Sinif zoospor və qametalarla xarakterizə olunur. Qamçı
arxa hissəyə yapışıb, parlaq və hamardır. Yuxarıda qeyd etdiy-
imiz kimi sinfi əsas səciyyələndirən nişanələrdən xitin və qlyu-
kanın olmasıdır. Sinfin ibtidai nümayəndələri amöb formalıdır.
Nisbətən inkişaf edənlərdə isə mitseli əmələ gəlir. Bu sinfin
bütün nümayəndələrində nüvə rizoidlərdə deyil, hüceyrənin
mərkəzindədir. Bu göbələklərin bəzilərində rizoidlər birləşirlər.
Çox maraqlıdır ki, bu zaman nüvələr birləşmir, onar sərbəst
olurlar. Bütün bunlara baxmayaraq hüceyrə yenə də
təkhüceyrəli və təknüvəli olurlar. Sinfin bəzi nümayəndələrində
vegetativ hüceyrələrin birləşməsi prosesi gedir ki, bu proses
holoqamiyadır.
Bu sinfin bir çox nümayəndələrində izomorf və hetero-
morf tipli nəsil növbələşməsi müşahidə edilir. Sinif üç sıraya
bölünür:
1. Sıra – Chytridiales;
2. Sıra – Blastocladiales;
3. Sıra – Monoblepharidales.
Dostları ilə paylaş: