara meşələrdə kəsilmiş ağac
gövdəsi üzərində, çürümüş yarpaqlar və gövdə üzərində rast
gəlmək olar. Buna aid olan nümayəndələrin boyu bir neçə mm-
dən 15-20 sm-ə kimi ola bilər. Plazmodinin tərkibində su, zülal,
qlikogen, yağ, müxtəlif piqmentlər və vitaminlər vardır. Bəzi
nümayəndələrin meyvə cisminin tərkibində 30% kimi əhəng
vardır. Plazmodilər mühitin hazır üzvi maddələrilə, habelə
amöblərlə, kiçik onurğasız heyvanlarla və göbələk sporları ilə
qidalanırlar. Sinfin 40-dan çox nümayəndəsini süni qidalı
mühitdə yetişdirmək mümkündür, hansı ki, bu nümayəndələr
biokimyaçıların, biofiziklərin tədqiqat obyektinə çevrilmişdir.
Bu sinfin aşağıdakı sıraları vardır: Trixialar, Fizarlar,
Stemonitlər.
Dostları ilə paylaş: |