Substrat üzərində inkişaf etmiş mitseli əmələ gətirir.
Mitselilərdə yalançı arakəsmələr əmələ gəlir. Sporofit allomit-
sesin mitselisinin arakəsməsi olan nahiyyədə zoosporangi və
qəhvəyi rəngli sista əmələ gəlir. Qametofit quruluş və inkişaf-
ına görə sporofitə bənzəyir. Lakin erkək və dişi qametangilər
əmələ gətirməsinə görə ondan fərqlənir. Dişi qametangi iri və
rəngsizdir, erkək isə kiçik və çəhrayı rənglidir. Dişi qametlər
erkək qametlərdən böyük və az hərəkətsiz olmalarına görə də
fərqlənir. Dişi qamet Sirenin adlanan cinsi hormon ifraz edir ki,
bu da erkək qametləri özünə cəzb edir. Filogenetik cəhətcə
xitridili göbələklərə təkamülün sonrakı nəticəsi kimi baxmaq
olar. Bunu tallomun inkişafında izoqamiyadan heteroqamiyaya
keçmədə və nəsil növbələşməsində görmək olur.
Dostları ilə paylaş: