XİTRİDİOMİSETLƏR ŞÖBƏSİ
- CHYTRİDİOMYCOTA
Bu şöbənin bir sinfi vardır. Şöbə 500 – 600 növü cəmlə-
yir. Əsas xarakterik nişanələri təkqamçının olmasıdır, hüceyrə
divarında xitin və qlyükanın olmasıdır. Bu şöbənin nü-
mayəndələrində və göbələklərin sonrakı şöbələrində lizinin
biosintezi bitkilərdə məlum olmayan xüsusi yolla gedir.
Şöbənin nümayəndələrində cinsi çoxalma holoqamiya, izo-
qamiya, heteroqamiya və ooqamiya yolla gedir. Qeyri-cinsi
çoxalmaları isə yalnız təkqamçılı zoosporlarla tamamlanır.
Şöbənin əksər nümayəndələri su mühitimdə yaşayırlar. Su
mühitində yaşayan bu göbələklər yosunlar, su göbələkləri və
onurğasız heyvanlar üzərində parazit yaşayırlar. Şöbənin bir
çox nümayəndələri ali çiçəkli bitkilər üzərində parazit həyat
tərzi keçirirlər. Qeyd etməliyik ki, bu göbələklər əsasən rü-
tubətli mühiti çox sevirlər. Şöbənin saprotrof nümayəndələri
suda və quruda ölmüş heyvan və bitki qalıqları üzərində sapro-
trof yaşayırlar. Bu şöbənin yalnız bir sinfi vardır.
Dostları ilə paylaş: |