Şəkil 14. Balıqda parazitlik edən saproleqnia (Saprolegnia).
Sıranın bəzi nümayəndələri rütubətli torpaqlarda yaşayır
və bitkilərin kök boynuna daxil olub onları məhv edir.
Afanomitses göbələyi ən çox şəkər çuğunduru və paxlalı
bitkilərə ziyan vurur. Bu sıranın mənşəyi və təkamülü hələlik
tam məlum deyildir. Lakin bu sıra və bütünlükdə oomisetlər
sərbəst təkamül keçmişlər.
Leptomitlər sırası – Leptomytales
Şirin suda bitki qalıqları üzərində saprofit yaşayırlar.
Saproleqniyalardan bədən quruluşlarına görə fərqlənirlər,
hifləri çox nazik olub, mitselidən kənarlanan hissə daralır və
yalançı arakəsmə əmələ gətirir. Rizoidi olan silindr və ya
kürəvi hüceyrələri vardır. Leptomitus lacteus sıranın təcrübi
əhəmiyyəti olan nümayəndəsidir. O, çirkab kanalizasiya su-
larında yayılmışdır. Mitseli hiflərinin ucunda uzunsov zoospo-
rangi inkişaf edir. Bəzən zoosporlar bir-birinin üzərində əmələ
gəlir. Cinsi çoxalması məlum deyildir. Bu göbələk yaşadığı
mühitdə xeyli miqdarda çoxalaraq su borularını tutur, göllərdə
balıq ovlanmasını
çətinləşdirir. Leptomitlərin
zoosporangilərinin quruluşuna görə saproleqniyalara oxşayan
nümayəndələri də vardır, onlar saproleqniyalar ilə perenospor-
lar arasında keçid təşkil edir. Ripidium cinsinin nümayəndələri
keçid orqanizmlərdir (şəkil 15).
Dostları ilə paylaş: |