nümayəndələrində nəsil növbələşməsi müşahidə olunmur. Bir
sözlə, hər iki sıra öz mənşələrini qamçılılardan almışlar.
ZİQOMİSETLƏR ŞÖBƏSİ – ZYGOMYCOTA
Bu şöbənin nümayəndələrində qamçılı mərhələ yoxdur.
Mitseliləri yaxşı inkişaf etmişdir. Mitselinin hüceyrə divarında
xitin, xitozan, qlükozamin və qlükuron turşusu vardır,
arakəsmələr və sellüloza yoxdur. Şöbə 500-dən çox nüma-
yəndələri cəmləyir. Bir neçə nümayəndə müstəsna olmaqla,
qalan bütün növlər quru mühit şəraitində yaşamağa uyğunlaş-
mışlar. Şöbənin əksər nümayəndələri saprofit həyat tərzi
keçirirlər. Lakin şöbənin az bir qismi bitkilər, heyvanlar,
həşəratlar və insanlarda parazitlik edirlər. Onların mitseliləri
arakəsməsiz olmalarına baxmayaraq, çoxnüvəli olub, yaxşı ink-
işaf etmişlər.
Qeyri-cinsi çoxalmaları hərəkətsiz, qlafla örtülmüş endo-
gen və ekzogen sporangiospor və konidilərlədir. Ziqomisetlər
quru mühitdə yaşamağa uyğunlaşdıqlarından onlarda zoospor
mərhələsi yoxdur.
Şöbənin bütün nümayəndələrində cinsi çoxalma ziqo-
qamiya tipdədir. Burada xüsusi cinsi hüceyrələr yoxdur. Cinsi
çoxalma çoxhüceyrəli və çoxnüvəli iki hüceyrə
möhtəviyyatının birləşməsi ilə tamamlanır. Dünyanın bir çox
mikoloqları bu cinsi çoxalmaya holoqamiya prosesi kimi baxır-
lar. Bu mikoloqlar bu tip cinsi çoxalma prosesində qametaların
iştirak etmədiyini nəzərə alıb bu fikri söyləyirlər. Bir qrup
mikoloqlar bu şöbənin Oomycotadan mənşə aldıqlarını
söyləyirlər. Nəhayət, bir fikir də odur ki, bu şöbə heç bir şöbə
ilə əlaqədə deyildir.
Zygomycota şöbəsinin 2 sinfi vardır: Zygomycetes və
Trichomycetes.
Dostları ilə paylaş: