ofit parazitlərdir. Mitseliləri arakəsməsizdir. Qeyri-cinsi çoxal-
ması ikiqamçılı zoosporlar vasitəsi ilə olur. Cinsi çoxalması
ooqamiya tiplidir. Ooqonidə bir yumurta hüceyrə vardır. Maya-
lanma antiridinin çıxıntısı ilə gedir. Xüsusi spermatozoidləri
yoxdur. Mayalanma zamanı yumurta hüceyrəyə ancaq bir ədəd
anteridi nüvəsi keçir. Burada cütləşir və əmələ gəlmiş oospor
sakit dövr keçirməyə başlayır. O, əksəriyyətlə inkişaf edərkən
zoosporangi əmələ gətirir. Bu zaman reduksion bölünmə gedir
və haploid faza bərpa olunur. Peronosporlar sırasının Pitiumlar
(Pythiaceae) peronosporlar (Peronosporaceae) və albuginasiya
(Albuginaceae) fəsilələri vardır. Pitium fəsiləsinin ən sadə nü-
mayəndələrindən biri Pitium debarianumdur. Bu cinsin bəzi
nümayəndələri suda və torpaqda yaşayır. Lakin quru mühitdə
ali bitkilər üzərində saprofit və parazit yaşayan nü-
mayəndələrinin vegetativ bədənləri nazik hifdən ibarətdir. Cin-
sin yaxşı inkişaf etmiş mitselisi vardır. Sporangidaşıyanın sim-
podial budaqlanması ilə sonrakı cinslərdən fərqlənir. Bu
göbələklərin nisbətən ali forması olan fitoftora cinsinin bəzi
növləri nəm torpaqlar üzərində saprofit həyat keçirir, digərləri
parazit həyata uyğunlaşmışdır, müəyyən növləri isə ali
bitkilərin müxtəlif orqanları üzərində parazitlik edirlər.
Belələrinə misal olaraq kartof göbələyini (Phytophtora infec-
tans) göstərmək olar. O, kartofun yaşıl hissələri və yumru-
larında parazit həyat keçirir. Göbələyin mitseliləri endofitdir,
yəni sahib bitkinin toxuması içərisində olur. Burada mitselilər
hüceyrəarası məsamələrdə yerləşir, bəzən isə hətta hüceyrənin
içərisinə keçərək, kartof hüceyrələrinin hesabına yaşayır.
Toxumalar qonurlaşır və tələf olur, yarpaqlar da qonurlaşaraq
tökülür. Qeyri-cinsi çoxalma aşağıdakı yolla gedir. Yarpaq
tökülməzdən qabaq mitseli hiflərinin bəzilərində sporangilər
əmələ gəlir. Rütubətli günlərdə yarpağın zədələnmiş toxuması-
nın alt hissəsində ağımtıl pambıqvarı örtük şəklində olan spo-
rangidaşıyanları asanlıqla görmək olur. Sporangilər qopub suya
düşür və müxtəlif vasitələrlə yeni yarpaq üzərinə düşürlər. O,
burada bir damla su içərisində inkişaf edərək 10-na kimi
böyrəkvarı ikiqamçılı çılpaq zoospor əmələ gətirir. Bunlar sa-
hib bitkinin ağızcıqlarından onun daxilinə keçir və hif əmələ
gətirmək qabiliyyətinə də malikdirlər. Göbələyin mitseliləri an-
barda kartof yumrularında qışlaya bilir. Əkilən bu cür kartof
yumrularında mitseli inkişaf edərək kartof bitkilərini
xəstələndirir. Göbələk torpaqda saprofit həyat keçirərək orada
şaxtayadavamlı oospor və ya sakit dövr keçirən hüceyrələr
əmələ gətirir. Təmiz kulturada süni şəraitdə həqiqətən bunları
görmək mümkündür. Azərbaycan şəraitində də geniş yayılmış-
dır. Bu göbələk ildən-ilə torpaqda qalmış mitseli və xəstələnmiş
kartof yumruları ilə də yayıla bilir. Parazit Avropaya Cənubi
Avropadan keçən əsrin 30-cu illərində gətirilmiş və buradan
bütün Avropaya yayılmışdır. Sıranın geniş yayılmış
cinslərindən biri plazmoparadır (Plasmopara). Bu cins konidi-
daşıyanın monopodyal budaqlanması ilə xarakterizə olunur.
Plazmoparanın parazit nümayəndələrinə üzümün “mildium”
xəstəliyini misal göstərmək olar. Bu parazitə bitkinin cavan bu-
daqları, meyvəsi və xüsusilə yarpaqlarında təsadüf edilir.
Üzüm yarpaqlarının 1 sm-də 3 milyona kimi konidiyə təsadüf
edilir. Rütubətli günlərdə yarpağın altında dəstə ilə çıxaraq, bo-
zumtul örtük halında görünür və monopodial budaqlanaraq
uclarında sporangi əmələ gətirir (şəkil 16,17).
Bunlar inkişaf edərkən zoosporlar və ya adi mitselilər
verirlər. Vegetasiya dövrünün axırında yarpağın toxuması
daxilində göbələyin oosporları yetişir. Həmin oosporlar tökülmüş
yarpaqlarda qışı keçirdikdən sonra, yazda inkişaf edərək zoospo-
rangi əmələ gətirirlər. İçərisində parazitin ləkələri əmələ gəlir ki,
bunun nəticəsində yarpaqlar quruyub tökülür.
Üzümün mildiyu xəstəliyi Azərbaycan şəraitində geniş
yayılmış xəstəliklərindən hesab olunur. O, xüsusilə yüksək
dərəcədə rütubətli (Şamaxı, Gəncə, Şəmkir, Naxçıvan və b.)
rayonlarda məhsula böyük ziyan vurur.
Peronospora göbələklərinin nisbətən geniş yayılmış cinsi
peronosporadır. Bu cins dixotomik budaqlanan sporangi daşı-