Lagenidiales (Ancylistales) sırası
Sıranın nümayəndələri silindrik və yaxud kisə
formalıdırlar. Yaxşı inkişaf etmiş hüceyrə divarı ilə örtülmüşlər.
Bunlarda nadir hallarda hif əmələ gəlir ki, bu da sahib bitkinin
toxuması daxilində olur. Bu sıranın nümayəndələri bitki və
heyvan toxumalarının daxilində parazit həyat tərzi keçirirlər.
Belə hiflər üzərində zoosporangi, ooqoni və anteridi formalaşır.
Zoosporangi əmələ gəlməmişdən əvvəl vegetativ bədən
bölünməyə başlayır və zoosporangini əmələ gətirir. Zoosporlar
zoosporangi hüceyrələrinin bölünməsi nəticəsində əmələ gəlir.
İkiqamçılı zoosporlar yumurta formalıdırlar. Cinsi çoxalmadan
əvvəl vegetativ bədən üzərində şişlər əmələ gəlir və bunlardan da
ooqoni və anteridi əmələ gəlir. Sıranın Lagenidium rabenhorstii
növü sapvarı yosunlar üzərində parazit həyat tərzi keçirir. İkinci
böyük cins Myzocytium-dır. Çox maraqlı haldır ki, bu cinsin hər
hüceyrəsi zoosporangiyə, ooqoniyə və anteridiyə çevrilə bilir.
Zoosporangidən çoxsaylı zoosporlar xaric olur. Cinsi
çoxalmadan sonra əmələ gəlmiş oosporlar qalın qılaflıdır və
möhkəmdir.
Dostları ilə paylaş: |