Peronosparales sırası – mitseli sahib bitkinin üst
təbəqəsində və hüceyrəarası məsamələrdə əmələ gəlir. Cinsi
çoxalmaları isə ooqamiya tiplidir. Bunlarda artıq su mühitindən
quru mühitə çıxma başlayır. Habelə saprofitlikdən parazitlilik
qidalanma başlayır. Qeyri-cinsi çoxalma ikiqamçılı
zoosporlarladır. Cinsi çoxalma zamanı ooqonidə bir yumurta
hüceyrəsi olur.
Woroninales sırası
Bu sıra oomisetlərin ən sadə quruluşlu nümayəndələrini
cəmləyir. Vegetativ protoplazmatik olub, amöbü xatırladır.
Bunlar bitki toxuması daxilində inkişaf edirlər. Qeyri-cinsi
çoxalma zamanı bütün bədən zoosporangiyə çevrilir və
ikiqamçılı zoosporlar əmələ gəlir. Cinsi çoxalma holoqamiya
tiplidir. Cinsi çoxalmadan əvvəl amöblərdə yeni hüceyrə qılafı
əmələ gəlir və sonra cinsi çoxalma gedir. Bu sıranın bütün
nümayəndələri su göbələkləri və yaxud su yosunlarının
hüceyrədaxili parazitləridir. Bu sıraya aid nümayəndələrdə
zoosporangi uzun boğaza malikdir. Xaric olan bütün zoosporlar
ikiqamçılıdırlar.
Ən geniş yayılmış cinslərdən biri
Aphanomyces-dir. Bu cinsin onlarla nümayəndələri vardır.
Hiflərinin nəhayəti şişmiş olur. Amöbəbənzər orqanizmlər
bölünüb, zoosporangiyə çevrilirlər. Yuxarıda dediyimiz kimi
bütün nümayəndələr parazit həyat keçirirlər, su bitkiləri, su
heyvanları və yosunları üzərində yaşayırlar.
Dostları ilə paylaş: |