Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 1,94 Mb.
səhifə134/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   130   131   132   133   134   135   136   137   ...   244
Saproleqniya sırası – Saproleqniales 

Bu sıraya bitki və heyvani substrat üzərində saprofit 

yaşayan formalar, bəzən də heyvanlar üzərində və nadir halda 

bitkilərdə parazitlik edən formalar daxildir. Bunları suya 

düşmüş  həşərat qalıqları üzərində  əmələ  gətirdikləri ağ 

pambıqvarı örtük şəklində görmək olur. Saproleqniaların 

substrata yapışan rizoid və budaqlanmış hiflərdən təşkil 

olunmuş mitseliləri əvvəllər  arakəsməsiz olur. Lakin bir neçə 

müddət sonra hiflərin ucları    arakəsmə ilə    ayrılır və burada 

zoosporangi  əmələ  gəlir. Zoosporangidə yetişən zoosporlar 

əksərən armudşəkilli və  həmişə ikiqamçılı olur. Onlar 

sporanginin təpə hissəsi partladıqdan sonra azad olurlar. 

Zoosporlar bir neçə müddət suda üzdükdən sonra dayanır və 

onların protoplastı yenidən böyrəkşəkilli, yandan birləşmiş 

ikiqamçılı zoosporlara ayrılır. Belə zoosporlar zülal maddələrin 

parçalanmasına həssas olduqlarından həşərat qalıqları üzərinə 

düşərək inkişaf edir və mitseli əmələ gətirirlər. 




 

 

Saproleqniaların cinsi çoxalmaları bütün 



nümayəndələrində, demək olar ki, eyni şəkildə gedir. Ooqoni 

qalın qabıqlı kürə  şəklindədir. Onun çoxnüvəli protoplastı bir 

neçə müddətdən sonra təknüvəli yumurta hüceyrələr verir. 

Anteridi silindrşəkilli və çoxnüvəlidir. O, mitselilərin yan 

budaqlarının uclarında əmələ gəlir. Mayalanma zamanı anteridi 

ooqoniyə yapışır və özündən xüsusi çıxıntılar verərək öz 

möhtəviyyatını yumurta hüceyrəyə boşaldır. Mayalanmış yu-

murta hüceyrə qalın qabıqlı oospor əmələ  gətirir. Oospor 

sakitlik dövrü keçirdikdən sonra inkişaf edərək zoosporangiyə 

çevrilir və ya nazik mitseli verərək ucunda zoosporangi əmələ 

gətirir. Oosporun inkişafı zamanı reduksion bölünmə gedir və 

haploid faza bərpa olunur.  

Sıranın  ən geniş yayılmış  fəsiləsi Saprolegniyadır. 

Fəsilənin bütün nümayəndələri su mühitində yaşayır və inkişaf 

etmiş arakəsməsiz mitselilərlə xarakterizə olunur. Əgər bişmiş 

toyuq yumurtasını şirin durğun suya atsaq 4 – 6 gündən sonra  

yumurta zülalı üzərində uzunluğu 1 sm olan ağ pambıqvarı 

örtük  əmələ  gəlir. Zoosporanginin ön hissəsindəki dar 

məsamədən zoosporlar xaric olunur. Saproleqniya cinsinin 

nümayəndələrində zoospor armudvarıdır. Zoosporun ön 

hissəsində iki qamçısı vardır. Zoosporlar bir müddət suda üzüb 

(30 dəqiqə) sonra qılafla örtülüb sakit dövr keçirən vəziyyət alır. 

Sonra yenidən inkişaf edib ikiqamçılı böyrəkşəkilli zoosporlara 

çevrilir. Lakin bu zoospor suda uzun müddət üzür və substrata 

yapışıb mitseliyə çevrilir (şəkil 12,13). 

 

 



                           

 

 



 

 

 



 

   


 

 

 



 

 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin