içərisində çoxnüvəli plazmodi əmələ gəlir. Bu zaman sahibin
protoplazması tamamilə tələf olur. Parazit formalarda sporangi
əmələ gəlmir, odur ki, burada onun nüvələrinin hamısı
reduksion yolla bölünür və plazmodi təkhüceyrəli haploid
sporlara bölünür. Sporlar inkişaf edərək zoosporlar və ya
miksoamöblar əmələ gətirir ki, bunlar da yenidən əmici
tellərdən bitki kökünə keçir. Əmici tellərdə miksoamöblar bir-
birilə birləşir və haploid nüvəli plazmodi əmələ gətirir. Mitoz
bölünmə hesabına plazmodi əmələ gəlir. Mitoz bölünmə
hesabına plazmodinin miqdarı çoxalır. Belə plazmodidən
qametangi və ya zoosporangi inkişaf edir, onlar içərisində
zoosporlar və ya qamet formalaşır ki, bunlar da əmici teldən
çıxıb torpağa düşür. Torpaqda onlar cüt-cüt birləşirlər (nüvələr
birləşmir) və ikinüvəli hüceyrə əmələ gətirir və yenidən bitki
kökünə keçir və ikinci böyük plazmodini əmələ gətirir.
Beləliklə, parazitin inkişafını əmici tellər, torpaq və parenxim
hüceyrələr mərhələsinə bölmək olar. Qeyd etməliyik ki,
zoosporlar şöbənin bütün nümayəndələrində olduğu kimi müx-
təlif qamçılıdırlar. Bu xəstəliyi ilk dəfə 1878-ci ildə M.S.Vo-
ronin öyrənmişdir. Beləliklə, kələm və digər xaççiçəklilər
fəsiləsinə aid mədəni bitkilərdə əmələ gələn kila xəstəliyi kənd
təsərrüfatına böyük ziyan verir. Kila xəstəliyinə həm şitillər və
həm də yaşlı bitkilər tutula bilər. Cavan kələm bitkisi parazitin
təsirindən tamamilə tələf olur, yaşlı kələm isə baş bağlamır.
Kila xəstəliyinə keçmiş SSRİ-nin Avropa hissəsində, Leninqrad
vilayətindən başlayaraq Mərkəzi Qaratorpaq vilayətinə kimi
sahədə təsadüf edilir. Əvvəllər bu xəstəlik Azərbaycan
şəraitində müşahidə edilmirdi. Son elmi tədqiqat işləri göstərir
ki, kələmin kila xəstəliyi respublikamızda da vardır.
Azərbaycanda kartof əkilən rayonlarda selikli göbələklər kartof
yumruları üzərində tozlu dəmgil xəstəliyi törədir. Bu parazitə
habelə pomidor bitkisində də təsadüf edilir.
Dostları ilə paylaş: