Trixomisetlər sinfi – Trichomycetes
Trixomysetlər kiçik sinif olub, 140 göbələk növünü cəm-
ləyir. Bu göbələklərə həşaratların bağırsaqlarında rast gəlinir.
Bunların mitseliləri təkhüceyrəlidir, lakin qeyri-cinsi çoxalma
orqanları əmələ gələrkən bunlarda mitselidə arakəsmələr əmələ
gəlir. Bu sinifin nümayəndələrində cinsi çoxalma əmələ gəlmir.
Odur ki, bir qrup mikoloqlar iddia edirlər ki, bu sinifə aid
nümayəndələr qeyri-müəyyən göbələklər sinfinə aiddir.
Eccrinales sırası
Bu sıraya aid olan nümayəndələr həşəratların həzm
sistemində yaşayırlar. Bura aid nümayəndələrin hüceyrə di-
varında sellüloza aşkar edilib, lakin xitin yoxdur. Bu sıranın ən
geniş yayılmış növü Enterobryus borariae-dir. Sıranın nü-
mayəndələrində çoxsporlu sporangilər və qalın qlaflı xlami-
dosporlar əmələ gəlir.
Dostları ilə paylaş: |