4 – 8 ziqotanın cücərməsi və zoosporanginin əmələ gəlməsi.
Xitridilər sırasının geniş yayılmış nümayəndələrindən biri
də Polyphagus euglenadır (şəkil 20). O,
evqlenalar üzərində
parazitlik edir. Göbələk rizomitseli verir və kisəformalı zoospo-
rangi əmələ gətirir. Sıranın ən maraqlı nümayəndələrindən biri
də Fizodermadır (Phyzoderma). Bu cinsin nümayəndələrinə su
bitkiləri və quruda yaşayan bitkilər üzərində parazit halda rast
gəlmək mümkündür. Parazitin zoosporları bitkinin yarpağı
üzərinə düşür, qlafla örtülür, rizomitseli əmələ gətirir sonra
qametangiyə çevrilir. Qametangidən çıxmış qametlər bir-birilə
birləşib planoziqot əmələ gətirir və bu da rizomitseli verir.
Beləliklə, göbələk sahib bitkinin toxumasını zədələyir və “to-
planan hüceyrələr” əmələ gətirir. Bunlar üzərində çoxnüvəli
sista əmələ gətirir ki, bunlar sahib bitkinin toxuması
zədələndikdən sonra azad olurlar (şəkil 20).
Onlar inkişaf edib qapağı olan zoosporangi əmələ
gətirirlər, odur ki, bunlarda nəsil növbələşməsi müşahidə ol-
unur. Tropik və subtropik vilayətlərdə bu göbələk qarğıdalı bit-
kisi üzərində parazit yaşayır.
Dostları ilə paylaş: